Bioloji saatınız, maddələr mübadiləsi və həzm mürəkkəb şəkildə qarşılıqlı təsir göstərir - bu,o deməkdir ki, yalnız nə yediyiniz deyil ,saat neçədə yediyiniz də vacibdir. Aşağıda ,qadın bədən quruluşuna səhər yeməyinin vaxtının necə təsir etməsi barədə daha ətraflı öyrənəcəksiniz. Səhər yeməyi vaxtının və bədən quruluşun əlaqəsi Səhər yeməyini qaçırsanız,nahara qədər acımamaq üçün daha çox kalorili və şəkərli qəlyanaltı edəcəksiniz. Buna görə də, səhər yeməyi vacibdir.
Unutma ki, səhər yeməyi maddələr mübadilənizi həqiqətən işə salır. Vacibdir! İnsanın qidalanmağa olan reaksiyası zamana uyğun olaraq dəyişməsinə dair nəzəriyyələr çoxdan ortaya çıxmışdır. Qədim Çin təbabətində həkimlər enerjinin insan bədənin ətrafında günəşin hərəkətinə paralel olaraq axır və qidanı vaxtında qəbul etmək vacibdir.
Məhz:
Səhər saat 7-9 - səhər yeməyi üçün yaxşı vaxtdır;
Vacibdir! Ancaq bütün istəklərinizə baxmayaraq, səhər 6-da və ya günorta qalxmağınızdan asılı olmayaraq, oyandıqdan sonra iki saat ərzində səhər yeməyi yeməlisiniz. İki saat ərzində səhər yeməyi əsasən ,hər kəsə uyğundur. Ancaq şəkər kimi sağlamlıq probleminiz varsa, qanda şəkərin səviyyəsinin sabit olması sizin üçün daha vacibdir. Bu halda,yuxudan oyanma və səhər yeməyi arasındakı vaxtı azaltmaq lazımdır - qlükoza balansını qorumaq üçün oyandıqdan sonra bir saat ərzində səhər yeməyini yeyin. Müxtəlif məlumatlara əsasən insanlar səhər yemək yedikdə qidanın həzminə istifadə olan enerji daha çox istifadə olunur nəyin ki, günün axırında. Buna görə də tezdən yediyiniz təqdirdə daha çox kalori yandırırsını
Səhər yeməyinin vaxtı təxirə salınırsa ,onda bu həzm sisteminə bərpa olunmaq üçün daha az vaxt verir və bədənin piy yandırmaq qabiliyyətini azaldır. Sadəcə Bir az yeyin. Oyanarkən bir stəkan su için və sonra özünüzlə biü şey götürə bilərsiniz (məsələn, bir stəkan yunan yogurtu, sərt qaynadılmış yumurta və ya hansısa meyvə) ..