GÜNDƏLIK BÜRCLƏR - 05.10.2018 - Həftəlik Bürclər ★


GÜNDƏLIK BÜRCLƏR - 05.10.2018 - Həftəlik Bürclər ★
...

05.10.2018 Gündəlik Bürclər (05 Oktyabr 2018 Günlük Bürclər) - Həftəlik Bürclər

Qoç - İntuisiyanız kəskindir. Məhz bu səbəbdən ətrafdakı insanları anlayır, əvvəllər sərin münasibətlərdə olduğunuz şəxslərlə dil tapırsınız. Unutmayın ki, bu gün insanlarla manipulyasiya etmək, onlardan öz maraqlarınızın təminatı üçün yararlanmağa çalışmaq olmaz.

Bütün bunlar yaxşı heç nə vəd etmir.

Danışıqlar və müzakirələrdə ümumi dil tapmaq asan deyil.

Müttəfiqlərlə söhbətlərdə həssas olun. Çətin durumda etibar etdiyiniz insana yardım üçün müraciət edin.

Günün ikinci yarısında hövsələsiz olmayın. Bir qədər gözləyin, fasilə verin. Sinirlənməyin, qıcıqlanmayın.

Mühüm görüş üçün yaxşı vaxt deyil.

Qarşı tərəfdə xoş təəssürat yarada bilməyəcəksiniz.

Alış-veriş məsləhət deyil.

Buğa - Planları reallaşdırmaq çətinləşir. Şərtlər dəyişdiyindən yeni situasiyaya uyğunlaşmaq gərəkdir. Yeni tapşırıqlar peyda olur. Onlar yorucu, maraqsız, usandırıcıdır. Hər işi tam başa vurmağa, bitirməyə çalışın.

Mümkün olmayan yerdə parlaq nəticələrə nail olmağa can atmayın.

Alış-veriş, sövdələşmə, anlaşmalar üçün əlverişli gün deyil.

Yeni işdə fəaliyyətə başlamaq asan deyil. Çox yəqin ki, ümidləriniz doğrulmayacaq.

Şəxsi münasibətlərdə müsbət təmayüllərin təsiri güclüdür. Yaxınlarınızla ünsiyyət sizi sevindirəcək.

Əkizlər - Stabil olmayan gündür. Günün ilk yarısında hadisələrin inkişaf tempi sizi sevindirəcək.

Lakin saatlar keçdikcə işin intensivliyi sizi yormağa başlayacaq. Bir qədər durun, nəfəs dərin. Bütün işləri yerinə yetirməyə imkan yoxdur. Yaradıcılıq potensialı səviyyəsi yüksək olduğundan fantaziya, təxəyyül, duruma qeyri-standart baxış tələb edən işlərlə məşğul ola bilərsiniz.

Günün ikinci yarısı fiziki iş üçün əlverişlidir.

Yaxınlarınızla münasibətləri gərməyin, münaqişə etməyin.

Kiçik məsələyə görə yaranmış mübahisəyə son qoyun.

Xərçəng - Tələsik yanaşma və qısa müddət tələb etməyən işlərlə məşğul olmaq üçün əlverişli zamandır. Bütün diqqəti mühüm işə yönəldərək önəmsiz və xırda təfərrüatlara baş qoşmayın.

Vaxtınızı boş söhbətlərə sərf etməyin. Sizə birbaşa dəxli olmayan mövzudakı diskussiyada iştirak usandırıcıdır. Konkret məsələnin həllində maraqlı ideya yarana bilər. Dəqiq müşahidələrinizi bölüşün.

İşdə nüfuzunuz arta bilər.

Günün ikinci yarısı şəxsi münasibətlər baxımından uğurlu deyil.

Emosional fon stabil deyil, kiçik və əhəmiyyətsiz olaylara görə sinirlənirsiniz.

Əsassız şübhələrlə sevdiyiniz insanın qəlbini qırmayın.

Şir - Ən çətin problemlərin həlli, yorucu və usandırıcı işi görmək üçün əlverişli zamandır. Fəaliyyət potensialınızın səviyyəsi yüksəkdir. Məqsədlərin bəlirlənməsi və onlara çatmaqla bağlı müşküllər yoxdur.

Yeni işlərə, birgə layihələrin gerçəkləşdirilməsinə başlamaq olar. İşgüzar xislətinizi nümayiş etdirin.

Günün ikinci yarısında xırdalıqlara ifrat önəm verməyin.

Məişət zəminində fikir ayrılıqları ciddi münaqişəyə çevrilə bilər.

Axşam saatlarında qayğılardan qurtulun, gəzinti və istirahətə vaxt tapın. Dostlarla görüşün, əylənin.

Qız - Müsbət təmayüllərin təsiri güclüdür. Kəskin zərurət olmadığı hallarda risk etməyin. Amma uğura şübhə etmirsinizsə, sürətli və qətiyyətli addımlar atın. Yeni iş yerində çalışmağa başlamaq üçün əlverişli zamandır.

Müttəfiq və həmfikirlərlə yanaşı, dostlar da tapacaqsınız.

Təcrübəli insanların məsləhətlərinə qulaq assanız, səhvlərə yol verməyəcək, başqalarının sürəkli təkrarladığı yanlışlıqlardan qurtulacaqsınız.

