Bürclər 2017 Aprel ayında nə vəd verir? Bürclər 2017-cı il Aprel ayı üçün nə deyir?
Qoç
Yupiter payıza qədər Qoçun əlaqələr evində qalacaq, sizin romantik baxımdan çox fədakar olmanızı və eyni zamanda böyük romantik gözləmələr və ehtiyac içində olmanızı təmin edəcək. Aprel 2017 boyunca Qoçun erotizm evinin idarəçisi Günəş Qoç bürcündə olacaq ki, bu da cinsi güc və romantizm mənasını verir. Günəş və Uranın əmələ gətirəcəyi qovuşma sizi macəralara yönəldəcək və bəzi sürprizlər gətirə bilər, eyni zamanda Günəş - Yupiter zidd bucağı əlaqəyə bağlı bütün şeylərə olan aclığınızı vurğulayacaq və həyatınızın əhəmiyyətli qismi bunun üçün ayrılacaq. Buna görə istədiyinizi əldə etmək üçün kafi ehtiras və qabiliyyətiniz olacaq. Lakin şans sizdən yana olmayacaq və Veneranın pis mövqeyi sizə bezginlik və ya müvəffəqiyyətsizlik gətirəcək. Lakin bütün bunlar keçicidir. Qoçun karier evində olan Plutonla, Qoçun pul evində olan Mars arasında meydana gələcək üçbucaq Aprel 2017 - in ilk yarısında sizin çox qərarlı olmanızı təmin edəcək ki, bu da əhəmiyyətli bir hədəfə çatmanızla birlikdə əhəmiyyətli qazanc təmin etmənizə səbəb olacaq. Aprelin ilk iyirmi günündə Qoç bürcündə olan Günəş sizə ictimailik təmin edəcək və sizin professional və ictimai yüksəlişinizə kömək olacaq: siz parlayacaq, şöhrət və hörmət qazanacaq və özünüzü ortaya çıxara biləcəksiniz. Qoçun iş evinin idarəçisi Merkurinin də köməyini unutmamalı, o Qoç və Buğa bürcü arasında gedib gəlir, maliyyə mövzuları ilə maraqlanır və səylərinizin qazanclı olması üçün çalışır. Lakin Merkuri 10 Aprel - 3 May arasında retrograd hərəkət etdiyi üçün, hədəflərinə çatmaqda hələ bəzi maneələr var olacaq. Aprel 2017 boyunca formanız, canlılığınız və parlaqlığınız yaxşı olacaq, lakin gərgin bir dövrdən keçəcəksiniz. Stress bu dövrdə Qoçların daimi yol yoldaşı olacaq və həddindən artıqlıqlara olan meyliniz daha da artacaq. Qəzalar, gözlənilməz və təkrarlanan hadisələr riski vardır. Əgər həll etmədiyiniz tibbi bir probleminiz varsa, hərəkət etməli və onu həll etməlisiniz.
