Bir həftəlik pəhriz: artıq çəkidən və şlaklardan qurtuluruq


Zaman keçdikçə orqanizimdə toksinlər yığılır, sellülit yaranır və çəki artır. Adətən bu, qidada olan səhvlərlə, hərəkətsiz həyat tərzilə və nəsillikdə ola meyllə əlaqədardır. Əgər siz orqanizmi sağaldıb arıqlamaq istəyirsiz, bir həftəyə nəzərdə tutulan sitrus pəhrizini tutun.

Sitrus meyvələrin tərkibində orqanizmin şlak və toksinlərdən təmizlənməsi üçün vacib olan mikroelementlər var. Bu meyvələrdə böyük miqdarda olan vitamin C,güclü antioksidant sayılır.Lakin limon,qreypfrut və apelsini hər kəs istifadə edə bilməz,çünki əks göstərişlər var. Əgər sizdə mədə-bağırsaq sistemində problemlər var, sitrusları alma, armud ya qarpızla əvəz edin. Təxminən bir həftədən sonra, artıq çəki itirdiyinizin şahidi olacaqsız.

Bir həftəlik pəhriz: artıq çəkidən və şlaklardan qurtuluruq

Birinci gün
Səhər: bir stəkan şəkərsiz qara ya yaşıl çay, bir dilim taxıl çörəyi və qreypfrut. Səhər yeməyində bir neçə saat sonra bir stəkan yağsız qatıq için ya yoqurt yeyin.
Nahar: bir ədəd bişmiş yumurta, 60 qr qarabaşaq sıyığı və 1 apelsin.
Şam: 250-300 qr kələm və kök salatı və çay.

İkinci gün
Səhər: apelsin, suda şəkərsiz bişmiş yulaf, bir stəkan mədən suyu.
Nahar: qreypfrut, limon suyu əlavə edilmiş bir stəkan su və yulaf porsiyası.
Şam: 100 qr bişmiş mal əti, qreypfrut və mədən suyu.

Üçüncü gün
Səhər: bir stəkan yaşıl çay, 3 dilim taxıl çörəyi və apelsin
Nahar: 2 stəkan apelsin şirəsi
Şam: buharda bişmiş 150 qr toyuq sinəsi.

Dördüncü gün
Səhər: 80 qr yağsız kəsmik və apelsin. Çay ya mədən suyu
Nahar: 3 çay qaşıqı kəsmik, bir boşqab çəngə (qaynar su əlavə edin) və qreypfrut.
Şam: bir porsiya şəkərsiz giləmeyvəli yulaf sıyıqı.

Beşinci gün
Səhər: 200 ml yoqurt, bir stəkan apelsin şirəsi
Nahar: 150 qr toyuq sinəsi
Şam: bir porsiya çəngə və bir stəkan çay

Altıncı gün
Səhər: bir stəkan sitrus şirəsi və bir porsiya yulaf
Nahar: bir stəkan qatıq və 150 qr toyuq sinəsi ya 100 qr mal əti
Şam: bir fincan çay

Yeddinci gün
Səhər: biraz qaragəvcalı və bir stəkan apelsin şirəsi
Nahar: 100 qr mal əti və 1 bişmiş kartof
Şam: 1 alma, bişmiş mal əti və tərəvəz salatı

Pəhriz bitəndə tərəziyə durub nəticəyə baxmaq olar. Adətən çəki 5-8 kq azalır, bəzi vaxtlar dahada çox. Həmçinin ümumi vəziyyətin yaxşılaşmasına və yüngüllüyə fikir verəcəksiz. Təkrar olaraq belə pəhrizi bir aydan sonra tuta bilərsiz. Effekt uzunmüddətlidir, əgər siz məhduddiyətsiz yağlı ərzaqlar yeməyəcəksiz.

© Qreat.az
Tarix: 10-08-2014, 10:15 Teqlər: Maraqli, Meslehetler, Ariqlamaq, Pehrizler Baxılıb: 1605
Saytda ifadə edilmiş bütün informasiya istifadəcilərə yalnız tanışlıq məqsədi ilə verilmişdir və onun istifadəsi və tətbiqinə görə məsəlliyyəti istifadəçi özü daşıyır.


loading...
Загрузка...
ŞƏRHLƏR



İnformasiya

Гости qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.