Günün ikinci yarısı yeni münasibətlər üçün əlverişlidir.

İnsanları dürüst qiymətləndirin və onlar ən yaxşı məziyyətlərinizi görəcəklər. İmicdə yeniliklər etmək olar. Başqalarının fikirləri əvəzinə, öz mövqeyinizi üstün tutun.

Tərəzi - Fəndgir və aktiv olun, təxəyyülünüzü işə salın. Məhz bu məziyyətlərinizin sayəsində uğur əldə etmək, mürəkkəb məsələləri çözmək, rəqibləri geridə qoymaq şanslarına yiyələnəcəksiniz.

Müstəqil çalışın. Bu, heç pis deyil. Məqsədə çatmaq üçün gərəkli hərəkət azadlığına qovuşacaqsınız. Qeyri-standart metodlardan yararlanın, etiraf və izahatlara vaxt sərf etməyin.

Şəraitin dəyişməsində xeyir var.

Yaxınlarınıza qayğı və diqqətlə yanaşın. Lakin mərhəmət, şəfqət və səmimiyyət adı ilə təzyiq göstərməyin. Təmirə başlamaq, yaşam yerini yeniləmək, interyer əşyaları almaq üçün yaxşı vaxtdır.

Əqrəb - Kiçik işlər çox vaxt alır. Onların sayı o qədərdir ki, ciddi, genişmiqyaslı və mühüm işlə məşğul olmağa vaxt qalmır.

Üstəlik, işdə həmkarlar və rəhbərliklə ünsiyyətdə problemlər yaranır.

Yaxınlarınızla təmaslarda aqressiv olmayın. Qarşınıza qoyduğunuz məqsədə çatmağa çalışın. Belədə, gələcəkdə pərişan olmazsınız.

Günün ikinci yarısında maliyyə məsələlərini təkbaşına həll edin. Ətrafınızdakı insanların məsləhətləri faydalı deyil. Gəlir ola bilər. İş yeri və yaşam arealını qaydaya salın.

Axşam saatlarında aktiv istirahəti seçin.

Oxatan - Günün ilk yarısında mənfi təmayüllərin təsiri güclənəcək. Çətinliklərin öhdəsindən gəlmək asan deyil. İşdə problemlər var. Rəhbərlik iradlarını bildirəcək. Gündəlik işin icrası qıcıq yarada bilər. Rutin əməllər sizi bezdirir.

Yeni iş aramağa tələsməyin. Az sonra hər şey qaydasına düşəcək, adi fəaliyyət rejimi bərpa olunacaq.

Günün ikinci yarısında maliyyə durumu əlverişlidir.

Planlaşdırılmamış alış-verişə varmaq olar. Yaxınlarınıza hədiyyələr verin. Seçimdə səhv etməyəcəksiniz.

İntellektual mübarizədən qalib çıxa bilərsiniz.

Oğlaq - Yeni müttəfiq və həmfikir tapmaq çətin deyil. Yanınızdakı insanlar mövqeyinizi bölüşməsələr də, maneçilik etmirlər. İndiyədək sizə rəğbət bəsləməyən insan fikrini dəyişə bilər.

Yeni romantik münasibət sürətlə, dinamik şəkildə inkişaf edərək ciddi təmasa çevrilə bilər.

Günün ikinci yarısında maliyyə fonu uğurludur. Əhəmiyyətli gəlir əldə edə bilərsiniz.

Alış-veriş üçün yaxşı gündür. Təhsil və iş üçün zəruri nəsnələri almaq olar.

Səfər və ya səyahət yaxşı nəticə verəcək.

Dolça - Müsbət təmayüllərin təsiri güclüdür. Xoş gündür. Qarşınıza qoyduğunuz məqsədlərə çatacaqsınız. Yaxın ətrafınızdakı insanlar sizi dəstəkləyəcək, kömək göstərəcəklər.

Yeni əməkdaşlığa başlamaq, tərəfdaşlar aramaq, yeni işə çıxmaq zamanıdır.

Günün ikinci yarısında ətrafınızdakı insanlara yardım edin, xeyriyyə aksiyasına qatılın.

Yeni bilik, təcrübə və informasiya əldə etmək olar.

Dəvət olunduğunuz tədbirdə iştirak edin.

Balıqlar - Hər şey rəvan olmasa da, sakit və soyuqqanlı olun, dürüst qərarlar verin. Belə olarsa, bədxahlar bütün səylərinə rəğmən, sizə mane ola bilməyəcəklər. Seçdiyiniz istiqamət üzrə hərəkəti davam etdirin.

Xoş sürprizlər, qəfil hədiyyələr istisna deyil.

Böyük gəlirlər olmasa da, günün maliyyə fonu stabildir.

Əks cins mənsubları ilə ünsiyyət üçün əlverişli vaxtdır.

Romantik münasibətlərin başlanğıcı üçün yaxşı gün deyil. Başqalarının emosiyalarının girovu və qurbanı ola bilərsiniz.

milli.Az

© Qreat.az
Tarix: 2018 okt 5 Teqlər: Burcler Baxılıb: 61359
Saytda ifadə edilmiş bütün informasiya istifadəcilərə yalnız tanıtım məqsədi ilə verilmişdir və onun istifadəsi və tətbiqinə görə məsülliyyəti istifadəçi özü daşıyır.


ŞƏRHLƏR