Buğa
Marsın Buğa bürcündə olmasıyla, Aprel 2017 - də tərsliyiniz üstünüzdə olacaq! Şəhvət, cinsi instinktlər və fəth planeti olan ehtiraslı Mars həm də Buğaların cütlər evinin idarəçisidir, buna görə ilk addım atmaq üçün utancaq olmayacaq və ya eşq həyatınızı inkişaf etdirmək üçün hər yolu sınayacaqsınız. Lakin təşəbbüslərinizin nəticələrinin necə olacağı naməlumdur. Buğanın eşq və erotizm evinin idarəçisi Merkuri 10 Aprel 2017 - dən etibarən və eşq planeti Venera da 15 Apreldən etibarən retrograd hərəkət edəcək. Bəzi vəziyyətlərdə işlər cığırından çıxa bilər və yaxşı ünsiyyət şərtdir. Köhnə sevgililərinizdən biri yenidən diqqətinizi çəkə bilər. Aktiv Mars Aprel 2017 - in ilk iyirmi günündə Buğa bürcündə olacaq və son on gündə də Günəşin bürcünüzdəki varlığı sizə yaxşı hadisələr vəd edəcək. Hər iki planet yüksəliş üçün acdır və sizi özünüzü ortaya qoymağa və hədəflərinizə çatmaq üçün daha yaxşı mövqedə olmağa yönəldəcək. Buğanın idarəçisi Venera sizi populyarlıq, dəstəkçilər və ya qrup proyektlərində bir mərhələyə qədər dəstəkləyəcək, xüsusilə ikinci və üçüncü on günlükdə. Kooperasiya və ortaqlıqlar 20 Aprel 2017 - ə qədər əhəmiyyətli olacaq. Pul Buğalar üçün hələ də prioritet daşıyan mövzudur və onları professional qərarlar verərkən istiqamətləndirə biləcək. Maliyyə problemləri Aprelin son on günündə artıq daha diqqətə çarpan olacaq, lakin ehtimalla daha da çətinləşəcək. Buğanın idarəçisi eyni zamanda Buğaların sağlamlığıyla da əlaqəli Venera Aprel 2017 - in ilk yarısında retrograd hərəkət edəcək, ayın ortalarında sabitləşəcək və son üç gündə pis evdə olacaq. İnstinktiv və diqqətsiz Mars retrograd hərəkət edən Merkuri ilə birlikdə Buğa bürcündə olacaq. Bu mövqe diqqətsizlik, bacarıqsızlıq və ya koordinasiya əskikliyi yarada bilər. Buna görə stress və qəza riski mövcuddur. Diqqətli olun və səbr edin.
Əkizlər
Əkizlərin cütlər evinin idarəçisi bir neçə planet tərəfindən pis təsir altında olsa belə Aprel 2017 - də mövqeyi möhkəm olacaq. Yupiterin Əkizlərin cütlər evində yerləşən Saturnla meydana gətirəcəyi müsbət bucaq əlaqələri sağlamlaştırır və onların pisləşməsinə icazə vermir. Ya da heç olmasa davamlı problemlər olmayacaq. Lakin Əkizlərin eşq həyatında kiçik problemlər yaşana bilər, çünki Günəşin tranziti Yupiter-Uran zidd bucaqlarını və Yupiter - Pluton kvadratını yenidən aktiv hala gətirəcək. Bəzən mübahisələr, bəzən bezginliklər ola bilər amma nəticədə hər şey yaxşılığa doğru gedəcək. Eşq planeti Veneranın öz kaprizləri var və Əkizlərin eşq həyatını karier, mövqe, status və ya hörmətlə əlaqələndirmək istəyir. Aprel 2017 - də Əkizlərin karier və əlaqələri arasında əlaqə yaranacağı aşkardır. Bu əməkdaşlıq, eşq macəraları və ya ümumi mənada hər hansı əlaqələr mənasına gələ bilər. Bacarmaq üçün siz müttəfiqlər tapmalı, komandanın bir parçası olmalı, müştərilərinizin ehtiyaclarını nəzərə almalı və hər cür əlaqələrinizi hərəkətə gətirməlisiniz. Eşq həyatınızın müəyyən professional qərarlarınız üzərində təsiri olacaq və ya sizi sevən biri sizi dəstəkləyəcək. Aprel 2017 boyunca yüksəlmə çox məhsuldar olacaq, xüsusilə əgər müvəffəqiyyətli birini və ya çox sevdiyiniz bir sahədəki birinin mövqeyini qaldıracaqsınızsa. Aprel 2017 Əkizlərin yaradıcılıqlarını ortaya qoymaları üçün xüsusi bir ay olacaq. Lakin işlər hər vaxt yaxşı getməyəcək, buna görə sakit və çox diqqətli olmalısınız! Ayın ilk iyirmi günündə Marsın sizin 12 -ci evinizdə olması və Əkizlərin idarəçisi Merkurinin də 10 Apreldən etibarən eyni evdə retrograt hərəkət etməsiylə sağlamlığınız o qədər də yaxşı deyil. Zehniniz qarışmış və ya pessimist ola bilər və bədəniniz də hər vaxtkından daha zəif və xəstəliklərə daha açıq olacaq. Sanki çox ağır bir yük daşıyırmısınız kimi və ya qərar vermə və ya hərəkət etmə azadlığınız yoxmuş kimi hiss edəcəksiniz. Diqqətli olun!
