Arıqlamaq üçün, tərəvəz salatları: vitaminli pəhriz


Arıqlamaq üçün, tərəvəz salatları: vitaminli pəhriz

Sağlamlıqa zərər vermədən arıqlamaq üçün, orqanizmi, vitamin və xeyirli mikroelementlərlə təmin etmək lazımdır, bunlar isə böyük miqdarda, tərəvəzlərdə mövcuddur. Məhz buna görə, pəhriz zamanı, tərəvəz salatları, qidalanmaqın variantından biri sayılır, bu isə artıq çəkiylə mübarizəni, əyləncəyə çevirir.

Araqlımaq üçün yüngül “Təravət”salatının resepti

Bu salatda kaloriyanın miqdarı az olduquna görə, bu salatdan çox miqdarda yeyə bilərsiz, lakin artıq yeməyin. Hazırlanması üçün, bir ədəd tazə xiyar götürün, qabıqını soyun, dairəvi şəkildə nazik doğrayın, süzgəcə goyun, duz səpin, qarışdırın, üstünə boşqab goyun, və süzgəci dərin qaba qoyaraq, 30 dəqiqə saxlayın. Bundan sonra xiyarı soyuq suda yuyun, qurulayın və boşqaba goyun. 2 yemək qaşıqı su, biraz şəkər əvəzedici və sirkə qarışıqın, qaynadın və soyuduqdan sonra xiyarın üzərinə tökün. Xırdalanmış şüyüdü üstünə səpin və 2 saatlıq soyuducuya goyun.

Diqqət yetirin ki, nitratlarnan zənqin olan xiyarlar sizə xeyir gətirməz, buna görədə, bu salatı, xiyarın təbii yetişməsi zamanı yeyin.


Arıqlamaq üçün tərəvəz salatı

Arıqlamaq üçün, bu diyetik salatı hazırlamaq üçün lazımdır: qırmızı şirin bibər – 1 ədəd, sarı bibər-1 ədəd, pomidor-3 ədəd, soğanın saplaqı-2 ədəd, göy soğan-2 ədəd, xırda doğranmış cəfəri-2 yemək qaşıqı, tərəvəz bulyonu-1 stəkan, tama görə duz. Bibərləri uzun-uzun doğrayın, pomidorları-2 hissəyə bölün, soğanı xırdalayın. Dərin tavaya, bibərləri və pomidorları yığın, üzərinə soğan səpin, bulyon tökün, biraz duz səpin və əvvəlcədən 180 dərəcə qızdırılmış sobaya, yarım saatlıq goyun.

Fiquranı qorumaq üçün sadə salat

Eyni miqdarda, xırda doğranmış kəhı yarpaqlarını, tər xiyarı, turp, şüyüd, cəfəri və göy soğanı qatışdırın. Bitki yağı əlavə edin.

Bitki yağını, yağsız xama ilə əvəz etmək olar.


Pəhriz üçün kərəviz salatı

Bu diyetik yeməyin hazırlanması üçün tələb olunanlar: kərəvəz-4 saplaq, ağ kələm-450 qr, tər xiyar-3 ədəd, soğan-2 ədəd, zeytun yağı, limon suyu, duz və cəfəri. Kələmi uzunsov doğrayın, biraz duz səpin və əlivizlə əzin. Kərəvəzi doğrayın, soğanı yarım xalqa doğrayın, xiyarı-nazik xalqalar şəklində. Bütün inqridiyentləri qatışdırın, boşqaba goyun, zeytun yağı əlavə edin, limon suyu əlavə edin və xırdalanmış cəfəri səpin.

Kərəviz və alma salatı

300 qr kərəviz bişirin, soyudun, xırda doğrayın və xırda sürtgəcdən keçirilmiş 200 qr alma və 100 qr yer kökü əlavə edin. 50 qr qoz ləpəsi, biraz duz və şəkər tozu əlavə edin. Qarışdırın və xama əlavə edin. Apelsin dilimlərilə bəzəyin.

© Qreat.az
Tarix: 2018 yan 19 Teqlər: Maraqli, Meslehetler, Ariqlamaq, Pehrizler Baxılıb: 26729
Saytda ifadə edilmiş bütün informasiya istifadəcilərə yalnız tanıtım məqsədi ilə verilmişdir və onun istifadəsi və tətbiqinə görə məsülliyyəti istifadəçi özü daşıyır.


S