Rüyada Cinsel İlişkiye Girmek Ne Anlama Gelir?


Rüyada Cinsel İlişkiye Girmek Ne Anlama Gelir?

Rüyada Cinsel İlişkiye Girmek Ne Anlama Gelir? Rüyada Cinsel İlişki Görmenin Anlamı ve Tabiri

Rüyada cinsi əlaqəyə girmək insanın bütün ideallarının və xəyallarının gerçəkləşəcəyinə dəlalət edir. Lakin şəxs tanımadığı və bilmədiyi biri ilə cinsi əlaqəyə girdiyini görərsə, kədər və sıxıntı verəcək hadisələr yaşayacaqdır. Ruyada cinsi əlaqə eyni zamanda insanın həyatda qazanacağı uğurlara, zəfərlərə və nailiyyətlərə işarə edir.

Bir rəqibi və ya düşməni ilə cinsi əlaqəyə girdiyini görən şəxs ona qarşı əzici bir qələbə qazanar. Bir şəxs əgər ruyasında tərs (qeyri-təbii) yolla əlaqəyə girdiyini görərsə, xəyal qırıqlığı yaşayacaq, kədərlənəcək və hədəflərinə çata bilməyəcək; eyni zamanda bu şəxsin maddi itkiləri olacaq, malı və ya mülkü azalacaqdır. Ruyada cinsi əlaqə görən şəxs əgər bir kişidirsə, həyata keçirmək istədiyi işlərini reallaşdıracağı, əgər ruyanı görən qadındırsa, bu halda pis bir dövr keçirəcəyi, lakin təmkinli olduğu təqdirdə bu dövrü ən yüngül şəkildə adlada biləcəyi şəklində yozulur.

RÜYADA CİNSİ ƏLAQƏYƏ GİRDİYİNİ GÖRMƏK
Ruyada cinsi əlaqəyə girdiyini görən şəxsin həyatı yolunda gedər, peşəsində göstərdiyi uğurlu çalışmaları sayəsində məqamı yüksələr, çətinliklərindən və problemlərindən də qurtular.

RÜYADA CİNSİ ƏLAQƏ YAŞAMAQ
Bir şəxs ruyasında öz arvadı, əri, qız yoldaşı və ya oğlan yoldaşı ilə cinsi əlaqə yaşadığını görərsə, gözəl hadisələr yaşayacaq və kefi yerinə gələcək; başqa biri ilə cinsi əlaqə yaşadığını görərsə, edəcəyi bir səhv səbəbi ilə insanların beynindəki müsbət yerini itirəcək və sıxıntıya düşəcək deməkdir.

RÜYADA CİNSİ ORQAN GÖRMƏK
Ruyada kişi cinsi orqanı mal, mülk və zənginlik olaraq tabir edilir. Kişinin ruyasında cinsi orqanını çıxardığını görməsi oğlan övlad sahibi olacağına yozulur.

RUYADA SEVİŞMƏK
Ruyada insanın öz həyat yoldaşı ilə sevişməsi həyatında hər şeyin yolunda gedəcəyinə, işlərinin açılıb qazancının artacağına; başqa biri ilə sevişməsi xoşagəlməz şeylər yaşayacağına və bir müddət sıxıntı çəkəcəyinə işarə edir.

Ruyada bir kişi cinsi əlaqə görərsə, ticarət həyatında çox uğurlu olacaq və rəqiblərini geridə qoyacaq; əgər bu ruyanı qadın görərsə, asan adladacağı, amma yenə də özünə bədbəxtlik və kədər verəcək bir sıra hadisələr yaşayacaq deməkdir.

Ruyada Cinsi Əlaqə Görmək
Ruyada cinsi əlaqə görmək iki şəkildə yozulur. İnsanın halalı və ya sevdiyi biri ilə cinsi əlaqəyə girməsi özü üçün xeyirli olacaq gözəl şeylərin yaşanmasına dəlalət edir. Lakin şəxs normalda tanımadığı biri ilə ruyasında cinsi əlaqəyə girdiyini görərsə, bu, pis mənaya gəlir və insana uğursuzluq gətirir. Ruya sahibi cəmiyyət içində xəcalət çəkəcək və hər kəsin gözündəki müsbət imicini itirəcək, eyni zamanda da qazancı azalacaq deməkdir.

© Qreat.az
Tarix: Bu gün, 19:16 Teqlər: Seks Baxılıb: 3
Saytda ifadə edilmiş bütün informasiya istifadəcilərə yalnız tanıtım məqsədi ilə verilmişdir və onun istifadəsi və tətbiqinə görə məsülliyyəti istifadəçi özü daşıyır. Hər hansı ciddi qərar qəbul etməzdən əvvəl mütəxəssislə məsləhətləşməyiniz tövsiyə olunur.


s
S