Xərçəng
Ümumiyyətlə, 2017-ci ildə əlaqələrdə sabitlik və məsuliyyətə daha çox əhəmiyyət verəcəksiniz. Sevdiyiniz adamın ciddi və çalışqan olması, sizə işlərinizdə kömək etməsi və etibarlı və rahat ev mühiti yaratması sizin üçün həddindən artıq əhəmiyyətlidir. Xoşbəxtliyinizin dərəcəsi bütün bunlara möhkəm bir şəkildə bağlıdır. Bunun xaricində Aprel 2017 - də Yengəclər üçün fikirlərin uyğun olması, eyni mədəni və ya ruhi maraq sahələrinə sahib olmaq və yalnız vəzifələri paylaşmaq deyil, həm də üfüqləri genişlətmək də çox əhəmiyyətli olacaq. Aprel ayının astroloji mövqelərinə fərqli bir baxımdan baxıldığında uzaq məsafəli əlaqələrlə maraqlana bilər və ya romantik bir səyahətə çıxa bilərsiniz. Günəşin Yengəcin karier evində olmasıyla, Aprel 2017 Yengəclər üçün özlərini ortaya çıxarmaqda və hiyerarxiya nərdivanının pillələrini dırmaşmaqda onlara kömək olacaq uğurlu bir aydır. Günəşin işləri yenidən təşkil etmə, tətikləmə, sürətləndirmə və dəyişdirmə gücü olduğu üçün bu uğur sanki bütün il boyu davam edəcəkdir. Aprel 2017 - də çatılacaq hədəflər sizə tanınma və pul gətirəcək. Elmi və ya mədəni ətraflarla əlaqədar işlər, əlaqələr, mütəxəssisləşmə dərsləri və ya potensial səyahətlər, xüsusilə zövq almaq üçün və ya ehtirasla görülsə Aprel boyunca Yengəclərin maraq dairəsində olacaq. Ortaq proyektlər və ya birliklərlə, cəmiyyətlə və ya təşkilatlarla əlaqədar fəaliyyətlər cazibədar gələ bilər, lakin çətinliklərlə dolu olacaq. Yengəclərin forması Aprel 2017 boyunca xeyli yaxşı olacaq, lakin əhəmiyyətli fiziki və psixoloji maneələrlə məşğul olmanız lazım gələ bilər. Aprel sizə əhəmiyyətli müvəffəqiyyət gətirəcək, lakin sizi ciddi şəkildə iş və stress gözləyir. Əslində stress bu ayda maraqlanmanız lazım gələn ən əhəmiyyətli problemdir. Prioritetlərinizə fokuslanmağa çalışın və özünüzü çox parçalamayın!
Şir
Bir neçə aydır bəzi şeylər bir az dəlicə görünsə belə, əlaqəniz adi şəkildə davam edəcək və sonunda idarə altında olacaq. Aslanın cütlər evinin idarəçisi Saturn üstün mövqedədir və Böyük Xeyirxah Yupiterlə uyğun bucaqlar əmələ gətirir. Lakin Aprel 2017 - ni başa düşmək asan deyil. Eşq planeti Venera pis mövqedədir və üstəlik az qala bütün Aprel ayında Aslanın əlaqələr evinin idarəçisi Saturnla gərgin bucaqlar yaradır. Bəzi şeylər xoşunuza gəlməyəcək, bəzi şeylər planınıza daxil deyil və sizi narahat olmağa və bezginləşməyə yönəldəcək. Eyni zamanda Aslanın idarəçisi Günəş Aprel 2017 - in ilk iyirmi günü boyunca Saturnla uyğun bucaqlar meydana gətirəcək, buna görə çox narahat olmanıza ehtiyac yoxdur. Aslanın eşq həyatında ünsiyyət, səyahət və ya uzaq məsafəli həllər əhəmiyyətli yerə sahib olacaq. Aprel 2017 işləri istədikləri kimi idarə etməyə vərdişkar Aslanlar üçün xeyli əsəb pozucu bir ay olacaq. 