Bürclərin ayrılma səbəbləri


"Ayrılma – bu, kiçik bir ölümdür" – yəqin ki, hər birimiz həyatımızda heç olmasa bir dəfə bu frazanı eşitmişik. Ayrılıq – bu, həmişə bu həyatda yolları ayrılmalı olan iki sevən ürək üçün ağrıdır, həyəcandır, iztirab və əzabdır.

Bürclərin ayrılma səbəbləri


Qoç
Bu bürcün nümayəndələri şəxsi həyatlarında baş verən istənilən uğursuzluğu kifayət qədər ağrılı qarşılayırlar. Ancaq çox vaxt bu həyəcanlar qısa çəkir – onların çoxu artıq bir neçə gündən sonra "özünə gəlir" və yeni münasibətlərə köklənir.

Buğa
Uzun müddət və əziyyətlə ayrılan bürclərdən biridir. Hətta birlikdə yaşamaq artıq dözülməz olsa belə, ayrılmağı arzu etmir və istənilən eşq münasibətini sona qədər qoruyub saxlamağa çalışırlar.

Əkizlər
Əkizlər bürcündən olan insanlar təbiətcə kifayət qədər yüngülxasiyyətlidirlər və istənilən münasibətə asan yanaşırlar. Buna görə də onlar üçün ayrılıq – ümidsizliyə və məyusluğa qapanmaq səbəbi deyil. Əksər hallarda, münasibətlər maraqsız və darıxdırıcı olmağa başladıqda Əkizlərin özü münasibəti bitirir. Ancaq hər bir "yeni sevgiyə" onlar o məqama qədər tamamilə qapılırlar ki, həmin münasibətdən yenidən emosiyalar və hisslər çəkilməyə başlayır.

Xərçəng
Xərçənglər (xüsusilə qadınlar) – partnyorla münasibətlərdə ən titrək və zərif olanlardır. Onlar həmişə kəskin tərəfləri hamarlamağa və münaqişələrə yol verməməyə çalışırlar. Tez bağışlayırlar və incidən şəxsə qarşı kin saxlamırlar. Öz yarılarını asanlıqla buraxırlar, lakin çox uzun müddət sevdiklərini geri qaytarmaq üçün cəhdlər edirlər.

Şirlər
Anadan gəlmə aktyor olan Şirlər eşq münasibətlərinə bir növ oyun kimi baxırlar. Partnyorunun soyumağa başladığını və işin münasibətlərin sonuna yaxınlaşdığını hiss etdikdə, Şirlər vəziyyəti elə fırlatmağa çalışacaqlar ki, guya ayrılığın təşəbbüskarı özləri olub. Əksər hallarda Şirlər gedirlər və bir daha heç vaxt keçmiş sevgililərinə qayıtmırlar.

Qız
Bu bürcün insanları, sözsüz ki, sevgi uğursuzluqlarından dolayı narahatlıq keçirirlər, ancaq qısa müddətdən sonra artıq nəticələri təhlil edirlər. Onlar hesab edirlər ki, hər bir ayrılıq – gələcəkdə mütləq lazım olacaq bir təcrübədir.

Tərəzi
Tərəzilərlə olan münasibətlər ən çox uzunmüddətli birgə həyata gətirib çıxarır. Onlar sakitdirlər, münaqişələri sevmirlər və ciddi münasibətləri təsadüfi əlaqələrə dəyişmirlər. Onlar hər gün şəxsi münasibətlərinin inkişafı üçün səy göstərirlər. Tərəzi bürcü ilə ayrıldıqdan sonra onlarla gələcək dostluğa bel bağlamaq olar, çünki bu bürcün insanları sakitdirlər, nadir hallarda isterika çıxarırlar və təhqirsiz, qışqırıqsız ayrılmağa çalışırlar.

Əqrəb
Əqrəb xəyanətə dözmür, buna görə də bu bürcün nümayəndəsi ilə çox "düzgün" və ehtiyatla ayrılmaq lazımdır. Təbiətcə onlar kifayət qədər intiqamçı və yadda saxlayandırlar. Münasibətlərin qırılmasından sonra onlar uzun müddət intiqam planı cızacaqlar və nə vaxtsa mütləq bunu həyata keçirəcəklər.

Oxatan
Ayrılıq zamanı, demək olar ki, xüsusi olaraq narahatlıq keçirməyən yeganə bürcdür. Onun üçün münasibətlərin bitməsi – yeni, daha yaxşı və daha ehtiraslı münasibətlərin axtarışı üçün bir səbəbdir; onlara münasibət belə görünür. Partnyorlarını tez-tez dəyişdirirlər, buna görə də Oxatanla uzunmüddətli əlaqə – nadir tapanan hadisədir.

Oğlaq
Oğlaqlar kifayət qədər qapalı və inadkardırlar. Belə insanlarla münasibət qurmaq da, bu münasibətləri bitirmək də çox çətindir. Oğlaq uzun müddət öz keçmiş partnyoruna gecə zəngləri, sevgi etirafları və s. ilə əzab verəcək. Növbəti sevgi uğursuzluğundan sonra onlar uzun müddət yeni münasibətlərə başlamaqdan qorxurlar.

Dolça
Dolçalar ayrılıqları nadir hallarda ağır keçirirlər. Onlar kifayət qədər ünsiyyətcil, münasibətlərdə rahat və qeyri-ciddidirlər. Ayrılıqdan sonra əzablara və göz yaşlarına vaxt itirmirlər. Keçmiş sevgililəri ilə əksər hallarda dostluq münasibətlərini saxlayırlar.

Balıqlar
Balıqlar istənilən ayrılığı çox narahat və ağır keçirirlər. Ancaq onlar səssizcə oturub hönkür-hönkür ağlamayacaqlar, əksinə, istəyəcəklər ki, onların bu əzablarını ətrafdakı hər kəs görsün. Onlar uzun müddət özlərinə qarşı rəhm və diqqət tələb edəcək, səmimi iztirablar çəkəcək və hər şeydə öz keçmiş partnyorlarını günahlandıracaqlar.

Hər bir insan fərddir və əlbəttə ki, yalnız astrologiyaya söykənmək düzgün deyil. Əgər qəlbinizlə hiss edirsinizsə və sevgilinizlə birlikdə olmaq istəyirsinizsə – ayrılmayın və münasibətlərinizə keçmiş müsbət emosiyaları qaytarmağa çalışın.

© Qreat.az
Tarix: 2026 may 16 Teqlər: Maraqli, Burcler Baxılıb: 2955
Saytda ifadə edilmiş bütün informasiya istifadəcilərə yalnız tanıtım məqsədi ilə verilmişdir və onun istifadəsi və tətbiqinə görə məsülliyyəti istifadəçi özü daşıyır.


s
S