Dadlı və faydalı: qara qarağat


Dadlı və faydalı: qara qarağat

Qara qarağatın giləmeyvələri böyük miqdarda vitamin və faydalı maddələrlə zəngindir. Onun tərkibində kalsium, kalium, dəmir, sink, manqan, yod, askorbin turşusu və karotinlə yanaşı, B1, B2, B3, B6, H, E, PP kimi vitaminlər var.

Qara qarağatın tərkibində olan C vitamininin stabilliyinin yüksək olması onun üçün xarakterkdir. Ondan hazırlanmış bir çox məhsul və yeməklərdə C vitamininin miqdarı yüksəkdir. Məsələn, qara qarağatın giləmeyvələri dondurulduqda, onun tərkibindəki C vitamini və faydalı maddələrin miqdarı dəyişməz qalır. Bu giləmeyvədən hazırlanmış kompotda C vitamini 90%, şirədə isə 80% qalır. Giləmeyvələrin sıx və şirəli qalması üçün onları vaxtinda yığmaq vacibdir.

Bu giləmeyvəni aterosklerozun müalicəsində istifadə etmək olar. İnsan orqanizmi üçün nəinki onun giləmeyvələri, həmçinin yarpaqları və, böyrəklərin, qara ciyərin və yuxarı tənəffüz yollarının müalicəsində istifadə olunan, budaqları da faydalıdır.

Qara qarağatın tərkibində olan efir yağları insan orqanizminin susuzlaşması zamanı kömək edir. Buna görə də, soyuqdəymə və yay istisində qarağat yarpaqlarından hazırlanmış çay içmək faydalıdır.

Qarağat yarpaqlarından çay hazırlama qaydalarından sizə təqdim edirik.

3 çay qaşığı qaragat yarpagına 1 stəkan soyuq su əlavə edilrik. Bu qarışığı zəif atəşdə qaynaddıqdan sonra süzürük. Bu üsulla hazırlanmış çay sistitin və şişlərin müalicəsində faydalıdır.

Qarağatın giləmeyvələrindən hazırlanmış həlimlər və kompotlar hipertoniya, mədə yarası, qan azlığı, qastrit və diş ətlərinin qanaxmasında kömək edir. Qara qarağatın yarpaqlarının həlimi müxtəlif dəri xəstəlikləri və səpgilərdə tətbiq edir.

Qara qarağatın giləmeyvələrindən hazırlanmış maska dərini ağardan və canlandıran vasitədir.

0,5 stəkan təzə qarağat giləmeyvəsi ovulub bir xörək qaşığı bal ilə qarışdırdılır. Bu maskani üzdə 20 dəqiqə saxlayıb ilıq suyla yuduqdan sonra, üzə qaymaq və ya krem sürtmək.

Gündə qara qarağatın 50-60 giləmeyvəsini yemək kifayətdir ki, orqanizm C vitamininin lazımlı miqdarıyla təmin edilsin.

© Qreat.az
Tarix: 2018 yan 16 Teqlər: Maraqli, Meslehetler Baxılıb: 10529
Saytda ifadə edilmiş bütün informasiya istifadəcilərə yalnız tanıtım məqsədi ilə verilmişdir və onun istifadəsi və tətbiqinə görə məsülliyyəti istifadəçi özü daşıyır.


S