D vitamininin əskikliyi bu xəstəliklərə yol açır


D vitamininin əskikliyi bu xəstəliklərə yol açır
...

D vitamini orqanizmin normal fəaliyyəti üçün ən vacib vitaminlərdən biridir.

Bu vitaminin orqanimzdə çatışmazlığı bəzi ciddi pozulmalara və xəstəliklərər səbəb ola bilər.

1. Osteoporoz

Saglamolun.az xəbər verir ki, D vitamini orqanizmdə kalsiumun mənimsənilməsini yaxşılaşdırır. D vitamininin çatışmazlığı zamanı kalsium pis mənimsənilir və bu da sümüklərin zəifləməsinə səbəb olur.

2. Yüksək xolesterin

D vitamini orqanizmdə xolesterini normada saxlamağa kömək edir. Xolesterinin yüksək səviyyədə olması bir çox hallarda aterosklerozun inkişafına səbəb olur. Ateroskleroz zamanı artıq xolesterin damarlarda yığılır ki, nəticədə damarla daralır, tıxanır. Ürək və ya beyində damarın tıxanması ürək tutması, infarkt və insulta səbəb ola bilər.

3. İmmunitetin zəifləməsi

D vitamini immun sisteminin normal fəaliyyəti üçün olduqca vacibdir. D vitamininin əskikliyi zamanı insan tez-tez respirator infeksiyalarına, qripp və soyuqdəymə xəstəliklərinə tutulur.

Həmçinin D vitamininin çatışmazlığı orqanimdə iltihabın artmasına səbəb olur.

4. Əhvalın pis olması, ümidsizlik, depressiya

D vitamininin əskikliyi orqanizmdə serotonin hormonunun səviyyəsinin azalmasına səbəb olur. "Xoşbəxtlik hormonu" sayılan serotoninin ifrazının azalması əhvalın pis olmasına,ümidsizliyə, depressiyaya səbəb olur.

5. Əzələlərdə ağrılar

Əzələlərin tez-tez və səbəbsiz ağrıması D vitaminin çatışmazlığının simptomu ola bilər.

6. Dəri, saç və dırnaqların vəziyyətinin pisləşməsi

7. Xərçəng

Araşdırmalar göstərir ki, D vitamininin əskikliyi xərçəngin riskini artırır.

D vitamininin əsas mənbələri bunlardır:

- balıq və balıq yağı

- yumurta sarısı

- qaraciyər

- pendir

- kərə yağı

Lakin bu vitaminin əsas mənbəyi gün şüalarıdır. Gün şüalarının dəriyə təsiri nəicəsində orqanizmdə D vitamini sintez olunur.

Saglamolun.Az

© Qreat.az
Tarix: 2020 apr 4 Teqlər: Sağlamlıq Baxılıb: 549
Saytda ifadə edilmiş bütün informasiya istifadəcilərə yalnız tanıtım məqsədi ilə verilmişdir və onun istifadəsi və tətbiqinə görə məsülliyyəti istifadəçi özü daşıyır.


ŞƏRHLƏR