Artıq kilolarla mübarizə - çin tababəti


Artıq kilolarla mübarizə - çin tababəti

Arıqlamağa cəhd edən insanlar, adətən avropa üsullarına əl atırlar-yorucu pəhrizlər və məhdudiyyətlər. Çin təbabəti isə artıq kilolarla mübarizədə digər yanaşma təklif edir.

Şərqdə, bədənə məbəd kimi yanaşıb onu qoruyurlar. Ənənəvi çin qaydalarıyla yaşayan insan heçvaxt əlinə nə keçdi yeməz, ac qalmaz və müxtəlif arıqlama üsullarıyla eksperiment keçirməz. Və əgər artıq çəki varsa, onunla kompleks şəklində mübarizə aparırlar.
Ənənəvi çin təbabətinə uyğun olaraq, arıqlamaq üçün orqanizmin enerjisini artırmaq lazımdır. Bu qaydanın əsasında, avropa və şərq yanaşmaların fərqi durur. Avropalılar arıqlamaq üçün az yeyib, idmanla məşğul olur, çinlilər isə hesab edirlər ki, enerji itirən orqanizm üçün sakitlik lazımdır, çünki əks halda o dahada çox qənaət edəcək və tamamilə həyat fəaliyyətinin tullantılarını çıxarmayacaq.
Enerji artımı üçün bu şərtlər lazımdır: düzgün qida, maddə mübadiləsinin normallaşması, idman, müalicəvi prossedurlar və ruh tarazlıqı. Düzgün qida-elə ərzaqların qəbuludu ki, insanın evi yanında yetişir. Bundan əlavə, sezona aid olmayan qidadan daha az yemək lazımdır: əti qışda yemək lazımdır, meyvə və tərəvəzləri isə -yayda. Ərzaqları emaldan minimum keçirmək lazımdır, və yalnız su və bitki yağı vazitəsilə. Qəhvə və şirəli içkilərdə sui-istifadə etmək məsləhət deyil, misal üçün limonad kimi.

Çin təbabəti xəbərdarlıq edir ki, köklüyə in enerjili ərzaqlar aparır, bunlara kartof, paxlalar, pomidor, badımcan, süd, qəhvə və ət və balıqın yağlı növləri aiddir. Arıqlamaq üçün yan enerjili ərzaqlar qəbul etmək lazımdır-balqabaq, kök, soğan, düyü, alma, pendir, quş əti və çay.

Artıq kilolarla mübarizədə effektli nəticələri massaj, tayszıtsuan və tsıqun kimi müalicəvi idman, sarıqlama və fitoterapiya kimi çin üsulların yardımılə əldə etmək olar. Bütün bu prosedurlar köməkçi sayılır və düzgün qidalanma ilə yanaşı istifadə edilir.

Çin tababətinə əsasən, orqanizmin təmizlənməsi olmadan arıqlamaq mümkün deyil. Həyat fəaliyyətin tullantıları qalmasın deyə, vaxtında yatmaq lazımdır-saat 10-11-dən gec olmadan.

Çəkinin normallaşması üçün yaxşı əhval ruhiyyədə vacib rol oynayır, çünki ona səbəb insanın enerji dövranı yaxşılaşır, bütün daxili orqanları isə yaxşı rejimdə işləyir. Pozitiv yönəlmə maddə mübadiləsinin artmasınada imkan yaradır.

Çin arıqlama üsulların yaxşı reklamı o faktdır ki, Çində piylənmə qərb ölkələrindən daha azdı. Lakin bu tövsiyələrdən istifadə etməzdən əvvəl, həkimlə məsləhətləşin.

© Qreat.az
Tarix: 2018 yan 19 Teqlər: Maraqli, Meslehetler, Ariqlamaq, Pehrizler, Qadinlar, Gozellik Baxılıb: 4993
Saytda ifadə edilmiş bütün informasiya istifadəcilərə yalnız tanıtım məqsədi ilə verilmişdir və onun istifadəsi və tətbiqinə görə məsülliyyəti istifadəçi özü daşıyır.


S