Arıqlamaq üçün nəfəs idmanı


Arıqlamaq üçün nəfəs idmanı

“Arıqlamaq üçün nəfəs almaq lazımdır”- bu iddia fantastik görsənə bilər, lakin nəfəs idmanın metodikasıyla tanış olan insanlar üçün deyil. Bu tapşırıqların müsbət effekti, metabolizmin sürətilə və əlbəttə ki, yağların yanmasının gülənməsilə əsaslanır.

Bəzi həkimlərin fikr ilə, nəfəs idmanı bir yarım dəfə daha çox yağ əritməydə kömək edir, nəinki sürətli qaçış. Birinci növbədə bu az hərəkətli və kök insanlara lazımdır. Nəfəs idmanı nəinki onlara arıqlamaqda kömək edir, hətta ağ ciyərin həyat həcmini artırır və daxili orqanların işini stimullaşdırır. Təcrübəli insamlarda, nəfəs idmanından sonra, yorğun əzələlər daha tez bərpa olur.

Bodifleks məşq sistemi - dünyada ən geniş yayılmışdı. O, əzələ korsetinin formalaşmasında və bədən quruluşun düzəlişində kömək edir. Bodifleks, heç vaxt idmanla məşğul olmayan və doğuş və travmaıardan sonra bərpa olan insanlara daha yaxşı kömək edir. Bu idmanı gündə və acqarına etmək lazımdır.

Bodiflek sistemində, nəfəs texnikası belədi: əvvəl nəfəs verirsiz, sonra-dərin nəfəs alırsız və “pax”deyərək kəskin nəfəs verirsiz. Sonra 8-10 saniyəlik nəfəsi saxlayıb, tapşırıqları yerinə yetirirsiz.

Bodifleksin tapşırıqlarından biri-“Almaz”dır. Onu etmə üçün əvvəlki vəziyətə durun: ayaqları biraz aralayın, əlləri aşağı salın,dizlər yarıbükülmüş. Nəfəs tapşırıqından sonra, nəfəsi saxlayın, qarını içivizə alın, düz durun və qyaqları çiyin eninə goyun, əlləri önünüzdə dairə şəklinə salıb və elə kilidləyin ki, yalnız barmaqlar bir birinə dəysiz. Sonra barmaqları biri birinə basın. Gərginliyi 8 saniyə saxlayın, sonra - özünüzü boş buraxın. Əvvəlki vəziyyətə qayıdın və tapşırıqı 3 dəfə təkrar edin. Bu tapşırıq əl əzələlərini dartırır, əl əfsusda bazu önünün iç tərəfində.

Tor qişasının laylanması, ürək damar sistemin xəstəlikləri və hipertoniya olan şəxslərə, bu bodifleks nəfəs idmanı qəti qadağandır.

Oksiayz nəfəs idmanı, yağların əriməyində, presin daxili əzələlərin gərginləşdiyinə görə kömək edir. Bu sistemdəki tapşırıq sistemi, bodifleksdəki sistemdən daha yüngüldür, buna görə də, oksiayz, həzm sistemində problemi olan və miqren xəstələri üçün tövsiyyə olunur. Bu nəfəs idmanı qadınlar üçündə xeyirlidir. Onu hamiləlik və qadın xəstəlikləri zamanı etmək olar.

Oksiayzda tapşırıq prinsipi bodiflekslə oxşayır. Əsas tapşırıqların ardıcıllıqı belıdi: sürətli nəfəs alın, geniş gülümsəyin, qarın əzələrini maksimal boşaldın, sonra-qarını içivizə çənkin, yanların əzələlərini möhkəm sıxın və burundan üç qisa nəfəs alın. Sonra-dodaqları uzadın və sinədə əzələlərin gərginliyini hiss etdikdə, nəfəs verin. Uzun nəfəsi vedikdən sonra, ağ ciyəri boşaldmaq üçün, üç dəfə qısa nəfəs vermək lazımdır.

Yuxarıda qeyd olunan nəfəs idmanından əlavə, başqalarıda mövcuddur. Misal üçün, “Uddiyana-bandxa” yoqlar sistemi, Strelnikov,Buteyko və Frolov metodları üzrə nəfəs vermə. Lakin onlardan hər hansını seçsəzdə, tapşırıqlarla mütamadi məşğul olmanız, orqanizminizi möhkəmlədər və dahada sağlam edər, sizi intizamlı edər və gündəlik düzgün rejimi tutmaqda kömək edər. Bu isə - gözəlliyə və sağlamlıqa birinci addımdır.

© Qreat.az
Tarix: 9-03-2015, 09:19 Teqlər: Saqlamliq, Gozellik Baxılıb: 983
Saytda ifadə edilmiş bütün informasiya istifadəcilərə yalnız tanışlıq məqsədi ilə verilmişdir və onun istifadəsi və tətbiqinə görə məsəlliyyəti istifadəçi özü daşıyır.


loading...
ŞƏRHLƏR