Məşhur sekspatoloq Dr. Syuzan Blok (Susan Block) erotik məzmunlu yuxuların insanlar tərəfindən yanlış şərh edildiyini bildirir. Onun sözlərinə görə, məsələn, yuxuda kiminləsə cinsi əlaqədə olmaq həmin şəxsə qarşı mütləq arzunun olmasından xəbər vermir. Bütün yuxularda olduğu kimi, seks və cinsi həyatla bağlı yuxular da real həyatınızda sizin üçün önəm daşıyan hadisələrin əks olunmasıdır.

Loivenberq bu cür yuxulara diqqətlə yanaşmağı və şüuraltının verdiyi siqnalları gündəlik həyatda nəzərə almağı tövsiyə edir. O, yuxuların tez unutulduğunu vurğulayaraq xüsusi bir yuxu gündəliyi tutmağı məsləhət görür. Qeyd edir ki, gördüyünüz yuxuları bu gündəliyə qeyd etməklə şüuraltınızın ötürdüyü mesajları daha aydın qavraya bilərsiniz.
Lauri Loivenberq insanların təxminən 90 faizinin həyatları boyunca qarşılaşdığı ən yayğın seks yuxularının mənalarını araşdırıb:
* **Tanış insanlarla bağlı yuxular:**
Onun fikrincə, tanış bir şəxslə yaxınlıq etmək və ya öpüşmək ən çox rast gəlinən süjetlərdəndir. Bu növdən olan yuxular həmin adama qarşı cinsi həvəsin olması kimi qiymətləndirilməməlidir. Bu daha çox həmin şəxsin sahib olduğu keyfiyyətlərə, uğurlara və ya mövqeyinə olan həsrətinizi, qısqanclığınızı göstərir. Məsələn, yuxuda iş yoldaşınız və ya rəhbərinizlə cinsi əlaqədə olmanız, onlarla ünsiyyəti möhkəmləndirmək və münasibətləri yaxınlaşdırmaq istəyinizdən xəbər verir. Hətta iş yerində fikir və davranışlarını bəyənmədiyiniz insanları da yuxuda görməyiniz mümkündür. Bu halı cinsi fantaziya kimi dəyərləndirmək yanlış olar.
* **Məkan axtarışı:**
Gecə yuxusunda tərəf-müqabilinizlə yaxınlıq etmək üçün münasib yer axtardığınızı görürsünüzsə, bu, aranızda ünsiyyət qopuqluğunun olduğuna işarədir. Belə yuxulardan sonra tərəf-müqabilinizə daha çox vaxt ayırmaq, onu dinləmək və problemləri açıq söhbətlə həll etməyə çalışmaq lazımdır.
* **İctimai yerlərdə yaxınlıq:**
İnsanların çox olduğu məkanda (evdən kənar hər bir yer daxil olmaqla) cinsi əlaqədə olmaq gizli fantaziyalardan xəbər vermir. Bu yuxu daha çox utancaqlıq və digər mənfi emosiyalarla bağlıdır. Belə bir yuxu son vaxtlar sizi utandıran bir hadisə ilə qarşılaşdığınızı və bunun fəsadlarının şüuraltında hələ də qaldığını göstərir.
* **Məşhurlarla bağlı yuxular:**
Yuxuda tanınmış bir ulduzla yakınlıq etmək, real həyatda diqqət mərkəzində olmaq və cəmiyyətdə önə çıxmaq arzunuzu ifadə edir.
* **Keçmiş sevgililər:**
Ən çox görülən yuxu tiplərindən biri də keçmiş sevgililərlə bağlı olanlardır. Bu yuxular keçmiş tərəf-müqabiliniz üçün darıxdığınız mənasını vermir. Əksinə, yaddaşınızın kiçik xatırlatma mexanizmlərini hərəkətə gətirən adi gündəlik detallardan qaynaqlanır. Məsələn, sosial şəbəkələrdə onunla bağlı bir paylaşımla qarşılaşmaq və ya ad gününün yaxınlaşdığını xatırlamaq şüuraltını tətikləyə bilər. Həmçinin mövcud münasibətinizdə yaşadığınız çətinliklər də keçmişi xatırladır və şüuraltında aparılan müqayisələr nəticəsində keçmiş sevgiliniz yuxunuzda təzahür edə bilər.