Bir günlük quru aclıq: tətbiqin qaydaları


Bir günlük quru aclıq: tətbiqin qaydaları

Mütamadi olaraq qidadan saxlanma vasitəsilə təmizlik sistemi, öz effektliyini çoxdan göstərib. Yüngülləşdirici günlər rejimi həkimlərin nəzarəti altında seçilir. Bir günlük quru aclıq, insanın uzun müddət susuz və qidasız qalmağını nəzərdə tutur. Bu tədbir müsbət nəticə verməsi üçün, hüsusi qaydalara riayət etmək lazımdır.

Müalocəvi aclıqnan məşğul olmaqı birinci dəfə hazırlaşırsızsa, yüngülləşdirici günlərin birgünlük metodikasını seçin. Aclıq 24/36 saatdan çox çəkməyəcək, və tamahkar olmayan insan, asanlıqla bunun öhdəsindən gələcək. Bəzi diyetoloqlar, əmin edir ki, belə metod istifadəsinin 1 günü, orqanizmi 3 ay cavanlaşdıra bilər. Yüngülləşdirici günlər, daxili orqanlara istrahət etməyi, artıq çəkidən qurtulmaqı və immuniteti artırmaqa imkan yaradır. Mütamadi bir günlük pəhrizlər özünü nəzarət altında saxlamaqı öyrədir, və buna görədə sonralar uzunmüddətli pəhriz saxlamaq asan olacaq.

Quru acılıqı, hüsusi müalicəvi komplekslər və sanatoriyalarda keçirmək məsləhət olunur. Öz effektliyinə baxmayaraq, bu sistemin əks göstərişləri var və orqanizim üçün bu böyük stressə çevrilir. Müğayət olun və səlahiyyətli həkimin bütün nəzarətlərinə fikir verin.

Yüngülləşdirici günü əvvəlcədən öyrənin və onu sakit ev ya sanator şaraitdə keçirin, böyük fiziki və emosional güc tələb edən işlər sizi yayındırmasın. Aclıqa hazrılıqı bir gün əvvəl başlayın-alkoqol içkilərdən içməyin, siqaret çəkməyin və qidadan az istifadə edin. Bəzi mütəxəssislər veqetarian menyudan istifadə etməyi tövsiyə edir. Bunun üçün, sizin reqionda yetişən təzə meyvələrdən alın - ferment sistemi onları daha yaxşı həzm edər.

Təzəsıxılmış şirələrdən, yaşıl çaydan, az limon suyu əlavə olunan filtirdən keçən sudan istifadə edin. 18:00 dan sonra yalnız bir stəkan su için. Daha (gələn günə qədər) heçnə yeyib içmək olmaz. ”Quru gün suyun sonuncu istifadəsindən başlayır və 24-36 saat sonra birinci stəkan su qəbuluilə bitir.

Səhər, sizi aclıq fikirlərindən yayındıran, xoşagələn bir məşğulliyət tapın. Açıq havada asta-asta gəzə bilərsiz, maraqlı roman oxuya bilərsiz, yada çoxdan baxmaq istədiyiniz videyoya baxa bilərsiz. Yaxşı variant - böyük enerji tələb etməyən, sevimli xobbi (toxuma, tikiş, rəsim və s.). Nəhayət, çalışın daha çox yatasız. Sanatori şəraitində sərt quru aclıq rejomonə dözmək daha asandı, çünki əhatənizdə sizin kimi aclıq keçirənlər və həkimlər var.

Yüngülləşdirici gündən dərhal sonra, böyük miqdarda ağır qidaya atılmaq olmaz. Həzm sistemin dincələn orqanlarına asta-asta “sürətlənmək” lazımdı ki, aclıq stresi orqanizim üçün daha ağır stres olan – aşırı dərəcədə yeməklə əvəzlənməsin. Gərginliyi götürən, ilıq duşla gününüzə başlayın. Bir stəkan su ya şirə için, yaşıl alma yeyin.

Adi rasiona asta-asta keçin. Diyetoloqlar belə sxemin istifadəsini tövsiyə edir: birinci gün, yalnız su və şirə için, meyvə yeyin (banan və üzümdən başqa); ikinci gün, nahara bitki yağı əlavə olunmuş salat hazırlayın; üçüncü gün menyuya sıyıqlar əlavə edin. Limon yada qreypfrut suyu əlavə edilmiş, rəndələnmiş kök və kələm salatı bağırsağı yaxşı təmizləyir. Dördüncü gün ”quru yüngülləşməkdən” sonra, adi qidalana bilərsiz, lakin – aşırı yeməməkqaydasına riayət etmək sizə daha asan gələcək.

Həkimlər tövsiyə edir ki, birgünlük quru aclıqı əvvəl ayda 1 dəfə, sonra (əks göstərişlər olmasa), hər 1-2 həftədən bir təkrar edə bilərsiz. Belə yüngülləşməyin son məqsədi, sağlam balansdırılmış qidaya asta keçid olmalıdır.

© Qreat.az
Tarix: 11-03-2015, 07:55 Teqlər: Baxılıb: 1013
Saytda ifadə edilmiş bütün informasiya istifadəcilərə yalnız tanışlıq məqsədi ilə verilmişdir və onun istifadəsi və tətbiqinə görə məsəlliyyəti istifadəçi özü daşıyır.


loading...
Загрузка...
ŞƏRHLƏR



İnformasiya

Гости qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.