20 Aprel 2017 - ə qədər Mars Aslanın karier evində olacaq, hədsiz enerji, ehtiras, rəqabətçilik və təşəbbüs təmin edəcək, lakin asanlıqla qarşıdurma da yaradacaq. Professional sahəyə təsirləri olan iki planet sizə daha çox problem yaşada bilər: Aslanın karier evinin idarəçisi Venera və karier evinizdə olan Merkuri. Xüsusilə Aprel 2017 - in son iyirmi günündə testə məruz qala bilər, gecikmələr, səhv başa düşülmələr, səhvlər və ya plan dəyişiklikləri yaşana bilər. Hədəflərinizi və strategiyalarınızı ciddi şəkildə araşdırmanız və bəzi şeyləri dəyişdirməniz lazım gəldiyi aşkardır. Lakin ən yaxşı qərarları 20 Apreldən sonra verəcəksiniz. Maliyyə sahəsində diqqətli olmalı və sakitlik göstərməlisiniz. Aprel 2017 boyunca çox enerjiniz olacaq, hər hansı bir fiziki stressə məruz qalmayacaqsınız, lakin psixoloji olaraq ən yaxşı vəziyyətdə deyilsiniz. Zehininiz sanki kafi olmama və ya karier və mövqeniz üzərində idarəni itirmə mövzusunda qorxularınızın ortaya çıxardığı bəzi ssenarilər, narahatlıqlar və təlaşlar yaradacaq. Sakitləşin! İşlər bir neçə həftə sonra nizama girəcək.
Qız
Qızın əlaqələr evində Aprel 2017 - nin ilk iki həftəsində Venera retrogradı sevginin dərin, lakin çətin olacağını göstərir. Venera retrogradının təsirləri maneələr, gecikmə və ya köhnə problemlərin yenidən ortaya çıxması şəklində meydana çıxa bilər və ya Qızların eşq həyatında əlaqələr, sevginin dərinləşməsi və bərkiməsi və ya başqa əhəmiyyətli hadisələr də gətirə bilər. 15 Apreldə Venera retrograd hərəkətini bitirərək qaldığı yerdən yoluna davam edəcək. Aprel 2017 - in ikinci on günlüyü bir az qarışıq ola bilər və ən gözlənilməz vəziyyətlər yaşada bilər. Ay boyunca Qızlar Veneranın Saturnla meydana gətirdiyi kvadrat ucbatından testə tabe tutulacaq və bu testlərin bəziləri ev, ailə və ya sahib olduğunuz əşyalarla əlaqədar olacaq. Pul və işiniz də potensial hədəflər ola bilər. Qızların pula, iş qurmağa, sərmayəyə, banklara, geri ödənməsi lazım olmayan fondlara və bu kimi şeylərə olan marağı Aprel 2017 - də artacaq, çünki Günəş ilk iyirmi gündə və Qızın idarəçisi Merkuri isə son on gündə bununla əlaqədar evdə tranzit edəcək. Əhəmiyyətli bir sahədə yerləşən Qızın pul evinin idarəçisi Veneranın mövqeyi Qızların maddi maraqlarını təsdiqləyəcək, lakin bu marağı ortaqlıqlar və ya komanda işiylə də əlaqələndirəcək. Digər tərəfdən, Merkuri və Venera retrograd hərəkət edir, buna görə işlər o qədər də sadə deyil: Hər addım yaxşı düşünülməli, hər sənədə maksimum diqqət yetirilməli, bütün hesablamalara yenidən və dəfələrlə nəzarət edilməli. Pulla bərabər işlərə, araşdırmalara, konseptual işlərə, mədəniyyətə və səyahətə marağınız artacaq. Aprel 2017 boyunca çox enerjiniz olmayacaq, buna görə səylərinizdən yerli yerində istifadə etməli, fəaliyyətlərinizi yaxşı planlamalı və bünyənizi çox yormamalısınız. Əhvalınız da o qədər də yaxşı olmayacaq və fokuslanma qabiliyyətiniz dalğalanmalar yaşaya bilər. Bəlkə də zehni olaraq rahatlamaq üçün bəzi məşqlər etməli və maqnezium əlavələrindən istifadə etməlisiniz.
