Bal və iri duzdan bədən üçün qidalandırıcı skrabın necə hazırlamalı


Bal və iri duzdan bədən üçün qidalandırıcı skrabın necə hazırlamalı

Bir çox fərqli araşdırmalar apardıqdan sonra dermatoloqlar epidermisin yuxarı təbəqələrinin hüceyrələrinin ən çox 30-35 gün yaşaması qənaətinə gəldilər.

Əgər onlar vaxtında təmizlənməsə,bədəndə və üzdə yığılaraq dərini solğun edirlər. Bundan əlavə, onun ümumi vəziyyəti əhəmiyyətli dərəcədə pisləşdirirlər, vaxtından əvvəl qocalma əlamətləri görünə bilər.

Bu cür vəziyyətlərin yaranmasının qarşısını almaq üçün təbii maddələrin əsasında hazırlanmış müxtəlif skrablardan istifadə etmək tövsiyə olunur. Buna görə bal və iri duz əlavə edilməsi ilə ev məhsulu əvəzedilməz bir vasitə olacaqdır.

Öz əlinizlə skrab hazırlanmağın əsas özəllikləri.

Təmizləyici skrabı hazırlayarkən əsas qaydalara əməl etmək vacibdir:

quru maddələr bir keramik qabda yaxşıca qarışdırılmalıdır;

əgər tərkibində bal varsa, onda bir qaba tökülür və yenə bircinsli maddə alınana qədər qarışdırılır;

bircinsli maddə alınması üçün blenderdən istifadə edə bilərsiniz;

reseptdə yağ varsa, əvvəlcə onun yarısı tökülür və ümumi kütlə ilə qarışdırılır və yalnız tamamilə həll edildikdən sonra qalan hissəsi əlavə olunur;

alınmış skrabı şüşə qaba tökün;

məhsul soyuducuda kip qapaqla bağlanıb saxlanılır.

Diqqət! Təmizləmə dəriyə qulluqda vacib bir mərhələdir. Skrablamanı həftədə 2-3 dəfə təkrar etmək məsləhət görülür.

Bal və iri duz əsasında, evdə hazırlanmış skrabın çox sayda reseptləri vardır.

Amma Bal əlavə etmək aşağıdakı hallarda olmaz:

Üzdə həddindən artıq tükləşmə.

Kapilyar ləkələr və genişlənmiş damarlar varsa.

Şəxs diabet xəstəsidir.

Skrab üzə və ya bədənə tətbiq edilməzdən əvvəl sınaqdan keçirilməlidir. Çox vaxt bal allergik reaksiyaya səbəb olur. Buna görə əlinizə bir qədər bu vasitədən sürtüb bir müddət müşahidə etməlisiniz.

Qızartı və ya bir səpgi müşahidə olundugda bu skrabı kənara qoymalısınız – bunlar allergiyanın əlamətidir. Xoşagəlməz hisslər, qaşınma və qızartı olmadıqda, üzü və bütün bədənə çəkinmədən skrabı istifadə edilə bilərsiniz.

Ən populyar resept aşağıdakı kimidir:

bal - 1 xörək qaşığı;

iri duz - 1 çay qaşığı;

darçın - 2 çay qaşığı;

zeytun yağı - 0,5 xörək qaşığı.

İdeal variant dəniz duzudur. O dərini qidalandıran müxtəlif minerallarla zəngindir

© Qreat.az
Tarix: 2020 may 26 Teqlər: Gozellik Baxılıb: 610
Saytda ifadə edilmiş bütün informasiya istifadəcilərə yalnız tanıtım məqsədi ilə verilmişdir və onun istifadəsi və tətbiqinə görə məsülliyyəti istifadəçi özü daşıyır.


S