Müəyyən vitaminlər qrupu var, qadın orqanizminə sadəcə lazımdır.
Bu vitaminləri tez-tez gündəlik rasionumuza daxil etməliyik.
1) A vitamini
Şübhəsiz vitamin A – orqanizminə ən lazım olan vitaminlərdən biridir. Beta-karotin, hansı ki, vitamin A-ya deyişilir, sümüklərin və yumşaq parçaların sağlamlığını dəstəkləməyə kömək edir. Yeni hüceyrələrin inkişafı üçün zəruridir.
Onun çatışmazlığı nəticəsində insan orqanizmi zəifləyir - dəri quruyur, dırnaqlar sınır, Saçlar öz parlaqlığını itirir və tökülür, döyənək (mazol) və kəpək əmələ gəlir, gözlər zəifləyir.
Mənbə:qaraciyər, balıq yağı, kök, yunan qabağı, kərə yağı, balqabaq, süd, yumurta sarısı, ispanaq, cəfəri, qarpız, ərik – vitamin A-ın mənbələridir.
Gündəlik qəbul miqdarı: 1 mq.
2) B1 vitamin
Əhvalın yaxşılaşmasında, ürək və qan damarlarının yaxşı işləməsində böyük rol oynayır. B1 vitamin çatışmazlığı yuxusuzluğa, iştahsızlığa, əsəbiliyə gətirib çıxarır.
Mənbə: qəhvəyi düyü, kəpəkli çörək, qarabaşaq (qreçka), gavalı, qoz-fındıq, balıq, ət.
Miqdarı: 2-3mq.
3) B6 vitamini
Folio turşusu, və ya B6 vitamini – qadın orqanizminə lazımlı vitamindir. Maddələr mübadiləsini stimullaşdırır, B6 əsəb və immun sistemləri üçün, həmçinin qırmızı hüceyrələrin hazırlanması və üçün çox əhəmiyyətlidir. Əgər siz – hamiləsiniz və ya hamilə olmağa çalışırsınız B6 Vitamini yalnız sizə yox, həm də sizin körpənizə son dərəcə lazımlıdır.
Mənbə: dənli paxlalılar, banan, yumurta, balıq, karof, ciyər, çiyələk
Miqdar: 2mq.
4) C vitamini
Vitamin C – bakteriyalara və viruslara qarşı durmağa immun sisteminin qabiliyyətini təmin edir, və orqanizmi xəstəliklərdən sonra bərpasını sürətləndirir. Vitamin C həmçinin streslə mübarizədə kömək edir. Kollagenin və elastinin formalaşması üçün vacibdir. Çünki kollagen və elastin dərimizin formasını stressdən qoruyur.
Mənbə:duzlu kələm, qara qarağat, sitruslar, kivi, pomidorlar, kartof, istiot, çiyələk.
Miqdarı:60 mq.
5) E vitamini
Vitamin E – qadınlar üçün çox faydalı əhəmiyyətli antioksidləşdiricidir. O orqanizmin qocalma proseslərini yavaşıtmağa bacarıqlıdır. Vitamin E-nin çatışmazlığı nəticəsində dəri tez qocalır və piqment ləkələri əmələ gəlir. Vitamin E həmçinin mədəylə problemlər vaxtı kömək edir.
Mənbə:kəpək, yaşıl yarpaqlı tərəvəzlər, balıq piyi, bitki yağı, günəbaxan tumu, qoz-fındıq, dənli bitkilər.
Miqdarı:8 mq.
6) D vitamini
Məna kəsb etmir, neçə yaşınız var, vitamin D istənilən yaşda qadın orqanizminə lazımdır. Vitamin D sümüklərin formalaşmasında çox yaxşı kömək edir. Onun əsas vəzifəsi bədəndəki sümük və dişlər üçün vacib olan kalsiumu udmağa kömək etməkdir Əgər sizə vitamin D çatmırsa, küçəyə çıxın, günəş – bu vitaminin mənbəyidir.
Mənbə:Onu günəş şüaları əmələ gətirir. O həm də süd məhsullarında, bitki və kərə yağının, balığın tərkibində olur.