Düzgün arıqlama vəya tez-tez rast gəldiyiniz səhvlərdən necə qaçınaq


Düzgün arıqlama vəya tez-tez rast gəldiyiniz səhvlərdən necə qaçınaq

Qamətli bədən quruluşu əldə etmək üçün insanlar hər şeyə hazırdır. Lakin adətən elə olur ki, belə çətinliklə atılan çəki geri qayıdır yada heç getmir. Düzgün qidalanmaq üçün, bütün gücü və nəticələri sıfırla bərabərləşdirən əsas səhvləri etmək lazım deyil.

Birinci növbədə yadda saxlamaq lazımdır ki, arıqlamaq üçün olan düzgün pəhriz momental nəticələri vəd edə bilməz. Orqanizim çəkilə həftəyə 1-1,5 kq-dan daha çox itirirsə, o maddə mübadiləsini azaldır, nəticədə gedən kilolar dərxal qayıdır, həmdə birinci baxışdan zərəsiz görsənən qidadanda piy yaradır.

İkincisi, arıqlamaq üçün düzgün qida sağlamlıqa zərər yetirmir, ona görədə o odnokomponentli ola bilməz. Tərəvəz necə yaxşı olsada, bir salat yarpaqından ya almadan olan pəhriz orqanizmə lazım olan zülal və yağlardan məhrum edir. Ona görədə piydən birdəfəlik qurtulmaq istəyirsizsə, pəhriz axtarmaq lazım deyil, sadəcə sağlam qidaya keçib həyat tərzini dəyişmək lazımdır.

Üçüncüsü, arıqlamaqı planlaşdırsaz, konkret tarix və müddətə əsaslanmayın. Psixoloji əhval, qida kimi vacibdir, ona görə də ad günü üçün arıqlamaq istəsəz və alınmasa, nəticədə korlanmış əhval ruhiyyə və özünə inamsızlıq yaranacaq.

Həmçinin rəfiqələrin tövsiyələrinə və televizion reklamlarınada güvənməyin. Necə istəsəzdə, artıq kilodan qurtulmaqın möcüzəli üsulu mövcud deyil. Arıqlama-çətin əmək və bəzi məhdudiyyətlərdir. Lakin buna ağılla yanaşsaz, asta-asta düzgün qida vərdişə çevirilərək normaya düşəcək. Bunun üçün, asta-asta arıqlamaq lazımdır, kiməsə görə yox, sadəcə, yeni bədən quruluşu istədiyiniz üçün.

Belə düzgün arıqlama, mütləq, bir iki həftəyə itməyəcək nəticə gətirəcək. Xeyirli ərzaqlarla qidalanma vərdişi, insanı nəinki daha qamətli edir, həmdə uzun illər sağlamlıqını qoruyur.

© Qreat.az
Tarix: 2018 yan 20 Teqlər: Saqlamliq, Ariqlamaq, Maraqli, Meslehetler Baxılıb: 3190
Saytda ifadə edilmiş bütün informasiya istifadəcilərə yalnız tanıtım məqsədi ilə verilmişdir və onun istifadəsi və tətbiqinə görə məsülliyyəti istifadəçi özü daşıyır.


S