...
Süd pəhrizin fəaliyyəti, onun əsas komponentin xeyirli hüsusiyyətlırilə əsaslanlr. Süddə böyük miqdarda olan kalsium, piy hüceyrələrin emalında kömək edir. Bundan əlavə, süd məhsulları cürbəcür xeyirli maddələrlə zəngindir: zülal, vitaminlər, ağır karbohidratlar, fermentlər. Buna görə də, süd pəhrizini sağlam insanlar asan keçirir.
Effektiv arıqlamaq üçün, süd pəhrizini bir həftə tutmaq lazımdır. Bu vaxt ərzində isan 3-5 kilo itirə bilər. Süd yüngülləşdirici günləri 2-3 aydan bir təkrar etmək olar. Südə allerjisi və həzm sistemin kəskin və xroniki xəstəlikləri olan insanlara bu pəhriz uyğun deyil.
Düzgün diyetik ərzaq seçmək vacibdir. Yalnız təzə təbii süd uyğundur. Dükənlarda satılan, toz şəklində olan südü istifadə etmək olmaz. Sertifikatı olan və bazarlarda satan fermerlərdən südü almaq daha yaxşıdır.
Süd pəhrizin birinci günü - ən çətin və acdır. Gün ərzində eyni vaxt ərzində 6 stəkan süd içmək lazımdır. Qəbullardan birini, diqər süd içkisilə əvəz etmək olar. Misal üçün, səhər yeməyində, az miqdarda südlə yüngül qəhvə içə bilərsiz.
İkinci gün süd əsası 4 stəkana edir. Bundan əlavə 2 meyvə yemək icazə verilir. Diyetoloqlar almalardan imtina etmək, onun yerinə isə apelsin, kivi, banan, armud istifadə etməyi tövsiyyə edir.
Üçüncü gün rasion genişlənir. Südün əsas hissəsi yenidən azalır. Günə cəmi 2 stəkan içmək olar. Bunu səhər və axşam acqarına içşək yaxşıdır. Nahara 2 meyvə və biraz (50 qr) yüngül pendir yemək olar.
Dördüncü gün-pəhrizin ortasıdır. Nahar 1 balaca (100 qr çox olmayan) bişmiş mal ətindən və 1 meyvədən ibarət olmalıdır. Mal ətin yerinə, dərisiz və duzsuz bişmiş toyuqun döş ətini istifadə edə bilərsiz.
Gələn iki günün rasionu - beşinci və altıncı - təxminən eynidir. Səhər və axşam bir stəkan süd içmək lazımdır. Naharda, 1-2 meyvə, 1 bişmiş yumurta və 1 tikə ət yeyə bilərsiz. Altıncı günün axşamı, əlavə olaraq özünüzü 50 qr yağsız pendirlə sevindirə bilərsiz.
Tox altıncı gündən sonra, yeddinci gün çətin görsənəcək. 3 stəkan süd və 3 meyvədən başqa, hər şey qadaqandır. Məhz yeddinci gün öz zəifliklərə və pəhriz atma arzularına imkan verməmək vacibdir. Çəkinizə baxmaq yaxşı stimul olar. O vaxta kimi, bir neçə kilo izsiz yoxa çıxacaq.
Bir həftəlik süd pəhrizi rahat çıxışla bitir. Səkkizinci günün ərzində, əvvəldən 2 stəkan süd içmək lazımdır. Nahar 100 qram bişmiş mal əti və q meyvədən ibarətdir. Şam yeməyində az yağlı olan 50-7- qr pendir yeməkolar. Doqquzuncu gündən başlayaraq, porsiyzların miqdarını azaldıb, adi qidalara qayıda bilərsiz.
Süd pəhrizi zamanı, optimal su balans sistemini qorumaq əsasdır. Bunun üçün səhərlər acqarına bir stəkan təmiz ilıq su içmək lazımdır. Gün ərzində, məhdudiyyətsiz, aromotizator və şəkərli olmayan yaşıl çay içə bilərsiz.