“Həftə”düyü pəhrizi necə işləyir


“Həftə”düyü pəhrizi necə işləyir

Düyü müvəffəqiyyətlə pəhriz qidasında istifadə olunur - o orqanizimdən şlak və toksinləri çıxarır. Bu xeyirli ərzaq əsasında çox sayda arıqlama metodikaları tərtib edilib. Ən populyar variantlardan biri “Həftə” pəhrizidir.

Pəhrizin müddəti 7 gündür. Bu vaxt ərzində 5-7 kq çəki itirəcəksiz.

Birinci gün: səhər-100 qr düyü və 200 ml qatıq, nahar - 100 qr düyü və 100 qr bişmiş balıq, şam - 50 qr düyü və 100 qr təzə tərəvəz.
İkinci gün: səhər -60 qr düyü, 1 alma və şəkərsiz yaşıl çay, nahar-60 qr düyü və 150 qr tərəvəz, şam-150 qr düyü tərəvəzlə.
Üçüncü gün: səhər -60 qr düyü və 1 apelsin, nahar və şam - 100 qr turp və 150 ml tərəvəz bulyonu.
Dördüncü gün: 60 qr düyü, 1 alma və şəkərsiz yaşıl çay, nahar -düyü 150 qr pörtlənmiş göbələklə, 100 qr xiyar salatı, şam -150 qr düyü və 100 ml tərəvəz bulyonu.
Beşinci gün: səhər -60 qr düyü və 100 qr meyvə salatı, nahar - 150 gq düyü köklə və 50 qr turp, şam - 60 qr düyü və 100 ml tərəvəz bulyonu.
Altıncı gün: səhər - 60 qr düyü, 2 xurma, 2 qoz, nahar - 60 qr düyü və 100 ml tərəvəz bulyonu, şam - 60 qr düyü və 2 alma.
Yeddinci gün-səhər: 60 qr düyü və 1 alma, nahar - 150 qr düyü lobiyailə, şam - 150 qr düyü qabakla və 100 ml tərəvəz bulyonu.

Bütün pəhriz müddəti günə 1,5 litr mədən suyu içmək lazımdır. Bundan əlavə, bu zaman ərzində alkoqol və qazlı içkiləri qəbul etmək qadağandır.

“Həftə” düyü pəhrizin müsbət cəhəti, arıqlamadan əlavə maddə mübadiləsi normallaşır. Uzun müddətə baxmayaraq,yeddi günlük düyü pəhrizi çox effektlidi, birinci 2 günə siz minimum 1 kilo arıqlayacaqsız.

Pəhrizin 7-ci günü siz özünüzü yaxşı hiss etsəz və bədənə birazda düzəliş vermək istəsəz, pəhrizi 1 həftədə uzada bilərsiz.Beləliklə,8-ci gün 1-ci günü təkrar edəcək, 14-cü gün isə 7-ci günü.

Sxem üzrə 2 həftədən artıq qidalanmaq tövsiyə edilmir. Pəhriz bitdikdən sonra mütləq polivitamin kursunu için.

© Qreat.az
Tarix: 4-09-2014, 10:55 Teqlər: Saqlamliq, Ariqlamaq Baxılıb: 2231
Saytda ifadə edilmiş bütün informasiya istifadəcilərə yalnız tanışlıq məqsədi ilə verilmişdir və onun istifadəsi və tətbiqinə görə məsəlliyyəti istifadəçi özü daşıyır.


loading...
Загрузка...
ŞƏRHLƏR



İnformasiya

Гости qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.