Həftədə neçə dəfə ət yemək olar? Həkim tövsiyələri


Həftədə neçə dəfə ət yemək olar? Həkim tövsiyələri
...

Ət insanın sağlamlığı üçün ən lazım olan məhsullardan biridir. Ət insan orqanizmi üçün həyati vacib olan züllların mənbəyidir.


Zülallar orqanizmin əsas tikinti materialıdır. Bu səbəbdən zülallar orqanizmə lazım olan miqdarlarda daxil olmadıqda, bu bir çox sistem və orqanlarda pozulmalara yol açır. Zülalların çatışmazlığı immun sistemini zəiflədir.


Digər çox facib məsələ. Orqanizm üçün ən vacib maddələrdən biri olan dəmir də digər məhsullarla müqayisədə ətdən qat-qat yaxşı mənimsənilir. Dəmir hemoqlobinin tərkibinə, hemoqlobin isə qanın qırmızı qan hüceyrələri olan eritrositlərin tərkibinə daxildir. Eritrositlərin əsas funksiyalardan biri orqanizm boyu oksigenin daşınmasıdır. Bu funksiyanı hemoqlobin yerinə yetirir. Orqanizmdə dəmir çatmırsa, bu funksiya pozulur. Bu isə dəmirdefisitli anemiyaya səbəb olur.



Zülallar və dəmirdən əlavə ətdə müxtəlif digər orqanizm üçün çox vacib olan maddələr var - vitaminlər (A, D, E, B qrupu), minerallar (kalium, fosfor, maqnezium, mis, kalsium, sink, yod və s.), yağlar, karbohidratlar və s.


Beləliklə, ətdən biz orqanizm üçün çox vacib maddələri alırıq.



Lakin alimlərin son araşadırmaları sübut edir ki, ətin həddindən artıq çox miqdarda qəbulu orqanizm üçün ziyanlıdır. Bu yaxınlarda Ümumdünya Səhiyyə Təşkilatı qırmızı əti kanserogen (xərçəng əmələ gətirən) maddə kimi qəbul etdi. Alimlərin fikirinə görə, ətin çoxlu miqdarlarda qəbulu həzm sistemi xərçənginin riskini xeyli artırır.


Həkimlərin fikirinə görə, qırmızı əti (mal, dana, qoyun əti) həftədə 2-3 dəfə yemək kifayətdir. 1 porsiya 100-150 qr olmalıdır. Ət suda və ya buğda bişirilməlidir (qızardılmış şəkildə olmaz).

© Qreat.az
Tarix: 2020 apr 19 Teqlər: Meslehetler Baxılıb: 490
Saytda ifadə edilmiş bütün informasiya istifadəcilərə yalnız tanıtım məqsədi ilə verilmişdir və onun istifadəsi və tətbiqinə görə məsülliyyəti istifadəçi özü daşıyır.


ŞƏRHLƏR