Yuxuda sekslə məşğul olmaq nəyə işarədir?


Yuxuda sekslə məşğul olmaq nəyə işarədir?


Yuxular və Şüuraltının Gizli Şifrələri: Cinsi Məzmunlu Yuxuların Psixoloji Analizi
Yuxular, uşaqlıq illərindən etibarən yaddaşımızda dərin izlər qoyan, daxilində aqressiya və şəhvət kimi təməl instinktləri barındıran bir fenomendir. Onlar şüurumuzun dərinliklərində gizlənən duyğuların, qorxuların, narahatlıqların və istəklərin güzgüsüdür.

Bəzən insan özünə belə etiraf etməkdən çəkindiyi arzuları yuxularda görür. Digər tərəfdən, yuxular gün ərzində beynimizi məşğul edən qayğıların və düşüncələrin emal olunması prosesi kimi də meydana çıxa bilər. Türkiyəli mütəxəssis, psixoloq Cem Keçə yuxuların rəmzi və simvolik mənalar daşıdığını qeyd edir.

Mütəxəssisin fikrincə, yuxular iki əsas qrupa bölünür: gizli mənalı (şüuraltı) və aşkar məzmunlu (aktual) yuxular. Şüuraltı yuxular rəmzlərlə zəngindir və daxili sıxıntılarımız bəzi simvollar vasitəsilə büruzə verir:

"Uşaqların iki yaşından sonra valideynləri və ya bacı-qardaşları ilə eyni çarpayıda yatması düzgün deyil. Erkən boşalmadan tutmuş vaginizmə qədər bir çox cinsi disfunksiyaların psixoloji müalicəsində biz məhz bu yuxuların təhlilinə əsaslanırıq. Məsələn, yuxuda kişi cinsi orqanı (penis) ilan, uzun bir ağac gövdəsi və ya iti qələm kimi müxtəlif simvollarla şifrələnə bilər. Aşkar məzmunlu yuxular isə gündəlik həyatda qarşılaşdığımız, eşitdiyimiz və ya yaşadığımız hadisələrin birbaşa əksidir. İş yerində rəhbərinə qəzəblənən bir şəxsin yuxuda onu cəzalandırdığını və ya döydüyünü görməsi buna aydın nümunədir".

Psixoloq vurğulayır ki, erotik məzmunlu yuxuların kökündə çox vaxt cinsi tələbatın uzun müddət ödənilməməsi dayanır. Maraqlıdır ki, bu cür yuxular cəmiyyət tərəfindən birmənalı qarşılanmır, adətən xoşagəlməz hallara, dedi-qodulara yozulur:

"Bu proses elmdə REM yuxusu fazası kimi tanınır. Yuxu zamanı beyində asetilkolin, dopamin, dimetiltriptamin kimi maddələr, eləcə də estrogen və testosteron kimi cinsi hormonlar aktivləşir. Bu hormonların ifrazı FSH və LH molekulları tərəfindən tənzimlənir. LH hormonu kişilərdə testosteron miqdarını artırır. Yuxuların erotik xarakter daşıması və kişilərdə yuxu zamanı ereksiyanın baş verməsi məhz bu bioloji mexanizmlə bağlıdır. Bu cür yuxular çox vaxt uzunmüddətli cinsi abstinensiya (yaxınlığın olmaması) fonunda daha tez-tez qeydə alınır".

Yuxuda Pollusiya (Boşalma) Nədir?
Yeniyetməlik və gənclik dövründə oğlanlarda iradədən kənar, yuxuda boşalma hallarına (pollusiyaya) tez-tez təsadüf edilir. Bunun səbəbi bədəndəki hormonal sıçrayışlar və cinsi xəyalların təsiri ilə spermanın həddindən artıq toplanması, nəticədə isə kanallarda gərginliyin yaranmasıdır. Yaranan təzyiq ereksiyaya və spermanın xaric olunmasına gətirib çıxarır:

"Bu tip qeyri-iradi boşalmalar baş verərkən şəxs yuxu görə bilər, lakin oyandıqda onu xatırlamaya bilər. Bu hal bəzi gənclərdə daxili narahatlıq, günahkarlıq hissi, yuxusuzluq, əsəb böhranı və ya özünə qarşı mənfi münasibət yarada bilər. Yuxuyozma baxımından yanaşsaq, əgər yuxuda cinsi əlaqədə olduğunuz şəxs real həyatdakı tərəf müqabiliniz (həyat yoldaşınız və ya sevgiliniz) olarsa, bu, istəklərinizin çin olacağına işarədir. Lakin tamamilə yad və tanımadığınız bir insanla yaxınlıq etdiyinizi görmək, cəmiyyət arasındakı nüfuzunuzun və etibarınızın zədələnə biləcəyinə işarə sayılır".

© Qreat.az
Tarix: Bu gün, 13:46 Teqlər: Seks, Yuxu yozma Baxılıb: 6
Saytda ifadə edilmiş bütün informasiya istifadəcilərə yalnız tanıtım məqsədi ilə verilmişdir və onun istifadəsi və tətbiqinə görə məsülliyyəti istifadəçi özü daşıyır. Hər hansı ciddi qərar qəbul etməzdən əvvəl mütəxəssislə məsləhətləşməyiniz tövsiyə olunur.


s
S