
Yuxuda öpüşmək nədir? Yuxuda öpüşmək nə deməkdir? Yuxuda sevişmək görməyin mənası nədir? Yuxuda xəyanət görmək haqqında və daha çox yuxu yozumunu araşdırdıq. Topladığımız yuxu yozmaları sizlərlə bölüşürük.
Yuxuda öpüşmək Nüfuz, güç, ehtiram və zənginlik əlamətidir. Yuxu görənin var-dövlət qazanaraq imkanlandığına, ətrafındakı insanların sayının artacağına, hörmət və izzət sahibi bir şəxsə çevriləcəyinə işarədir. Hər kəs tərəfindən yüksək qiymətləndirilmişdir.
Yuxuda öpüşdüyünü görmək, problemlərə çarə tapmağa, xəstəliklərdən, təşvişlərdən, şübhələrdən və borclardan azad olmağa dəlalət edər. Yuxu sahibi özünü kədərləndirən, çətinliyə salan, əhvalını pozan və şadlığını qaçıran hər cür bəladan və çətinlikdən xilas olacaq, səhhətinə qovuşacaq. Yuxuda öpüşdüyünü görən şəxsin hər bir işi qaydasına düşəcək və bundan sonra da işləri uğurla davam edəcək deməkdir. Həyatı arzuladığı istiqamətdə dəyişəcək və hər bir istəyi, vaxtı gəldikdə bir-bir həyata keçəcək. Yuxu görənin ətrafında bədxah və qeybətcil insanlar olmayacaq, onun haqqında yaxşı düşünən və xoş niyyətli şəxslərin sayı artacaq.
Yuxuda köhnə sevgiliylə öpüşmək
Yenə də keçmiş sevgilini xatırlamağa və onunla təsadüfən rastlaşmağa işarə edər. Yuxusunda keçmiş sevgilisi ilə öpüşdüyünü görən şəxs həmin insanla yenidən qarşılaşa bilər, aradakı problemləri həll edərsə, münasibətlərini qaldığı yerdən bərpa edə bilər deyə yozular.
Yuxu görənin keçmiş sevgilisi haqqında bir xəbər alacağına və ya bir söz eşidəcəyinə işarədir. Bu o deməkdir ki, yuxu sahibi gözlənilmədən hardasa keçmiş sevgilisi ilə görüşmək şansı əldə edir.
Yuxuda kişilə öpüşdüyünü görmək
Müştərək bir iş görməyə yozular. Yuxu sahibi bir şəxslə birgə biznesə başlaya bilər, yarıbayarı kapitalla müqavilə bağlaya bilər. Yuxusunda bir kişi ilə öpüşdüyünü görən şəxsin niyyət etdiyi iş təmiz və xeyirli olacaq.
Yuxuda qızla öpüşdüyünü görmək
Yuxu sahibinin sevgiyə dayanan münasibət yaşayacağına, əgər artıq bir münasibəti varsa da xoşbəxtliklə yekunlaşacağına yozular. Səadətə vəsilə olacaq və ardınca yeni şadlıqlar gətirəcək bir ailə həyatı mənasına gələr.
Yuxuda sevgiliylə öpüşdüyünü görmək
Yuxu sahibinin real həyatdakı sevgilisi ilə bağlı bir məsələ öyrənəcəyinə və bunu da kənar şəxsdən eşidəcəyinə yozular. Əgər yuxu sahibi sevgilisindən ayrıdırsa, yaxın zamanda sevgilisinə qovuşar.
Yuxuda birini öpdüyünü görmək
Yuxu sahibi yuxusunda kimi isə öpdüyünü görərsə, işləri intizama girəcək və ticarət fəaliyyətindəki qeyri-müəyyənliklər geridə qalacaq deməkdir. Uzun müddətdir ləngiyən işlər canlanacaq və düyünə düşmüş problemlər həll olunmağa başlayacaq deməkdir.
