Yeni başlayanlar üçün Binance təlimatı


Yeni başlayanlar üçün Binance təlimatı


Əsas diqqət yetiriləcək məqamlar
Binance dünyada 200 000 000-dan çox istifadəçinin etibar etdiyi bir platformadır. Elə bu gün Binance hesabı açaraq bizim böyüməkdə olan icmamıza qoşulun. Bir neçə dəqiqə içində investisiya qoymağa və ya treydinqə başlaya bilərsiniz.

Binance platformasından istifadəyə başlamaq üçün bir hesab yaradın, kimliyinizi təsdiq edin və kriptovalyuta almaq üçün ödəniş metodunu seçin.

Binance platformasında kriptovalyuta almaq kredit/debet kartları, bank transferləri və ya fərdlərarası (P2P) tranzaksiyalar kimi müxtəlif üsullarla həyata keçirilə bilər.

Güclü şifrələrdən istifadə etməklə, ikimərhələli autentifikasiyanı aktivləşdirməklə və anti-fişinq kodu təyin etməklə Binance hesabınızın təhlükəsizliyini artırmağı unutmayın.


Giriş
Binance hesabı sizin blokçeyn və Web3 dünyasına giriş yolunuz kimi xidmət edir və kriptovalyuta treydinqi səyahətinizə başlamaq üçün ən yaxşı yerdir. Bu təlimat sizə Binance platformasında mübadilə etməyə başlamaq qaydasını öyrədəcək. Addımlar sadədir. Hesab açın, məlumatlarınızı doğrulayın, ödəniş metodu seçin, sonra isə kritpo aktivlərinizi əldə edin.

Binance hesabı yaratmaq qaydası
İlk bitcoin və ya BNB-nizi almazdan əvvəl, hesab açmalısınız.

1. Binance əsas səhifəsinə keçid edin və ön səhifədəki və ya sağ yuxarı küncdəki [Qeydiyyat] seçiminə klikləyin.

2. E-poçt ünvanınızı daxil edin və etibarlı bir şifrə seçin. İstəsəniz, e-poçt ünvanı əvəzinə mobil nömrənizdən istifadə edərək də qeydiyyatdan keçə bilərsiniz.

3. E-poçt və ya telefon nömrəsi vasitəsilə qəbul etdiyiniz 6 rəqəmli doğrulama kodunu yazın və [Növbəti] seçiminə klikləyin.

4. Ən azı 8 simvola, 1 rəqəm və 1 böyük hərfə malik güclü bir şifrə yaradın. Bu şifrəni heç kəslə paylaşmayın.

5. Doğrulandıqdan sonra Binance hesabınız hazır vəziyyətdə olmalıdır. Artıq kriptovalyuta almağa bir addım da yaxınlaşmısınız, buna görə də, gəlin ilk kriptovalyuta alış-verişinizi etməyə başlayaq.



Binance platformasında necə kriptovalyuta almaq olar
Binance platformasında kriptovalyuta ala bilmək üçün əvvəlcə Müştərini tanı (KYC) kimi tanınan kimliyin doğrulanması prosesini tamamlamalısınız. KYC iddia etdiyiniz şəxs olduğunuzdan əmin olmağımıza və qanuni tələblərimizi icra etməyimizə kömək edir.

Kimliyin doğrulanması prosesini tamamladıqdan sonra müxtəlif üsullardan istifadə edərək kriptovalyuta ala biləcəksiniz.

1. Kredit/debet kartı: yeni istifadəçilər üçün ən rahat seçimdir.

2. Fiat və Spot pul kisənizə vəsait yatırın: Bank hesabınızdan fiat valyutasını transfer edin və ondan mübadilədə istifadə edin.

3. Binance P2P: Binance platformasının fərdlərarası (P2P) xidmətindən istifadə edərək birbaşa digər istifadəçilərdən kriptovalyuta alın.


Kredit və ya debet kartı ilə kriptovalyuta almaq
1. Yuxarıdakı menyudan [Kriptovalyuta alın] bölməsinə keçid edin və [Alış və Satış] seçimini edin.


2. Ardınca isə ödəniş edəcəyiniz fiat valyutanı və satın almaq istədiyiniz koini seçin. Davam etmək və kart məlumatlarınızı əlavə etmək üçün [Yeni kart əlavə etmək] seçiminə vurun.

3. Kart detallarınızı daxil edin və [Təsdiq etmək] seçiminə klikləyin. Yadda saxlayın ki, yalnız öz adınıza qeydiyyatdan keçmiş kredit və ya debet kartından istifadə edə bilərsiniz.

4. Sifariş detallarını iki dəfə yoxlayın. Konvertasiya dərəcələrini və komissiyalarını üç nöqtə […] düyməsinə klikləməklə yoxlaya bilərsiniz.

5. İstifadə qaydası və Məxfilik siyasətini oxumusunuzsa və təsdiq verirsinizsə, təsdiqləmə qutusunu işarələyin. Hazır olanda ödənişinizi tamamlamaq üçün [Təsdiq etmək] seçiminə klikləyin.

6. Proses tamamlanan kimi satın aldığınız kriptovalyuta Binance Spot pul kisənizə köçürüləcək. Adətən hesab açmaq və bu mərhələyə gəlib çatmaq təxminən 10 dəqiqə vaxt aparır.



Kriptovalyuta üzərindən qazanc əldə etmək isyəyirsizsə Binance üzırindən qeyd keçmək yetərlidir. Bunan əlavə 14 gün ərində hesabınıza 50$ əlavə etdikdə, 100$ vauçer Bİnance tərəfindən sizə təqdim edilir

Şansinızı qaçırmayın ini qoşulun Binance


© Qreat.az
Tarix: Bu gün, 15:53 Teqlər: binance Baxılıb: 3
Saytda ifadə edilmiş bütün informasiya istifadəcilərə yalnız tanıtım məqsədi ilə verilmişdir və onun istifadəsi və tətbiqinə görə məsülliyyəti istifadəçi özü daşıyır.


s
S