Oğlu olan analar üçün 7 qızıl qayda


Oğlu olan analar üçün 7 qızıl qayda

1. Oğluna əsla gülmə. Kişilər üçün bir qadının məsxərəçi olması daim travmatikdir. Ananın məsxərəçi olması isə çox dərin yaralar aça bilər. Şalvarını zidd geyindiyi üçün, itlərdən qorxduğu üçün, ya da məktəbdə bir qızdan xoşu gəldiyi üçün fərq etməz, onunla alay etməyinizi əbədi xatırlayır.

2. Suallara həmişə cavab verin. Hər yaşda! Əsla, "çünki elə, ya da" böyüyəndə anlayarsan deyə qarışmayın. Əgər cavabı bilmirsiniz, öncə özünüz öyrənin və sonra ona izah edin. Utandınız, yoxsa? Sual üzünüzü qızartdı? Ona sualınızın ağlınızı qarışdırdığını və bir qədər zamana ehtiyacınız olduğunu söyləyin. Bu barədə proqnoz qədər anlayışlı olmaq lazımdır.

3. Qərar verərkən tövsiyə verməsini istəyin. Uşaqların bəzən sizi çox məcbur edən söhbətlərdə inanılmaz tövsiyələri və həll yolları ola bilər. Üstəlik, onu fikri soruşulan bir insan və kişi olaraq böyüdərək xarakterini inkişaf etdirməsinə yardımçı olacaqsınız. Əvəzində isə eyni inam və ehtiramı qazanacaqsınız.

4. Onu tərifləyin"Gözəl, amma bunun düzəldilməsi lazımdır" yerinə sadəcə "super" deyin. Uşağınız hər şeyi super edər. Və böyüdüyü zaman nəyin düzəldilməsi lazım olduğunu biləcək, amma özünü düzəlməyə ehtiyac duymayacaq.

5. Xəyallarını dəstəkləyin. Əgər biri arxeoloq olmaq istəyirsə, ona məsələyə dair kitablar satın alın. Biri musiqiçi olmaq istəyirsə, ona hansı musiqi alətini çalmaq istədiyini soruşun. Sonra şəkil çəkməkdə daha həvəsli olduğunu hiss etməyə başladı. Bir kursa getmək istəsəmi? Oğlunuz iyirmi yaşının ortasına gələnə qədər nə etmək istədiyinə heç cür qərar verə bilməz.

6. Əgər ağlayırsa. Bu pis bir şey olduğu mənasına gəlir. Problem sizə görə kiçik, amma onun üçün böyük ola bilər. Əslində onun üçün hər problem böyükdür, çünki öz dünyası kiçikdir. Əgər başına pis bir şey gəlibsə, neçə yaşında olursa olsun onu sakitləşdirməyə çalışmalısınız. Bu bir qaydadır, qarşılıqlı anlaşmalısız. Üstəlik, hər bir uşağın könlünü almaq asandır.

7. Hər zaman onun tərəfindəsiniz. Təkcə sözdə deyil, əməllərinizlə də onun tərəfində olmalısınız. Başqalarının yanında oğlunuz hər zaman haqlıdır! Əgər təklif və ya təlimatlarınız varsa, bunu tək də edə bilərsiz. Əgər bunları yerinə yetirsəniz, övladınızın sizə ən xüsusi sualları da verməsinə təəcublənməməlisiz. Ona heç qışqırmayacağınızı, ya da utandırmayacağınızı bilir. Sizə güvənir. Və bu hər bir ananın xəyalıdır.

© Qreat.az
Tarix: 2020 apr 7 Teqlər: Munasibetler Baxılıb: 746
Saytda ifadə edilmiş bütün informasiya istifadəcilərə yalnız tanıtım məqsədi ilə verilmişdir və onun istifadəsi və tətbiqinə görə məsülliyyəti istifadəçi özü daşıyır.


S