Kokos yağı, kokos qozunun yumşaq ətindən sıxma yolu ilə əldə olunur. Yumşaq hissə qabıqdan ayrılır, qurudulur, xırdalanır və soyuq pres üsulu ilə faydalı yağı çıxarılır. Bu yağ kosmetologiyada olduqca məşhurdur, çünki tərkibində çoxlu sayda qidalandırıcı və müalicəvi komponentlər var: laurin turşusu, miristin turşusu, olein turşusu, kapril turşusu, palmitin turşusu, kaprin turşusu, kapron turşusu və digər turşular.
Kokos yağı bərk konsistensiyaya malikdir və görünüşcə sabuna bənzəyir. 25 dərəcədən yuxarı temperaturda, o cümlədən dəriyə çəkildikdə “əriyir”. Onun bərk konsistensiyası tərkibindəki laurin və miristin turşuları ilə əlaqədardır. Buna baxmayaraq, kokos yağı dəridə yaxşı sorulur, yağlı iz və yapışqan qat buraxmır.
Kokos yağı zəngin yağlı tərkibi sayəsində quru dərinin qidalanması və nəmləndirilməsi üçün idealdır, həmçinin incə qırışlara qarşı mübarizədə də təsirli olur. Kokos yağını mütəmadi olaraq üzə, bədənə və çatlamış dodaqlara çəkin. Artığını salfetlə silmək kifayətdir. Dəriyə qulluq üçün təmizlənmiş (rafinə olunmuş) kokos yağından təmiz halda istifadə etmək olar. Təmizlənməmiş (rafinə olunmamış) yağı isə digər bitki yağları ilə qarışdıraraq istifadə etmək tövsiyə olunur. Kokos yağına bir az maye bal əlavə etsəniz, həm ölü dəri hüceyrələrini təmizləyən, həm də nəmləndirən əla təbii skrab əldə etmiş olarsınız.
Kokos yağı zədələnmiş saçlar üçün də müalicəvi təsirə malikdir. Barmaqlarınızı yağa batırıb baş dərinizə masaj edin, yağı saç köklərinə yedizdirin. Bir neçə damcı yağı darağa damcıladıqdan sonra saçlarınızı daranız – bu, saç uclarına qədər onları qidalandıracaq. Yağı yumağa ehtiyac yoxdur – o, saçlarda qoruyucu qat yaradır və bu qat qələvi şampunların, sərt suyun və çöldəki zərərli təsirlərin qarşısını alır. Buna görə də, tez-tez şampunla yuyulan və fenlə qurudulan saçlar zədələnmir, daha az qırılır və sağlam görünüşünü qoruyur.
Kokos yağı ağcaqanad və milçək dişləməsindən sonra yaranan qıcıqlanma, qızartı və qaşıntını da yaxşı aradan qaldırır. Bir neçə damcı kokos yağı, çay ağacı yağı və lavanda yağını qarışdırın və bu qarışığa batırılmış pambıq diski qızarmış nahiyəyə qoyun.
Kokos yağı həm də makiyaj təmizləyici vasitədir. Sadəcə pambıq diskə bir az yağ damcıladın və onu dəri təmizləyici süd kimi istifadə edərək, üz və göz makiyajınızı silin.
Kokos yağının tətbiqi ovuc, dirsək və dabanlardakı çatların müalicəsində də effektivdir. Onu yaralara və yanıqlara çəkmək olar – iltihab əleyhinə və sağaldıcı təsir göstərir.