Quru aclıqın əsas qaydaları


Quru aclıqın əsas qaydaları

Nifrət etdiyiniz artıq çəkilə mübarizədə, insanlar bəzən aclıq istifadə edir. Bir “ac” günə 1-3 kq arıqlamaq olar. Bundan əlavə yeməkdən müvəqqəti imtina orqanizmin ümumi halını yaxşılaşdıraraq, onu şlaklardan təmizləyir. Sərt qida məhdudiyyətlərin arasında ən effektlisi quru aclıq sayılır. Belə halda nəinki bütün ərzaqlar, hətta müxtəlif mayelər, su daxil olmaqla qadağan olunanların arasındadı. Quru aclıq arzu etdiyiniz nəticəni verməsi üçün, o düzgün təşkil olunmalıdır.

Quru aclıq - ekstremal arıqlama üsuludu, fiziki və psixoloju nöqtəi nəzərdən çətindir. Kənardan qida və su almadıqca, orqanizim enerjinin və nəmin daxili rezervlərini açıraraq yenidən qurulur. Bu zaman, toxumaların dağılma prossesi sürətlənir, əl əfsusda yağ ehtiyyatların və xəstə hüceyrələrin. Həssas insanı, suyun tam istisnasıyla bağlı, mənfi fikirlər narahat edə bilər. Bu üsuldan, birdən birə, hazırlıqsız istifadə etmək olmaz. İdeal variant - hüsusi tibb mərkəzində arıqlama. Hətta bir günlük qida və sudan imtina üçün həkimlə məsləhətləşmək lazımdır. Nəfəs orqanların, qara ciyərin, ürək, xəstəlikləri, endokrin problemləri, qan laxtalanma problemləri, az çəkisi və qanı yüksək olanlara quru aclıq qadağandır. Həmilə və əmizdirən qadınlarda ac qalmamalıdır.

Quru aclıqın 2 növü var: sərt və yumşaq. Birincidə mayelə hər hansı bir təmas istisna olunur: çimmək, əl-üzü yumaq, diş təmizləmək, hətta qarqara etmək, klizma qoymaq, əl yumaq və s. olmaz. Yumşaq quru qclıq zamanı, su istifadəsi dayanır, lakin qiqiyenik su prosedurları dayanır.

Arıqlamaq məqsədilə, yumşaq variantdan 1-3 gün ərzində istifadə etmək tövsiyyə edilir, lakin birinci üsulda, qəti şəkildə 24 saatdan çox ac qalmaq olmaz. Üç gündən çox olan quru aclıq, mütəxəssislərin nəzarəti altında və individual metodikayla olmalıdı, misal üçün, ”kaskad” (aclıqın və qida qəbulun növbələnməsi).

Hazırlıqa, aclıqdan 2 həftə əvvəl başlamaq lazımdır. Bu zaman ərzində şəkər, şəkərəvəzediciləri, duz və tərkibində duz olan ərzaqları, ət, qəhvə, alkoqol istifadə etmək olmaz. Gündəlik rasiona balıq, quş əti, süd məhsulları, yumurta, tərəvəz, sıyıqlar, göbələk, qurumeyvələr, qiləmeyvələr, meyvələr, bal daxil olmalıdır. Aclıqdan bir həftə əvvəl, sırf bitki ərzaqlardan hazırlanmış xörəklərə keçmək arzuolunandır.

Hazırlıq vaxtının sonunda, quru aclıqın dəqiq günü və vaxtı seçilir. Təyin edilmiş vaxtdan bir saat əvvəl yemək lazımdır. Növbəti 60 dəqiqə limonlu ya ballı su içmək lazımdır. Sonuncu su qurtumu, quru aclıqın başlanmasına işarədir.

Yeməkdən və içməkdən imtina zamanı, ağ ciyərə oksigenin girməsini təmin etmək vacibdir. Məsləhət edilir ki, əvvəlkindəndə artıq,otağı havalandırasız, təbiətdə daha çox gəzəsiz, nəfəs idmanı edəsiz. Digər əsas şərt, müxtəlif dərmanların qəbulu qadağan edilir. Ağrı şiddətlənirsə, aclıqı vaxtıdan əvvəl bitirmək lazımdır.

Bir gün çəkən, qisamüddətli quru aclıqdan çıxış üçün, hüsusi şərtlər tələb olunmur. Belə vəziyyətdə, birinci qida qəbulu, yüngül və rahat olmalıdır, misal üçün bir stəkan qatıq.

İki-üç günlük aclıqı, başladığınız saatda bitirmək lazımdır. Misal üçün, sonuncu su qurtumu səhər saat 9-da olubsa, aclıqdan çıxışda səhər saat 9-da olmalıdır. Birinci iki saatda yalnız təmiz su içmək lazımdır. Sonra yüksək yağlılıqı olan süd məhsulunu yemək lazımdır, misal üçün təbii südlü ev kəsmiyi. Daha iki saatdan sonra, duzsuz balıq ya toyuq bulyonu içmək olar.

Birinci iki gündə qidanın əsasını zülal qidası təşkil etməlidi: kəsmik, qatıq, pendir, xama, yumurta, bulyonlar (balıq ya toyuq), bişmiş balıq və toyuq. İkinci gündən etibarən az miqdarda çörək, sıyıq, bişmiş tərəvəzlər yemək olar. Müxtəlif çiy ərzaqlar, misal üçün, qaynamamış süd ya termik işləmədən keçməyən tərəvəzlər, istisna edilir.

Üçüncü gün, hazırlıq gününə oxşar olan rasiona keçə bilərsiz. Bütün ərzaqlar təzə, porsiyalar isə balaca olmalıdır. Quru aclıqdan çıxdıqda, orqanizmin su balansını doldurmaq vacibdir, bunun üçündə, istədiyiniz qədər su içmək olar.

© Qreat.az
Tarix: 2018 yan 24 Teqlər: Ariqlamaq, Saqlamliq, Qadinlar Baxılıb: 3839
Saytda ifadə edilmiş bütün informasiya istifadəcilərə yalnız tanıtım məqsədi ilə verilmişdir və onun istifadəsi və tətbiqinə görə məsülliyyəti istifadəçi özü daşıyır.


S