Bir həftəlik qreypfrut pəhrizi


Bir həftəlik qreypfrut pəhrizi
...


Qreypfrut kimi meyvə, öz xeyirli xüsusiyyətlərilə məşhurdur. Bu yaxınlarda mütəxəssislər qreypfrutun yağ yandıran xüsussiyətlərini açıblar, bu isə indiki zamanda, qadınlar bədən quruluşunu mükəmməlləşdirmək üçün aktiv istifadə edir. Məhz buna görə bu ərzaqə pəhriz rasionuna daxil edirlər. Məşhur pəhrizlərdən biri, qreypfrut pəhrizidir, onu saxalmaqla yaxşı nəticələrə nail olmaq olar.

Qamətli gözəl bədən quruluşu və sağlam orqanizim - qadının arzusudur. Əsas ərzaqda olan maddələrə görə, arzunu reallaşdıra bilər. Bununla belə, əks təsir edə biləcək və istifadə etmək olmaz olan yeməkləri unutmamaq lazımdır. Misal üçün, şirəli içkilər, süd, yağlı ət, makaron qadaqandır. Yaxşı olar ki, maddə mübadiləsini sürətləndirən bir fincan qəhvə ya ballı yaşıl çay, şirə, qatıq içəsiz.

Qreypfrut pəhrizin müddəti bir həftədi. Hər günün menyusu fərqlənir, lakin hər yerdə əlbəttəki qreypfrut var.

1-ci gün
Səhər yeməyi: 2 dilim şit vetçina, 1 qreypfrut, bir fincan şəkərsiz qəhvə ya çay.
Nahar: 1 qreypfrut, 250 qr göyərtili tərəvəz salatı.
Şam yeməyi: 200 qr salat yarpaqları, 150 qr bişmiş ya qrildə qızardılmış ət, ballı çay.

2-ci gün
Səhər yeməyi: qreypfrut şirəsi ya qreypfrut, 2 bişmiş yumurta, şəkərsiz çay ya qəhvə.
Nahar: 50 qr yağsız pendir ya kəsmik, 1 qreypfrut.
Şam yeməyi: 200qr bişmiş balıq, tərəvəz salatı, bir dilim qara çörək.

3-cü gün
Səhər yeməyi: 1 qreypfrut ya onun şirəsi, 2 yemək qaşıqı müsli ya yulaf sıyıqı əlavə olunmuş kişmişlə, qoz və yoqurt.
Nahar: 200 qr tərəvəz bulyonu, biraz suxar, 1 qreypfrut.
Şam yeməyi: 200 qr bişmiş toyuq sinəsi, 2 sobada bişmiş pomidor, yuxudan əvvəl bir qreypfrut.

4-cü gün
Səhər yeməyi: bir stəkan tomat şirəsi, 1 bişmiş yumurta, limonlu çay.
Nahar: yaşıl tərəvəzlə və köklə sakat, 1 qreypfrut, bir dilim çörək.
Şam yeməyi: 400 qr bişmiş tərəvəz, yuxudan əvvəl qreypfrut.

5-ci gün
Səhər yeməyi: meyvə salatı, çay ya qəhvə.
Nahar: 200 qr tərəvəz salatı, 1 ədəd sobada bişmiş kartof.
Şam yeməyi: 250 qr toyuq filesi ya 200 qr şit mal əti, tomat şirəsi, 1 qreypfrut.

6-cı və 7-ci gün istədiyiniz günün menyusunu seçin.

Qreypfrut pəhrizi, ona düzgün riayət etdikdə çox effektivdir. Qeyd edilib ki, belə qidandan bir həftə sonraorqanizim böyük miqdarda toksinlərdən təmizlənir, insan isə 4-5 kilo arıqlayır.

© Qreat.az
Tarix: 2018 yan 24 Teqlər: Pehrizler, Ariqlamaq Baxılıb: 3739
Saytda ifadə edilmiş bütün informasiya istifadəcilərə yalnız tanıtım məqsədi ilə verilmişdir və onun istifadəsi və tətbiqinə görə məsülliyyəti istifadəçi özü daşıyır.


ŞƏRHLƏR