Hər kəs yaxşı və dadlı yeməyi sevir, amma istehlak olunan yeməyin miqdarı çox böyükdürsə və yağların, zülalların və karbohidratların istehlak normalarından artıq olarsa zərərlidir.
Bucur həddindən artıq yemək insan bədənindəki piy şəklində həddindən artıq çəkinin yaranmasına səbəb olur. Bir çoxları üçün problem yalnız artıq çəkini atmaqda deyil həmçinin həmin istənilən çəkidə qalmaqdadır. Öz çəkinizi azaltmaq və onu yenidən kökəlməmək üçün bir neçə təsirli üsül var:
Cəki azaldarkən ac qalmağına dəyməz
Ac qalarkən, çəkini tez bir zamanda azalda bilərsiniz, amma adi rejimə keçdikdən sonra bu kiloqramları, əvvəl olduğundan da daha artıq və tez qaytaracaqsınız.
Aclıq prossesi ərzaq məhsullarının həzm prossesinin yavaşıdılmasını işə salır ki, aclığ dayandırılarkən bu əks effekti verir
Tədricən qələcəkdə davam edəcəyiniz qida qəbulu rejiminə keçməlisiz. Gün ərzində ən az dörd dəfə kiçik miqdarda və hissə-hissə yeməyə adət etməliyik;
Hər şeydən imtina etməyə dəyməz
Hər hansı bir qida məhsullarına qoyulan qadağalar çox ziyanlı ola bilər. Hər hansı bir qadağa onu pozmaq üçün bir səbəbdir, bu diyetologun əsas qaydasıdır.
Məqsəd ancaq artıq çəkinin itirilməsi deyil, onun uzun illər saxlanmasına yalnız müəyyən bir məhsuldan rədd edilmədikdə nail olmaqdır .
Sevdiyiniz hər hansı şirniyyat varsa, onu başqa bir şeylə əvəz edə bilmirsinizsə, ondan az miqdarda istifadə edə bilərsiniz;
Bədənin çəkisinin azaldllmasının və bu çəkinin eyni qaydada saxlanmasının ən yaxşı üsulu gün ərzində qazanılmış kalorinin korrekte olunmasıdır. Sonrakı dövrdə çəki tutma ilə düzgün kilo vermək üçün əsas prinsip gündə istehlak olunan kalorilərin tənzimlənməsidir.
Rasiondan zərərlo qidanı çıxardın.
Fast food şəbəkəsindən məhsulların bu cür istehlakı nəinki bədəninizə mənfi təsir göstərir, həm də sözün əsl mənasında onu öldürür.
Su
Bədənin su balansı çox vacibdir və bədənin tam işləməsi üçün daim müəyyən bir səviyyədə saxlanılmalıdır. Su bədəndəki zərərli elementlardən təmizləməyə kömək edir
Lazım olan miqdarda müntəzəm su içməyə özünüzü öyrətməlisiniz. Sadə hesablamalar vücudunuzdan gündə nə qədər suya ehtiyacınız olduğunu müəyyənləşdirməyə kömək edəcəkdir