Tərəzi
Aprel 2017 çox da yaxşı şəkildə başlamayacaq. Tərəzilər sıx bir şəkildə öz eşq həyatlarıyla maraqlanacaq, çünki Günəş Tərəzinin cütlər evindədir, lakin eyni evin idarəçisi Mars zəif mövqedədir və Eşq planeti Venera məsuliyyətlər, iş və ya xəstəlikləri idarə edən evdə retrograd hərəkət edəcək. Bir baxımdan Tərəzinin eşq həyatında böhranlar görünür. Başqa bir yöndən baxıldığında isə onların sevdikləri adam çətin bir dövrdən keçəcək. Üçüncü ehtimal isə ortaq mali vəziyyət və məsuliyyətlər mövzusunda narahatlıqların olmağıdır. Lakin Aprelin son həftəsi, Tərəzinin cütlər evinin idarəçisi Mars üstün mövqeyə keçdiyi zaman işlər yaxşıya doğru inkişaf edəcək. Venera Tərəzinin cütlər evinə bu dəfə düz hərəkət edərək keçdiyi üçün ayın sonuna yaxın işlər daha da yaxşılaşacaq. Tərəzinin idarəçisi Veneranın Tərəzinin iş evində olmasıyla, Aprel 2017 boyunca siz çox çalışacaqsınız. Bir çox məsuliyyətiniz və təcili həll etməniz lazım olan işləriniz var. Ayın ilk yarısı, Venera retrograd hərəkət etdiyi zaman çox məhsuldar olmayacaqsınız. Lakin çətinliklərin öhdəsindən gələ biləcəksiniz, çünki Tərəzi bürcündə olan Böyük Xeyirxah Yupiter xüsusi bir əlaqə sayəsində (qarşılıqlı anlayış) Veneraya dəstək verəcək. Pul bu dövrün böyük mübarizələrindən biridir. Tərəzinin pul evinin idarəçisi Mars işləri, sərmayələri, mirasları, vəqflərə müraciəti və b. şeyləri idarə edən digər maliyyə evində olacaq, lakin Merkuri də eyni evdə retrograd hərəkət edəcək. Müvəffəqiyyət üçün potensial var, lakin səhv və itki riski də mövcuddur. Aprel 2017 boyunca sağlamlığınıza xüsusilə diqqət göstərməlisiniz. Heç olmasa Tərəzinin idarəçisi Venera belə istəyir, çünki o xəstəliklərlə əlaqədar bir evdədir. Lakin bu eyni zamanda həyat gigiyenanız, diyetlər, müxtəlif müalicələr və formanıza daha çox maraq duymanız mənasına da gələ bilər. Hər vəziyyətdə diqqətli olmalı, hər hansı bir sağlamlıq probleminizi, nə qədər kiçik olursa olsun ciddi qəbul etməlisiniz.
Əqrəb
Mars 20 Aprel 2017 - ə qədər Əqrəbin cütlər evində qalacaq və ilk iyirmi günü canlı və parlaq rənglərlə rəngləyəcək. Enerji dolu, lakin instinktiv planet olan Mars sizi təşəbbüs etməyə və ya könülləri fəth etmək üçün əlinizdən gələni etməyə yönəldəcək, lakin eyni zamanda özünüzü aqressiv şəkildə ortaya çıxarmağa, mübarizə etməyə və ya bəzi şeylərdə həddinizi aşmağa istiqamətləndirəcək. Əqrəbin cütlər evinin idarəçisi Venera sizin dünyəvi zövqlər və eşq evinizdədir, lakin Aprel 15 - ə qədər retrograd hərəkət edəcəyindən ötəri çətin və ya gözlənilməz vəziyyətlər yarada bilər. Əlaqələr ayın ikinci yarısı, xüsusilə son on gündə daha normallaşacaq, lakin ümid etdiyiniz rahatlığı təmin etməyəcək. Günəş Əqrəbin iş evindən keçdiyi üçün, Aprel 2017 - in ilk iyirmi günü çox aktiv olacaq və sizə tanınma, təqdir və sizə iş sahənizdə daha çox azadlıq təmin edəcək. Günəş - Uran qovuşması yaradıcılığınızı yeniləyəcək və sizi iş metodlarınızı və ya iş mühitinizi yeniləməyə yönləndirəcək. Əqrəbin əlaqələr evində Aprel 2017 - in ilk iyirmi günündə Əqrəbin ənənəvi idarəçisi Mars yer alacaq, son on gündə isə Günəş var olacaq. Beləliklə kooperasiya və anlaşmalar ön planda olacaq, lakin eyni zamanda yarış, rəqabət, qarşıdurma və mübarizə də olacaq. Əqrəbin pulu məsuliyyətlərini yerinə yetirmə və bu kimi işlərdən gəlir, lakin eyni zamanda həddindən artıqlıqlar, zövqlər və spekulyasiya itkilərə səbəb ola bilər. Aprel 2017 bütün sağlamlıq problemlərinizi həll etmək üçün, müntəzəm müayinələr, həyat stilinizə daha yaxından baxmaq və lazım olduğunda müdaxilə etmək üçün yaxşı bir aydır. Yaradıcı və ya incəsənət sahəsində bir hobbi əldə etsəniz bu sizin üçün rahatlaşdırıcı və tarazlaşdırıcı bir ünsür ola bilər.
Ox atan
Aprel 2017 Oxatan bürcləri üçün rahat bir ay olmayacaq. Oxatanın eşq və cinsilik evində yerləşən Günəş ehtiraslı, şəhvətli və macəra dolu bir ay vəd edir. Eyni zamanda Oxatanın cütlər evinin idarəçisi Merkuri Oxatanın məsuliyyətlər və eşq evində retrograd hərəkət edəcək, öz fikirlərini qəbul etdirmək üçün və bu mövzuda sizi küncə qısnamaq üçün çalışacaq. Digər tərəfdən Eşq planeti Venera da ev, ailə, ənənəvi dəyərlər sahəsində ayın ilk yarısında retrograd hərəkət edir. Buna görə Aprel 2017 - də böyük eşq potensialı olsa da, bəzi şeylər işə yaramayacaq, bu da sizi geri addım atmağa və ya geri saxlamağa çalışacaq və siz bu problemlər üçün qısa yol tapa bilməyəcəksiniz. Aprel 2017 - də qabınızda çox şey olacaq və onlarla məşğul olmaq çox da asan olmayacaq. Mars Oxatanın iş evində olacaq, bu da sıx fəaliyyət, dayanıqlılıq və ani reaksiyalar mənasına gəlməkdədir, lakin eyni zamanda təcili, əsəb pozucu və ya qarşıdurma dolu mühit mənasına da gələ bilər. Sizin iş evinizdə retrograd hərəkət edən Merkuri də işləri asanlaşdırmayacaq: işlər yaxşı getdiyi zaman səyahətə çıxa bilərsiniz, lakin ünsiyyət problemləri, sənədlərlə, ofis cihazlarıyla, müxtəlif cihazlarla əlaqədar problemlər yaşaya bilərsiniz. Hər iki professional evinizin idarəçisi (karier və iş evinizin) retrograd hərəkət edir ki, bu da çətinliklər mənasına gəlir. Bu vəziyyətin uzun sürməyəcəyi üçün şanslısınız: gələn ay işlər daha fərqli olacaqdır. Lakin Aprel 2017 vəziyyəti analiz etmək və yenidən qiymətləndirmək üçün və ya daha köhnə proyektlərə dönmək üçün yaxşıdır. Oxatan bürclərinin sağlamlıqlarına diqqət yetirmələrinin tam zamanıdır. Mars və Merkuri retrogradı əgər niyyətləri sizə zərər vermək isə, sizə ciddi problemlər yaşada bilər, lakin onlar 'texniki reviziya' edə bilər və ya daha əvvəl çox əhəmiyyət vermədiyiniz bəzi tibbi təşəbbüsləri də dəstəkləyə bilərlər. Hər vəziyyətdə işlər ciddi görünür, buna görə ən kiçik problemdə belə həkim ziyarətlərinizə laqeyd yanaşmayın!
