Üz - bu istənilən insanın vizit kartıdır, və cazibədar görünmək arzusu əsaslıdır. Ancaq, təəssüf ki, yaşla dəri daha az elastik olur, qırışlar meydana çıxırlar, üzün rəngi tutqun olur. Müxtəlif gözəllik salonları faydalı cavanlaşdıran prosedurları təklif edir, mezoterapiya kimi, kontur plastikası, dərinin biorevitalizasiyası, ozonoterapiya.

Üzün mezoterapiyası – bu, dərman preparatlarının mikroinyeksiyası vasitəsilə həyata keçirilən cavanlaşdırıcı prosedurdur. Kosmetoloq incə iynələrin köməyi ilə müalicəvi preparatı dərinin 6 millimetrə qədər dərinliyinə daxil edir. Preparatı yalnız üz nahiyəsinə deyil, digər problemli zonalara da yeritmək olar. Üzün mezoterapiyası 10-12 prosedurdan sonra öz müsbət nəticəsini verir: kiçik qırışlar yox olur, mübadilə prosesləri stimullaşdırılır və dəri təravətli görünüş əldə edir. Prosedurun effekti uzun müddət qalır.
Həmçinin kontur plastikası da müalicəvi inyeksiyalardan ibarətdir. Bu prosedur, əsasən, müxtəlif dəri qüsurlarının aradan qaldırılması, qaşarası qırışların hamarlanması, dodaq həcminin artırılması və üz formasının yaxşılaşdırılması məqsədilə yerinə yetirilir. Kiçik şpris vasitəsilə botoks və ya digər doldurucularla dayaz inyeksiyalar edilir. Üzün gözəlliyini qorumaq üçün ildə bir prosedur kifayət edir. Bu proses ağrısızdır və cəmi 45 dəqiqə davam edir.
Dərinin biorevitalizasiyası – hialuron turşusu əsaslı preparatların dərinin alt qatlarına daxil edilməsidir. Nəticədə dəri daha yumşaq, məxməri və nəmli olur, xırda qırışlar isə yox olur. Bu metodika qocalmanın ilkin əlamətləri ilə mübarizəyə yönəlmişdir. Bu gün dərinin biorevitalizasiyası olduqca məşhurdur və nüfuzlu gözəllik salonlarında böyük tələbat var. Yaxşı nəticə əldə etmək üçün təxminən beş seans tələb olunur, lakin seansların dəqiq sayı hər bir insan üçün fərdidir.
Ozonoterapiya dərinin müxtəlif qüsurları, o cümlədən xırda qırışlar, dartılmalar (striyalar), sızanaq xəstəliyi, çapıqlar, lokal piylənmə və bir çox digər hallarda tətbiq edilir. Prosedur incə iynələrin köməyi ilə oksigen-ozon qarışığının dəriyə yeridilməsindən ibarətdir. Həmçinin zeytun yağından istifadə etməklə xüsusi masaj da tətbiq olunur. Prosedur ağrısızdır. Təxminən 10 seansdan sonra nəticə aydın görünür: dəri daha elastik olur, xırda qırışlar hamarlanır, üzün ovalı bərpa olunur və çapıqlar daha az nəzərə çarpır.