Sellulitə qarşı masaj üçün istilik effekti ilə yağı necə hazırlamaq olar
Hər bir qız mükəmməl bədən haqqında xəyal edir, buna görə də, dəriyə kifayət qədər qayğı göstərirlər. Təəssüf ki, gözəl cinsin bütün nümayəndələri dərinin ideal vəziyyəti ilə öyünə bilməzlər.
Selülit əsasən stress vasitəsilə, çəkinin dəyişməsi, zərərli qidalardan sui-istifadədən yaranır. Bu xəstəlik çox tez yaranır və hər kəsə məlumdur, amma ondan qurtulmaq həqiqətən çətindir.
Selülitin əsas əlamətləri - portağal qabığına oxşar qeyri-bərabər kələ-kötürlü dəridir. Kosmetoloqlar hesab edirlər ki, sellyulitlə mübarizənin ən effektiv üsulu – sellülitəqarşı masaj və ya termiki effektlə hazırlanmış yağlarla sarınmasıdır. Bu yağlar asanlıqla evdə hazırlana bilər.
Antisellülit yağlarının tərkibi
Anti-sellülit yağlarının hazırlanması üçün iki komponentdən istifadə etmək lazımdır: Bitki və efir yağları. Bitki yağları qarışığın əsasını tərşkil edir, çünki tərkibində böyük miqdarda yağ turşuları, müxtəlif qrupların vitaminləri, əvəzolunmaz amin turşuları vardır.
Efir yağları adətən konsentratlaşdırılmış ətirlərə malikdir, buna görə hazırlayarkən yalnız bir neçə damcını istifadə etmək lazımdır. Əsas olaraq onlar faydalı bitkilərin ekstraktlarını özündə saxlayırlar, bunlar da dərinin vəziyyətinə müsbət təsirgöstərir.
Selülitlə mübarizədə müsbət nəticə əldə edən əsas yağlara aşağıdakılar daxildir:
avokado yağı;
jojoba yağı;
zeytun yağı.
Sitrus meyvələrindən istifadə edərək ən məşhur efir yağları:
qreypfrut;
portağal;
limon.
Onların əsas vəzifəsi dəriyə hamarlıq və elastiklik verməkdir.
Həmçinin belə güllərin yağı antisellülit effektinə malikdirlər:
Ətirşah.
Lavanda.
Qızıl gül.
Əsas məsələ sağlam hüceyrələrin böyüməsini və reprodiktivliyini sürətləndirməkdir.
Antisellülit qarışığının hazırlanması
Antisellyulit qrışığını hazırlamaq üçün təxminən 10-15 ml əsas yağı qarışdıraraq üzərinə efir yağının bir neçə damcısını damcılamaq lazımdır. Bu nisbət bir tətbiq üçün nəzərdə tutulmuşdur, lakin hər şey problemli zonaların sayından asılıdır. Effektin daha yaxşı olması üçün hazırlanmış qarışığı bir qədər qızdırmaq lazımdır, amma qaynama dərəcəsinə gətirməyin.
Böyük həcmdə vasitəni hazırlayarkən, onu tünd şüşə bankada və otaq temperaturunda saxlamaq lazımdır.
İstilik effekti ilə antisellülit vasitəsinin tətbiqi
Yağdan gündə bir dəfə masaj edərkən istifadə edilməlidir. Bunu duş qəbul etdikdən sonra tədbiq edmək tövsiyə olunur. Termoeffektin daha təsirli olması üçün masajdan sonar parallel olaraq sarmadan istifadə etmək olar. Masaj hərəkətləri ilə vasitəni bədənə çəkildikdən sonra, bu zona qida selofanı ilə sarılmalıdır. Sarmadan sonra, bədənin bu zonaları nəyləsə izolyasiya edilməli və üstündə isti paltar geyinilməlidir.
Bu üsul daha səmərəli hesab olunur və ani bir nəticəyə verir. Ancaq xatırlamaq lazımdır ki, varikoz damarları genişləndirən insanlar üçün istilik effektindən istifadə etmək qəti qadağandır.
Dərinizin mükəmməl olması və sellyulit sizi narahat etməməsi üçün, düzgün qidalanın, idmanla məşğul olun və gündəlik kosmetik prosedurları edin.