Nar salati - asand resept


Nar salati - asand resept

Dadlı və hazırlanması asand olan nar salatının reseptini sizə təqdim edirəm, o, kababa, və aşa gözəl uyğun gəlir!

Lazım olacaq:
Qırmızı soğan ( və ya ağ; orta) - 2 ədəd;
Nar (kəm-turş) - 1 ədəd;
Duz (zövqünə görə, təxminən bir çimdik);
Qara istiot (zövqünə görə);
Bitki yağı (istəyinizə görə) - 1 ç.q.;
Üzüm sirkəsi (məcburi deyil) - zövqünə görə
Keşniş - 0,5 yığım;

Hazırlıq:
Soğanı incə üzüklərlə və ya yarımhalqalarla kəsmək. Duzlamaq, azca əzmək.
Kəsilmiş Keşnişi əlavə etmək. Keşnişi sevmiyənlər, cəfəriylə əvəz edə bilərlər, amma bu artıq başqa daddır.
Narı təmizləmək. Salata dənələri əlavə etmək. İstiotlamaq, yağı əlavə etmək, əgər şirintəhər nardısa, onda bir az sirkə tökmək.
Qarışdırmaq. Salat hazırdır!
Nuş olsun!

© Qreat.az
Tarix: 2019 iyl 10 Teqlər: Maraqli, Meslehetler, Reseptler Baxılıb: 6196
Saytda ifadə edilmiş bütün informasiya istifadəcilərə yalnız tanıtım məqsədi ilə verilmişdir və onun istifadəsi və tətbiqinə görə məsülliyyəti istifadəçi özü daşıyır.


S