Ana südünü artıran vasitə – Sarıkök


Ana südünü artıran vasitə – Sarıkök

Sarıkök xalq arasında artıq 2500 ildir ki, məlumdur. Bu bitki, dünyanın ən əlçatan və faydalı ədviyyatlarından biridir.

Sizə ana südünü artıran sarıköklü reseptlər təqdim edirik:

Resept 1. İstifadə qaydası: 0,5 çay qaşığı sarıkökü 0,5 qaynar suda dəmləyin, bir çay qaşığı bal töküb ağzını bağlayın. 5 dəqiqəgözləyin. Dəmləməni gündə 2 dəfə içə bilərsiniz.

Resept 2. Sarıkök, gecə qaynar süd, yağ və balla içilir. Bu süd axınını yaxşılaşdırır və sinir sistemini sakitləşdirir. Südə allergiyasi olanlar südün əvəzinə qaynar su istifadə edə bilərlər.



SÜDÜN AZALMAMASI ŞƏRTİLƏ ARIQLAMAQ İSTƏYƏN ANALARA!
Sarkök çəkini əhəmiyyətli dərəcədə aşağı salır. Həmçinin yağlı və şirin qidalara qarşı istəyi azaldır! Odur ki, bədənin korreksiyası üçün nəzərdə tutulmuş preparatların tərkibində adətən sarıkök cövhərinə rast gəlmək olar.


Resept: 0,5 qəhvə qaşığı sarıkök + 0,5 çay qaşığı zəncəfili 1 stəkan qaynar suda dəmləyin, içinə bir qaşıq bal töküb ağzını bağlayın. 5-10 dəqiqəgözləyin. Gündə 2 dəfə, səhər və günorta maksimum saat 2-yə qədər istifadə edin. Zəncəfil körpənin gecə yuxusunu poza bilər, odur ki, onu günün birinci yarısı qəbul etmək lazımdır.



Xəbərdarlıq:
2 yaşına qədər uşaqlara verilməməlidir.
Qeyri steroid iltihab əleyhinə preparatların və immunosupressantların birdəfəlik qəbulu zamanı ehtiyatla istifadə olunmalıdır.
Öd və ya sidik kisəsində daş olan xəstələr qəbul etməməlidirlər.
Şəkər xəstələri nəzərə almalıdırlar ki, ədviyyat qanda şəkərin səviyyəsini əhəmiyyətli dərəcədə azaldır.
Bu ədviyyatın aşağıdakı preparatlarla qarşılıqlı təsiri mümkündür:


- qandurulducu dərmanlarla (varfarin, aspirin) – təsirini neytrallaşdırır;

- mədə sekresiyasını azaldan dərmanlarla (simetidin, ranitidin, omeprazol) - sarıkök mədə turşusunun sekresiyasını artırır;



- diabetik preparatlarla – onların təsirini artırır, hipoqlikemiyanın əmələ gəlməsi ehtimalını çoxaldır.
Ədviyyatın yüksək dozalarda qəbulu, sidikdə oksalat turşusunun səviyyəsini artırır, bu isə sidik kisəsində daş xəstəliyi zamanı böyük əhəmiyyət kəsb edir.



Müəllif: Məmmədxanova Fərəh – Həkim terapevt, idman və bioloji təbabət mütəxəssisi

© Qreat.az
Tarix: 2020 apr 20 Teqlər: Meslehetler, Hamilelik Baxılıb: 856
Saytda ifadə edilmiş bütün informasiya istifadəcilərə yalnız tanıtım məqsədi ilə verilmişdir və onun istifadəsi və tətbiqinə görə məsülliyyəti istifadəçi özü daşıyır.


S