Oğlaq
Marsın Oğlaqların erotizm evində olmasıyla siz Aprel 2017 boyunca alovlu olacaqsınız: romantizm hədd mərhələdə və cinsiliyiniz tavana dayanıb. Mövzu eşq olduqda qadağanları qulaq ardına vurmağa və təhlükəli bir işə atılmağa hazırsınız. Lakin kiçik bir problem vardır: Merkuri eyni evdə retrograd hərəkət edir, buna görə işlər gözlənilməz şəkildə inkişaf edə bilər və bəzən çətinliklər ortaya çıxa bilər. Eşq planeti Venera sizin 3 -cü evinizdədir: şirin danışıq, eşq elanı, eşq qeydləri, əl - ələ gəzinti və ya eşq səyahətləri ön planda olacaq. Lakin Aprel 2017 - in ilk yarısında Venera da retrograd hərəkət edəcək, buna görə işlər çox açıq aydın olmayacaq. Bu dövrdə əvvəllər sevdiyiniz bir adamla yenidən görüşə bilər və ya əlaqə vəziyyətiniz və romantik ehtiyaclarınızı yenidən qiymətləndirə bilərsiniz. Oğlağın karier evinin idarəçisi Venera 3 -cü evinizdədir, beləliklə zəka, ünsiyyət, çeviklik və dayanıqlılığınız hədd mərhələdə olacaq. Lakin Venera Aprelin ilk yarısı retrograd hərəkət edəcək və 15 Apreldən sonra xətti hərəkətinə davam edəcək. Beləcə Aprel dönüş nöqtəsi olacaq, son zamanlarda yığdığınız təcrübə, analizlər əhəmiyyətli professional nəticələrə və qərarlara yol açacaq. Oğlağın iş evinin idarəçisi də Aprel 2017 - də retrograd hərəkət edəcək, yenidən qiymətləndirmə, daha yaradıcı və daha məhsuldar yüksəlişlərə olan ehtiyacı təsdiqləyəcək. Böyük Xeyirxah Yupiter, Oğlağın karier evində hakim vəziyyətdədir və fürsətləri əldə etmək üçün uyğun zamanı gözləyir. Maliyyə sahəsində Aprel 2017 boyunca əhəmiyyətli dəyişiklik olmayacaq. Aprel ayı eyni zamanda normalda olduğundan daha riskli deyil. Lakin Oğlağın idarəçisi Saturnun tibbi evlərdən birində olmasıyla, diqqətli davranmalısınız: bədəninizi gücləndirmək üçün tədbirlər alın, ortaya çıxan problemlərə həmin anda müdaxilə edin və əgər xroniki xəstəliyiniz varsa həkimin təlimatlarına hərf - bə - hərf riayət edin.
Dolça
Aprel 2017 boyunca Dolçaların əlaqələrinə ünsiyyət damğasını vuracaq və Dolçaların əlaqələr evinin idarəçisi Günəşin ifadə etdiyi kimi açıq, dürüst və yaxşıca düşünülmüş ünsiyyət müsbət nəticələrə yol açacaq. Əgər yeni və ya çox ehtiraslı bir əlaqə yaşayırsınızsa bir az yavaşlayın, çünki Dolçanın eşq evinin idarəçisi Merkuri retrograd hərəkət edir. İşlər planladığınız kimi getməyə bilər və əgər belə olsa vəziyyəti diqqətlə araşdırmalı və hətta bəzi şeyləri daha aydın şəkildə görə bilmək üçün geri addım atmalısınız. Ev və ailəyə bağlı işlərdə bəzi çətinliklər ortaya çıxa bilər. Digər tərəfdən bu işlərlə bağlı köhnə planlarınızı tətbiq etməniz də mümkündür. Hər vəziyyətdə Aprel 2017 boyunca əlaqələr və pul bir birinə möhkəm şəkildə bağlı olacaq. Aprel ayı boyunca iş və pul mövzusunda çox düşünəcəksiniz. Dolçaların qazanc evində ayın ilk yarısında retrograd hərəkət edən daha sonra isə adi hərəkətinə davam edən Venera olacaq, nəticələr çıxaracağınız