Xına qızılı-qəhvəyi rəngli, tonlaşdıcı günəş qaralması effektini yaradır,düzgün tətbiq olunarsa, günəş olmadan bir qaralma almağa kömək edəcəkdir.
Necə hazırlanır.
Belə ev avtoqaralma kreminin hazırlanması tamamilə çətin deyil. Ən əsası onun dəri üçün tamamilə təhlükəsizliyidir.
Üyüdülmüş xına tozunu qabda su və bir və ya iki çay qaşığı limon suyu ilə qarışdırın. Xına tozu suda həll olunur və limon suyunun turşuluğu boyanın effektivliyini aşkar etməyə kömək edəcəkdir. Xına qarışığı maye pastaya çevrilənə qədər su əlavə etməyə davam edin.
Xına qarışığının çatlamaması və dərinizə daha yaxşı yapışması üçün bir-iki çay qaşığı şəkər əlavə edin.
Xına kremini yeyinti plenkası ilə örtün. Krem qırmızı qəhvəyi rengdə görünməlidir.
Xına kremini təbii, ətirsiz losyon və ya yağla qarışdırın.
Bədənin hissələrinə günəş qaralma losyonunu tətbiq etmək üçün əlcəklərdən istifadə edin. Qaralma səviyyəsinin nə qədər tünd olmağı , istəyinizdən aslı olaraq, qarışığı on dəqiqədən bir neçə saata qədər saxlayın və sonra yuyun.
Hər hansı bir narıncı və ya qırmızı rəng bir neçə saat ərzində açıq qırmızımtlıl qəhvəyi və ya tunc rəngə çatmalıdır.
Diqqət yetirin. Bədəninizdə xına pastasını və ya losyonu nə qədər çox saxlasanız bir o qədər qaralacagsınız.
Rəngin zaman keçdikcə necə göründüyünə və solduğuna diqqət yetirin, sonra prosedurun vaxtını artırmaq və ya azaltmaq istəməyinizə qərar verin.
Limon suyunun turşuluğu xına boyasının üzə çıxarılmasına kömək edir, buna görə xına qarışığına onu daha çox miqdarda əlavə etməkdən qorxmayın.
Xınanı losyon ilə qarışdırmaq qərarına gəlsəniz, əmin olun ki, o üzvi bir qarışıq kimi əsas ətirsiz losyondandur .