Aclıq hiss etməməyin qaydaları


Aclıq hiss etməməyin qaydaları

Qidada olan sərt məhdudiyyət aclıq hissi yaradır. Bu, sizi incidən pəhrizlərdə ola bilər, və ya yalnış rejim, hansıki, nahar və şam yeməyinə vaxt olmadıqda yaranır. Mütamadi aclıq hisii mədə-bağırsaqxəstəliklərinə gətirə bilər, ona görədə bu problemə fikir verməmək olmaz, çünki onu yola qoymaq çox asandır.
Mütamadi əmələ gələn aclıq tutmalarında ən əsası – düzgün qida rejimini təşkil etməkdir. Aclıq hissi, orqanizmin mübadilə prosesi, ləngimə rejiminə keçəndə yaranır. Ona görədə, bu siqnal ilə qəbul olunan qida, “ehtiyat” piy qatında yığılır. Az-az və tez-tez qida qəbul edilən, yeni gündəlik qrafik tərtib edin. Səhər yeməyini rədd etməyin, çünki o orqanizmi işlədir və maddələr mübadiləsini tezləşdirir. Aclıq siqnalını gözləməyin, çünki onda, siz faydalı olmayan nələrsə çeynəməyə sürüklənəcəysiz(kökələr,ponçiklər,pizzalar,şiriniyyat). Qida qəbulu arasında 3-4 saat ara olmalıdı.
Yeməkdən sonra masa arxasında çox qalmayın, çünki yenidən nəisə yemək arzusu yarana bilər. Ayaq üstədə yeməyə dəyməz – belə vəziyyətdə mədə boş görsənir və onu sonadək doldurmaq arzusu yaranır.

Rasionuvuza yulaf daxil edin – o orqanizmi tez doydurur və tərkibində xeyirli maddələr var. Yaxşisida odur ki, yulaf asta həzm olunur, beləliklə aclıq hissi qeriyə çəkilir. Arada, azda olsa alma, qatıq və ya yoqurtla qidalana bilərsiz. Almanın içində olan tumların tərkibində, yeməmək istəyi yaradan yod var.
Ağzınızı nanə tinkturasılə qarqara edin, yada yarım stəkan şüyüd həlimi için. Bu üsullar aclıqı iki saatlıq yaddaşdan çıxarır. Şəkər əlavə olunmamış gəvalı və əncil kompotu, iştahanı əla sakitləşdirir. Onu yeməkdən əvvəl, yarım stəkan için və meyvələrinidə yeyin.
Kartof və paxla mədəni tez doldurur, həzmi yaxşılaşdır. Suda və ya sobada bişmiş kartof daha xeyirlidir. Orqanizmin yeni qida rejiminə öyrəşməsi üçün, asta asta porsiyaları azaldın. Bir neçə vaxtdan sonra, toxluq hissin daha tez yaranmağını görəcəksiz.
İştaha yaradan ərzaqların istifadəsini məhdudlaşdırın(qəhvə,acılı hər bir şey və konservləşdirilmiş məhsullar). Yeməkdən əvvəl bir stəkan mineral suyu, yada tomat şirəsi için.

Şam yeməyini, yatmaqdan iki saat əvvəl yeməlisiz. Yeməyiniz bir dilim ət və tərəvəzdən ibarət olmalıdır. Ətin tərkibində olan amin turşuları, piyi yandıran hormonları aktivləşdirir.
Bitki hüceyrələrnən zəngin olan ərzaqları çox yeyin. Bu sərt çovdar çörəyi, qarabaşak və arpa sıyıqları, alma, qara gəvalı, yer kökü, çuğundur və göy soğandır. Bunlar mədənin hərəkətini stimullaşdır. Kələmin hüceyrələri isə, xolestirinin artıqlarını çıxarır.
Sarımsaq aclıq hisiini asanlıqla dəf edir. Sarımsaqın üç dişini əzin və otaq temperaturunda olan bir stəkan qaynamış su əlavə edin. Bir gündən sonra həlim hazırdı. Yatmaqdan əvvəl, həlimdən bir xörək qaşıqı qəbul edin. Çeynəmədən, balaca bir dişsarımsaqı udmaqa cəhd edin.
Hər hansı bir maraqlı və əyləncəli məşğuliyyət, yeməyi unudturur. Lakin yeni qida rejimini unutmayın və aclıq hissi qayıtmasın deyə, yemək arasını dörd saatdan artıq eləməyin.

© Qreat.az
Tarix: 2018 yan 17 Teqlər: Maraqli, Meslehetler, Pehrizler Baxılıb: 5167
Saytda ifadə edilmiş bütün informasiya istifadəcilərə yalnız tanıtım məqsədi ilə verilmişdir və onun istifadəsi və tətbiqinə görə məsülliyyəti istifadəçi özü daşıyır.


S