Yağlı saçları yaxalamaq üçün mentol suyunu necə hazırlamaq olar


Yağlı saçları yaxalamaq üçün mentol suyunu necə hazırlamaq olar

Bu bitkinin bir neçə növü var, ancaq bir çox insan bilmir ki nanə yağlı saçlar üçün faydalıdır.

Saç üçün mentol və nanə cövhərin faydalı xüsusiyyətləri

Nanənin tərkibində böyük miqdarda mentol və bir çox digər faydalı maddələr olduğuna görə saç köklərini gücləndirməyə qadirdir.

Dəridəki qan dovranını yaxşılaşdırmağa müsbət təsir göstərir və kəpəyi aradan qaldırır.

Düzgün hazırlanmış nanə cövhəri aşağıdakı problemləri həll edə bilər:

saç tökülməsini azaltmaq;

saçin qirilmasını dayandırmaq;

baş dərisindəki qıcıqlanmanı və iltihabı aradan qaldırmaq

kəpəyin öhdəsindən gəlmək;

cansızlığı aradan qaldırmağa kömək etmək;

sağlam bir parıltı vermək;

saç və baş dərisindən gələn xoşagəlməz qoxunu aradan qaldırmaq;

Piy vəzilərini normallaşdırılması üçün təsirli köməkçi vasitədir.

Nəticədə saç hamar və ipək olacaq, sağlam bir parıltı əldə edəcəksiz. Kövrəklik və solğunluq aradan qalxacaq, baş dərisi daha az yağlı olacaq.

Diqqət! Nanə yağlı saçlarla mübarizədə əvəzsiz bir vasitədir. Piy vəzilərini tənzimləməyə kömək edir və saçları daha sağlam, canlı edir, təbii parıltı və ipəklik verir.

Gözəl parıltı əldə etmək üçün mütəmadi olaraq nanə cövhəri istifadə etməlisiniz. Məhlulu mütləq sərin istifadə etməlisiniz. Nəticədə ortaya çıxacaq parıltını , kosmetik vasitələrlə əldə etmək çox çətindir.

Saçların uzanmasını aktivləşdirmək üçün nanə cövhəri saçınızı yumadan yarım saat və ya bir saat əvvəl baş dərisinə sürtün. Bu prosedur mütəmadi aparılmalıdır. Beləliklə, yaxşı uzanma əldə edə bilərsiz. Təbii metabolik prosesləri sürətləndirərək

qan dövranını əhəmiyyətli dərəcədə yaxşılaşdırır. Nəticədə saç ipək, hamar və itaətkar olur.

Mentol suyu hazırlamaq üçün aşağıdakı maddələrə ehtiyacınız olacaq:

Qurudulmuş nanə cövhəri- 2-3 yemək qaşığı.

Qazsız mineral su - 1 litr.

Su qaynara düşür və üzərinə nanə yarpaqları tökülür. Yarım saat dəmdə qalır və süzülür. Saçınızı yuyandan sonra hər dəfə mentol suyundan istifadə edin

© Qreat.az
Tarix: 2020 may 16 Teqlər: Saçlara qulluq Baxılıb: 924
Saytda ifadə edilmiş bütün informasiya istifadəcilərə yalnız tanıtım məqsədi ilə verilmişdir və onun istifadəsi və tətbiqinə görə məsülliyyəti istifadəçi özü daşıyır.


S