və ya qərarlar verəcəyiniz əhəmiyyətli bir dövrü işarələyəcək. Lakin bu eyni zamanda eşq, gözəllik, rahatlıq tərəfindən tətiklənmiş maliyyə təşəbbüsü mənasına da gələ bilər. Bəlkə də uzun zamandan bəri planladığınız bəzi sərmayələr ola bilər. Ya da evinizi yenidən dekorasiyaya edə bilər və ya təmir işləriylə məşğul ola bilərsiniz. Merkuri retrogradı və Mars Dolçaların diqqətini çox maraqlandığınız ev və sahib olunan əşyalara istiqamətləndirəcək. Bunun yanında Aprel 2017 - də intellektual məşğuliyyət, uzlaşdırma, ünsiyyət, səyahət və ya ticari fəaliyyətlərlə də məşğul ola bilərsiniz. Elə görünür ki, Dolçaların sağlamlığıyla əlaqədar çox problemlər yaşanmayacaq. Yaxşı vəziyyətdəsiniz və əhvalınız pis deyil. Böyük ehtimalla bəzi şeylər çox da yolunda getmir və bu da sizi narahat edir, lakin bu tərz stress Aprel 2017 - də sadəcə sizin yox, hər kəsin yaşayacağı bir stress olacaqdır.
Balıqlar
Aprel 2017 boyunca eşq həyatınızla əlaqədar əhəmiyyətli bir qərar vermək vəziyyətində qalacaqsınız. Sevgi və eşq planeti Venera retrograd dövrünü bitirəcək və 15 Apreldə Balıq bürcündə adi hərəkətinə davam edəcək , eyni zamanda Balığın cütlər evinin idarəçisi Merkuri 10 Aprel - 3 May aralığında retrograd hərəkət edəcək. Beləliklə Balıqların əlaqə vəziyyətləri iki tərəfdən atəşə məruz qalacaq və bir çox istiqamətdən diqqətlə araşdırılacaq. Artıq hesab kitab, nəticə çıxarma və həllər axtarma zamanıdır. Merkuri 20 Aprel 2017 - ə qədər Balığın ünsiyyət evində olacaq, buna görə köhnə problemləri müzakirə etməli və ya aktual problemləri yenidən müzakirəyə açmalısınız. Gəlirinizi, dəyərləri və işinizi nəzərə alın, çünki həm Veneranın, həm də Merkurinin retrograd dönüşləri Balığın pul eviylə kəsişir. Karier/pul cütlüyünün Balıqlar üçün əhəmiyyəti Aprel 2017 boyunca çox açıqdır və bu hər vaxtkından daha diqqətə çarpandır. Balığın iş evinin idarəçisi maliyyə evindədir və karier evinin idarəçisi də idarəçisi tam olaraq Balıqda olan digər maliyyə evinizdədir. Bu o deməkdir ki, hədəfləriniz açıq və praqmatik və motivasiya da ola bildiyi qədər maddi mövzularda olacaq. Pula ehtiyacın daha çox olduğu və ya yenidən mütəşəkkil olmanızı hiss etdiyinizdən asılı olmadan bir şey dəqiqdir: işinizi necə daha çox gəlirli hala gətirə bilərsiniz. Zehniniz daha çox çalışacaq və işə yanaşmanız da təsir və uzlaşma qabiliyyətinizlə dəyişəcək, çünki Balığın pul evinin idarəçisi Balığın zehin və ünsiyyət evindədir. Veneranın Balıq bürcündə olmasıyla, Aprel 2017 boyunca ruhi vəziyyətiniz xeyli yaxşı olacaq və sizə bu çətin dövrdə mübarizə etmə gücü verəcək. Ayın ortalarına yaxın Veneranın hərəkətindəki dəyişiklik bəzi narahatlıq və ya istəksizliklərə səbəb ola bilər, lakin bütün bunlar keçici xarakter daşıyır. Formanız çox yaxşıdır, lakin şişirtmələrdən və ifratdan uzaq dayanmalısınız. Aprel 2017 xüsusilə ayın ikinci yarısı gözəllik, baxım üçün uyğundur.
astroloq.com