Çiyələyin ətindən maskanın köməyi ilə dərinin rəngini necə yaxşılaşdırmaq olar


Çiyələyin ətindən maskanın köməyi ilə dərinin rəngini necə yaxşılaşdırmaq olar
...

Beləliklə, nə üçün siz üzdə ki ,qara nöqtələrin sağaldılmasına müxtəlif süni kimyavi məhsullara artıq pul xərcləyirsiniz ki, əgər bu inanılmaz yüngül üz maskalarını öz əllərinizlə hazırlaya bilərsiniz.

Axı onlar çox faydalı və ən əsası təhlükəsizdirlər! Beləliklə, aşağıda effektli çiyələk maskalarının reseptlərini görəcəksiniz.

Çiyələk və limon əsasında maska

Limon suyu ilə birlikdə bu maska dərinin səthindəki artıq sebumu çıxarır və dərinin məsamələrini içəridən təmizləyir. Limon suyu təbii büzücüdür və sızanaq izlərindən və qaranlıq ləkələrdən qurtulmağa kömək edir.

Çiyələklərdəki alfa-hidroksil turşuları dəri səthindəki piy istehsalını idarə etməyə kömək edir, sızanaqların və qara nöqtələrin qarşısını alır.

Tərkibi

çiyələyin əti;

1 çay qaşığı limon suyu.

Hazırlanması:

Yuxarıdakı maddələri kiçik bir qabda qatın.

Qarışığı təmiz üzə çəkin.

15 dəqiqə saxlayın.

15 dəqiqədən sonra məsamələri bağlamaq üçün soyuq su ilə yuyun.

Nəmləndirici maska

Bu çiyələk kremi üz maskası, sərt ,soyuq günlərdə dəriniz quru və solğun olduqda sizə lazımdır. Dərini yumşaldır və bal yumşaq büzücü rolunu oynayır. Sızanağa səbəb olan mikrob və kirdən dərini təmizləməyə kömək edəcək ,antiseptik xüsusiyyətlərə malikdir.

Bu üz maskasına əlavə olunan təbii maddələrin faydalarını aşağıdakı cədvəldə yoxlayın.

Tərkibi

çiyələk əti;

1 kaşıq təzə qaymaq;

1 çay qaşıq bal.

Hazırlanması:

Çəngəlin arxasından istifadə edərək çiyələkləri qarışdırın.

Bütün maddələri kiçik bir qabda yaxşıca qarışdırın.

Qarışığı üzə və boyuna çəkin , 20 dəqiqə saxlayın.

İlıq su ilə yuyun. Məsamələri bağlamaq üçün üzünüzü soyuq su ilə yuyun. Təmiz bir dəsmal ilə qurudun.

© Qreat.az
Tarix: 2020 may 28 Teqlər: Gozellik Baxılıb: 529
Saytda ifadə edilmiş bütün informasiya istifadəcilərə yalnız tanıtım məqsədi ilə verilmişdir və onun istifadəsi və tətbiqinə görə məsülliyyəti istifadəçi özü daşıyır.


ŞƏRHLƏR