Sıyıqla pəhriz: Saqlamlıqa zərər vermədən, necə arıqlamaq olar?


İndiki zamanın ən məşhur pəhrizlərindən biri, müddəti 7 gün olan, sıyıq pəhrizidir. Bu vaxt ərzində siz 4-6 kilo arıqlaya bilərsiz. Pəhrizin menyusuna, maddə mübadiləsini yaxşılaşdıran, sellülozla zəngin olan ərzaqlar daxildi, bu da orqanizmin düzgün işləməyini tənzimləyir.

Sıyıqla pəhriz: Saqlamlıqa zərər vermədən, necə arıqlamaq olar?

Sıyıqlı pəhrizin müsbətləri
Sıyıqlar, bağırsaqı təmizliyən və işini yaxşılaşdıran, orqanizmi vitamin və xeyirli mikroelementlərlə zənginləşdirən, dəyərli qida sayılır. Bundan əlavə, bu pəhrizi tutarkən, əziyyətli aclıq hissi olmayacaq, çünki, düzgün hazırlanmış sıyıq, sizə, yetərli qədər enerqiya verəcək. Unudmayın ki, sıyıqlar, mədə-bağırsaq sisteminin işinə yaxşı təsir göstərir və orqanizimdən toksin və zərərli maddələr çıxarır.

Sıyıqlı pəhriz üçün yarmalar
Bir həftə ərzində, siz, buğda, bağı, düyü, yulaf, və arpa sıyıqları yeməlisiz. Onları, qeyd edilmiş sırayla yemək lazımdır. Onları başqa yeməklə əvəz etməyin və siralarını dəyişdirməyin. 7-ci gündə, 7 yarmadan, eyni miqdarda sıyıq bişirin.

Sıyıqların bişirilmə üsulu
1 st. yarmanı yaxşı-yaxşı yuyun, üstünə 3 st qaynar su əlavə edin. Vam atəşə qoyun, qaynadın və daha 5 dəqiqə bişirin, ocaqdan götürün,qapaqını örtün, dəsmala bükün və gecəni saxlayın. Sıyıqı bişirərkən, duz, şəkər, ədava və yağ əlavə etməyin.

Əsas şərt - sıyıq suda bişirilməlidir.

Sıyıqlı pəhriz üçün məsləhətlər
Hər gün, səhər yeməyindən 30 dəqiqə əvvəl, asta-asta yudumlarnan, 1 st. Isti qaynamış su için. Sıyıqlara, banan və üzümnən başqa, meyvələr əlavə edə bilərsiz və lobyadan başqa, tərəvəzlər. Meyvə və tərəvəzləri rasiona az miqdarda əlavə edin, unutmayın ki, bu pəhrizdi. Sıyıqın üstündən, yaşıl və bitki çayı, meyvə və tərəvəz şirəsi, qatıq və qəhvə içə bilərsiz. Bu içkilərdə şirin olmamalıdır. Bundan əlavə, gündəlik 1,5-2 litir az olmadan, adi sudan içməlisiz.

Daha yaxşı nəticə əldə etmək üçün, arzunuzla,pəhrizi bir aydan sonra təkrar edə bilərsiz. Lakin, yarım ildə bu üsuldan, 2 dəfədən çox istifadə etməyin. Orqanizmin ümumi tonusu üçün, yarım ildə 1 dəfədə, yetərlidir.

Pəhrizi vaxtında əvvəl təkrar etməyin, çünki orqnizmə zərər yetirmə riski var

© Qreat.az
Tarix: 5-12-2014, 09:50 Teqlər: Saqlamliq, Ariqlamaq Baxılıb: 1461
Saytda ifadə edilmiş bütün informasiya istifadəcilərə yalnız tanışlıq məqsədi ilə verilmişdir və onun istifadəsi və tətbiqinə görə məsəlliyyəti istifadəçi özü daşıyır.


loading...
ŞƏRHLƏR