Bu ətirli ot qədim zamanlardan müxtəlif xəstəliklər və pozulmalar zamanı müalicəvi vasitə kimi geniş istifadə olunurdu.
Müasir dövrdə də ətirli və müalicəvi kəklikotu çayı çox populyardır. Lakin bu çaydan fayda almaq üçün onu düzgün hazırlamaq lazımdır. 1/2 çay qaşığı quru kəklikotu 1 fincan qaynar suda dəmlənilir. Gün ərzində bu çaydan 1-2 fincan içmək olar.
Çaya zövqə görə bal, limon, bıçağın ucunda darçın, zəncəfil əlavə etmək olar. Kəklikotunu adi qara çayla birlikdə dəmləmək olar. Bu halda 1 çay qaşığı qara çay 1 çay qaşığı kəklikotu ilə qarışdırılır və 1/2 l qaynar su ilə dəmlənilir. (Göstərilən dozaları artırmayın, çox miqdarda kəklikotunun qəbulu zəhərlənməyə səbəb ola bilər.)
Kəklikotu çayı orqanizmə güclü müalicəvi və profilaktik təsir edir:
- Mədə-bağırsaq sistemini dezinfeksiya edir, bağırsaqları toksinlərdən, ziyanlı bakteriyardan təmizləyir, köpü azaldır, disbakteriozu müalicə edir, qurdəleyhinə təsir edir.
- Öskürək zamanı yaxşı kömək edir, nəfəs yollarında iltihabı azaldır, bəlğəmin çıxmasını asanlaşdırır.
- Soyuqdəymə xəstəlikləri zamanı belə çay virusəleyhinə təsir edir, xəstənin vəziyyətini yüngülləşdirir, sağalmanı tezləşdirir.
- Çay immun sistemini gücləndirir.
- Ağrıları azaldır.
- Orqanizmi tonuslaşdırır, əhval-ruhiyyəni yaxşılaşdırır, depressiya ilə mübarizə etməyə kömək edir.
- Kişilərdə potensiyanı gücləndirir.
- Kəklikotu çayı tanınmış südartıran vasitədir.
- Əqli fəaliyyəti ilə məşğul olan insanlar üçün bu çay çox xeyirlidir - yorğunluğu azaldır, iş qabiliyyətini artırır.