
Erotik Yuxular və Onların Gizli Mənaları
İnsanlar zaman-zaman erotik məzmunlu yuxular görürlər və bu vəziyyət çox vaxt narahatlığa səbəb olur. Lakin həyəcanlanmağa heç bir lüzum yoxdur; çünki tez-tez təkraralanmadığı təqdirdə belə yuxular tamamilə təbii hesab edilir. Bununla belə, seksoloqların fikrincə, davamlı olaraq erotik yuxular görmək cinsi həyatın yetərsizliyi, qaydasında olmaması və ya mütəmadi xarakter daşımaması ilə bağlıdır.
Bununla yanaşı, bu qəbil yuxular başqa məsələlərdən də xəbər verə bilər:
Yuxuda özünü çılpaq görmək: Şəxsin intim həyatına rəng qatmaq arzusu və ya yeniliklərə ehtiyac duyduğunun göstəricisidir.
Xoşlanmadığınız rəhbərlə intim münasibət: Bu görüntünün real həyatda cinsi istəklərlə birbaşa əlaqəsi yoxdur. Bu, daha çox şəxsin öz daxili iddiaları — üzərinə daha böyük məsuliyyət götürmək və karyerasında irəliləmək istəyi ilə bağlıdır. Dolayısı ilə, rəhbər şəxslə bağlı belə bir görüntü yeni imkanların, yeni üfüqlərin açılmasına işarə edə bilər.
Sərt və şiddətli cinsi əlaqə: İnsanın daxilində toplanıb qalmış hirs və qəzəbin təzahürüdür. Bu, şəxsin öz emosiyalarını nəzarətdə saxlamalı və aqressiyasını cilovlamalı olduğuna dair bir siqnaldır.
Keçmiş tərəfdaşla yuxuda olmaq: Yeni bir sevginin, gələcək münasibətlərin müjdəçisi sayılır.
Özünü başqa bir bədəndə sevişərkən görmək: Real həyatda başqasının mövqeyində gözü olmaq və ya öz xarakterinə daban-dabana zidd addımlar atmaq, davranmaq deməkdir.
Başqalarının intim anlarına kənardan şahidlik etmək: Şəxsin daha çox sosiallaşmaq, cəmiyyətə qaynayıb-qarışmaq istəyindən irəli gəlir.
Öz cinsi ilə intim münasibət görmək: İnsanın daxili maraqlarına və həyatında tamamilə yeni bir təcrübə yaşamaq istəyinə işarə edir. Lakin cinsi yönümünüzü dəyişməyə tələsməyin — unutmamaq lazımdır ki, yuxular çox vaxt əks mənada yozulur.






