Yuxuda öpüşən uşaqlar görmək ailədə xoşbəxt barışıq və işdə razılığa işarədir. Yuxuda ananızı öpmüsünüzsə, sizi fəaliyyətinizdə və sevgidə müvəffəqiyyət, dostlarınızın isə hörməti gözləyir. Yuxuda qardaş və ya bacınızı öpmüsünüzsə, bu, gələcək məmnunluqlara və səmimi dostluğa işarədir. Sevgilinizi qaranlıqda öpmüsünüzsə, bu, təhlükə və biabırçılıq əlamətidir; işıqda öpmək isə o deməkdir ki, qadınlara qarşı alicənab rəftarınızı dəyişməyəcəksiniz. Yuxuda tanımadığınız qadını öpmək mənfi əməllərə işarədir. Yuxuda rəqibiniz sizin sevgilinizi öpübsə, həyatda onun etibarını itirmək təhlükəniz var. Evlilər yuxuda bir-birlərini öpüblərsə, bu, onların evindən heç vaxt əskik olmayacaq mənəvi həmrəyliyə işarədir. Yuxuda düşməninizi öpmüsünüzsə, bu, onunla uğurlu barışığa işarədir. Gənc qız yuxuda sevgilisi ilə öpüşərkən qəfil tutulubsa, bu, real həyatda yaxın dostları tərəfindən ona qarşı nəzakətsiz, kobud rəftara işarədir.
Yuxuda Dodaqdan Öpüşmək
Yuxuda dodaqdan öpüşmək; Nəfsinə məğlub olmaq və şəhvət, bəzən də məhəbbət münasibətinin göstəricisi kimi izah edilir. Tanımadığı qadın və ya kişini dodaqlarından öpdüyünü görən şəxs dünya nemətlərinə meyl edər.
Yuxuda cinsi əlaqədə olmaq
İnsanlar vaxtaşırı intim yuxular görürlər. Bu, bir çoxlarını narahat edir. Narahatlığa lüzum yoxdur, çünki tez-tez baş vermədiyi təqdirdə bu cür yuxular təbii haldır. Lakin seksoloqlar ardıcıl intim yuxuların görünməsini cinsi həyatın azlığı, onun qaneedici və müntəzəm olmaması ilə əlaqələndirirlər.
Buna baxmayaraq, intim yuxular eyni zamanda başqa məsələlər barədə də xəbər vermək imkanına malikdirlər. Məsələn, əgər adam özünü yuxuda çılpaq görürsə, deməli cinsi həyatına rəng qatmaq istəyir və ya yeniliyə ehtiyac duyur. Əgər işdə xoşlamadığı rəhbərlə cinsi əlaqə yuxusuna girirsə, real həyatda bunun intim hisslərlə heç bir bağlılığı yoxdur. Bunun insanın özü ilə əlaqəsi var, yəni öhdəliyinə daha böyük məsuliyyət götürmək, irəliləmək fikrindədir. İntim hisslərlə əlaqəli olmasa da, dolayısı yolla bir-birini tamamlayır. Əlbəttə ki, rəhbər şəxslə cinsi əlaqə "yeni imkanlar açmağa" yardım edə bilər.
Şiddətli cinsi əlaqə yuxusu insanın daxilində toplanıb qalmış hiddətdir. Bu o deməkdir ki, yuxunu görən öz hisslərini cilovlamalı, qəzəbinə hakim olmağı bacarmalıdır.
Keçmiş sevgili ilə cinsi əlaqə yuxusu yeni məhəbbətin xəbərçisidir. Yeni münasibətlərdən xəbər verir.
Özünü başqa bədənin içində sevişərkən görmək real həyatda başqasının mövqeyinə göz tikmək deməkdir. Yaxud da öz xarakterinə uyğun gəlməyən addım atmağa, davranmağa işarədir.
Başqasının intim səhnəsinə yuxuda şahidlik etmək özünü daha da cəmiyyətə inteqrasiya etmək, sosiallaşdırmaq istəyindən yaranır.
İnsanın yuxuda həmcinsi ilə cinsi əlaqə görməsi onun daxili maraqlarına işarə edir. Bu şəxs həyatda fərqli bir şeyi təcrübədən keçirmək istəyir. Lakin oriyentasiyanı dəyişməyə tələsməyin, unutmayın ki, yuxular çox vaxt əksinə yozulur.
Yuxuda sevişmək görməyin yuxuyozması
Yuxuda sevişmək böyük bir məqama işarə edər. Yuxuda sevişmək insanın, din və dünyəvi baxımdan arzuladığı şeyə qovuşmasına; həzzə, mənfəətə, rahatlığa və daxili sakitliyə çatmasına; Öz ömür-gün yoldaşı ilə cinsi münasibətdə olduğunu görmək, yoldaşından arzuladığı şeyə nail olmasına, həyat yoldaşının da ondan gözlədiyi şeyə qovuşmasına işarə edə bilər.
