Bədən quruluşu üçün ziyan olmamaqla yeməklə hansı içkiləri içmək olar


Bədən quruluşu üçün ziyan olmamaqla yeməklə hansı içkiləri içmək olar


Bədən quruluşu üçün ziyan olmamaqla yeməklə hansı içkiləri içmək olar
Bu gün bir çox məşqçi və diyetoloqlar öz himayəsi altında olanlara belə bir məsləhət verirlər: yeməkdən 15-20 dəqiqə əvvəl su içmək və yeməkdən 30-40 dəqiqə sonra heç bir şey içməyin.
Bu yanaşmanın bir mühüm üstünlüyü var-su mədəni doldurur və insan daha sürətli doyma hissi yaşayır.
Lakin, yemək zamanı içə bilməyən bir çox insanlar var. Öz bədən quruluşunuza zərər vurmamaq üçün hansı içkilərdən istifadə etmək olar? Aydınlaşdıraq.
Su
Gün ərzində suyun köməyi ilə susuzluğu yatırmaq yaxşıdır. İnsan bədəni 80% sudan ibarətdir, buna görə su balansı çox vacibdir.
İnsan kifayət qədər su aldıqda, metabolizm yaxşılaşır,özünü daha yaxşı hiss edir, bədən şişkinliyə daha az məruz qalır. Əlbəttə, daim su içmək asan deyil, amma bu arıqlama üçün son dərəcə əhəmiyyətlidir.
Şəkərsiz çay və qəhvə
Su çox darıxdırıcı bir seçim kimi görünürsə də, yeməklə çay və qəhvə içə bilərsiniz. Bu tamamilə kalorisizdir. Məsələn, həll olunan qəhvənin bir fincanının tərkibində 10 kaloridən az olur.
Əsas odur ki, qəhvəyə şəkər əlavə etməyin. Amma burada da hiylələr var. Məsələn, çay və qəhvə üçün steviya əsasında təbii şəkər əvəzedicilərindən istifadə etmək olar. Həmçinin içkiyə darçın əlavə etmək olar, bu da, insanın metabolizmini sürətləndirir.

Öz hazırladığınız limonad
Daha bir faydalı içki, özünüz hazırladığınız limonaddır,. Sadəcə stəkana su süzüb üzərinə limon, portoğal,laym əlavə etmək kifayətdir.
Həm də dad və ləzzət üçün laymın qabığını əlavə edə bilərsiniz. Ən əsası – suya şəkər əlavə etməmək, əks halda içkinin kalorililiyi dərhal dəfələrlə artacaq. Həmçinin qidanı Sassi suyla içmək olar, hansının ki, tərkibində həmçinin xiyarlar var. Sassi suyu arıqlama üçün əla içki hesab edilir, buna görə onu içmək olar və lazımdır.

Şirələr və kompotlar
Şirələr və kompotlar, əlbəttə, çox dadlıdır, amma onlarda çoxlu şəkərlər olur, buna görə arıqlama zamanı onları içmək lazım deyil. Çoxlarına elə gəlir ki, təzə sıxılmış şirələr daha yaxşıdır, buna görə onları içmək olar, amma bu tamamilə belə deyil.
Dükan şirələrinin tərkibi şəkərdən başqa bir çox konservantlardan ibarətdir ki, bu da tamamilə faydalı deyil. Təzə sıxılmış şirələrdə fruktoza zəngin olan real meyvələrin şirəsi var.
Əslində, bu, yalnız meyvələrdən alınan həmin eyni şəkərdir. Məhz buna görə şirələr və kompotlar arıqlayan insanlar üçün heç də ən yaxşı içki hesab edilmir.
Qazl sular
Şirin qazlı içkilər son dərəcə zərərlidir, buna görə də onları istifadə etmək tövsiyə edilmir. 100 ml qazlı suda 20-dən 50-ə qədər kalori olur, amma çox az adam cəmi 100 ml içkiylə kifayətlənir, daha çox insan 500 ml-dən çox içir, bu isə 250 kaloriyə çevrilə bilər, bu da tamdəyərli şam yeməyinin kalorililiyidir.
Buna görə məşqçilər və diyetoloqlar mütləq şirin qazlı içkilərdən imtina etməyi məsləhət görürlər.
İnsan yemək zamanı içməyəndə özünü narahat hiss eddirsə, onda özünüzü məhdudlaşdırmaq lazım deyil. Su, çay, qəhvə və ev limonadı susuzluğu əla yatırır, eyni zamanda rasiona artıq kaloriləri əlavə etmir.


© Qreat.az
Tarix: 2020 iyl 12 Teqlər: Baxılıb: 508
Saytda ifadə edilmiş bütün informasiya istifadəcilərə yalnız tanıtım məqsədi ilə verilmişdir və onun istifadəsi və tətbiqinə görə məsülliyyəti istifadəçi özü daşıyır.


S