Təyin edilən məsləhətlərə riayət etdikdə, bir həftəyə arıqlamaq realdır. Tərtib olunan menyudan yayılmalar, pəhrizin effektliyini azaldır. Bir həftəyə 3 kq-dan 10 kiloya qədər itirmək olar - bu orqanizmin individual hüsusiyyətlərindən aslıdır.
Pəhrizə başlamazdan öncə qanın ümumi analizini edin və həkimlə məsləhətləşin. Qemoqlobinin dərəcəsi aşaqı ya sağlamlıqda başqa pozuntular olduqda, hər şey normallaşıncaya qədər arıqlamanı təxirə salın.
Bazar ertəsi
Səhər yeməyi: 50 q bişmiş balıq, bir stəkan qatıq, istədiyiniz qədər salat yarpaqları
Nahar yeməyi: bir ədəd bişmiş yumurta, 90 qr buharda hazırlanmış hinduşka əti, bir neçə dilim çovdar çörəyi.
Çərşənbə axşamı
Səhər yeməyi: təzə kərəviz, bişmiş kartof, bir ədəd kök, 90 qr mal əti, şəkərsiz yaşıl çay.
Nahar yeməyi: 50 q yağsız kəsmik, bir stəkan ağ yoqurt, bir stəkan kəpək ya suda bişmiş bir porsiya yulaf, 5-7 xurma.
Çərşənbə
Səhər yeməyi: 200 ml toyuq bulyonu, 50 q bişmiş toyuq, 3 dilim tamtaxıllı çörək.
Nahar yeməyi: 50 q mal əti, spanaq yarpaqları, 1 alma ya apelsin, bir neçə dilim çovdar çörəyi.
Cümə axşamı
Səhər yeməyi: 100 q suda bişmiş qarabaşaq, bir stəkan qatıq və az miqdarda əlavə edilmiş pomidor salatı.
Nahar yeməyi: düyü porsiyası, 60 qr qara gəvalı, bir qreypfrut və kivi.
Cümə
Səhər yeməyi: 60 q bişmiş mal əti, 1 yumurta, 150 qr xiyar və bolqar bibərli salat.
Nahar yeməyi: 50 q toyuq, buharda bişmiş quşqonmaz porsiyası, alma, apelsin və 20 qr qoz.
Şənbə
Səhər yeməyi: 150 ml balıq bulyonu, 50 q bişmiş balıq, bir neçə yemək qaşıqı yaşıl noxud, bir dilim çovdar çörəyi.
Nahar yeməyi: düyü porsiyası, yaşıl salat yarpaqı və orta boyda pomidor, bir stəkan yağsız süd, kivi.
Bazar
Səhər yeməyi: 50 q yağsız vetçina, suda bişmiş bir porsiya qarabaşaq, 30 qr kəsmik, bir stəkan ballı çay, bir ovuc kişmiş.
Nahar yeməyi: mərci porsiyası, bir stəkan yoqurt, bir salxım üzüm, 70 qr mal əti və biraz sidr ağacın fındıqı.
Gələn gün sulu xörəklərə üstünlük verin. Asta-asta rasiona adət olunmuş ərzaqları daxil edin. Dərhal çox yemək başlasaz, artıq çəki yaxın vaxtda qayıdacaq.