Yuxuda sevişən iki insan görməyiniz, yeni bir eşq həyəcanı hiss etmək arzusu ilə içinizdə duyğuların baş qaldırdığına, özünüzü sevişərkən görməyiniz isə hələlik bu hissədən uzaq olduğunuza dəlalətdir.
Yuxuda sevişdiyini görmək, öz həyat yoldaşı ilə olarsa xeyirli xəbər və hadisələrə, başqası ilə olarsa pis bir iş üçün girilən şərikliqdə böyük zərərə uğramağa işarədir.
Yuxuda sevişən iki insan görmək, yeni bir eşq həyəcanı duymaq arzusu ilə içinizdə hərəkətlənmə olduğuna; Yuxuda özünü sevişərkən görmək, hələlik bu hissdən uzaq durduğunuza dəlildir.
Yuxuda cinsi əlaqə görmək
Yuxularımız gün ərzində yaşadıqlarımızdan və şüuraltı düşüncələrimizdən formalaşır. Cinsi əlaqə ilə bağlı yuxular heç də real istəkləri və hissləri əks etdirmir və bütün yuxular kimi, intim yuxular da sizin üçün əhəmiyyətli olan hadisələrdən xəbər verir.
Bəs görəsən, bu və ya digər cinsi yuxunun mənası nədir?
Tanış insanlarla cinsi əlaqə yuxuları həmin şəxsi arzuladığınız mənasına gəlmir. Bu yuxu tanıdığınız insanın sahib olduğu bir şeyi əldə etmək və ya onun keyfiyyətlərinə qibtə etdiyiniz deməkdir.
İş yoldaşlarınız və ya rəhbərinizlə bağlı gördüyünüz yuxular sizin həmin insanlarla münasibətlərinizi möhkəmləndirmək və yaxınlaşmaq istəyinizi bildirmir. Birlikdə işlədiyiniz insanların idarəçiliyi və işlə bağlı düşüncələrindən məmnun deyilsinizsə, bu cür yuxuları tez-tez görə bilərsiniz.
Yuxuda sevgiliniz və ya həyat yoldaşınızla cinsi əlaqədə olmaq üçün yer tapa bilmirsinizsə, onunla münasibətinizdə ciddi problem yaşanır. Bu yuxu sizə dərhal cinsi həyatınıza diqqət ayırmalı olduğunuzu xatırladır.
Camaat arasında cinsi əlaqədə olduğunuzu görmək heç də sizin intim xəyallarınızla bağlı deyil. Bu yuxu yakın vaxtlarda xəcalət çəkməyinizə səbəb olacaq bir hadisə və ya insanların çox olduğu yerdə sizin haqqınızda utancverici sözlərin deyilməsi ilə əlaqədardır.
Məşhurlarla cinsi əlaqə yuxuları heç də həmin tanınmış insanlarla intim münasibət arzulamağınız demək deyil, əksinə, realda diqqət mərkəzində olmaq istəyinizlə bağlıdır.
Yuxuda xəyanət görmək
Yuxuda xəyanətə uğramaq gənc bir kişi üçün eşq əzabı və ya iş səbəbindən çətinlik deməkdir. Orta yaşlı biri üçün yaxınlarından birinin xəyanətini hiss edəcəyinə işarədir. Gənc qız üçün dərdli və kədərli olacağına, sevgisi uğrunda mübarizə aparacağına yozular. Bu yuxu, bəxtiyar olmadığınızı və həyatınızda bəzi dəyişikliklər etmək istədiyinizin göstəricisidir. Yuxuda xəyanət və satqınlıqla günahlandırıldığını görmək, ətrafındakı insanlara daha faydalı olmağa dəlalət edər.
Yuxuda xəyanət; eşq əzabı və ya iş yerində sıxıntı deməkdir. Yuxuda xəyanətə uğramaq, xəyanətə uğradığını görmək konkret bir şəxs, münasibət və ya vəziyyət haqqında şübhələri təmsil edər. Bu yuxu əsasən inamsızlıq hisslərinə sahib olduqda və həyatınızda böyük məsuliyyətlər ilə üz-üzə qaldıqda tez-tez görünər.























