4 həftəyə - Sağlıqlı arıqlama


4 həftəyə - Sağlıqlı arıqlama
...

Gəzərək arıqlayıb çox gözəl vücüda malik olmaq mümkündür.

İdman növləri arasında idman gəzmə və ya addımlama ən çox yağ əridən hesab olunur.

Həkim Michael Spitz-bartın hazırladığı 4 həftəlik gəzmə sistemində ən qısa müddətdə arıqlamanın yolları açıqlanır:

1. Həftə: Normal gəzmə

Birincisi gəzmə metodikasını öyrənmək üçün özünüzü buna vərdiş etdirməyə hazırlayın.

İlk gün 10 dəqiqə sadə addımlarla gəzin.(1 dəqiqədə 125 addım)

30 dəqiqəyə çatana qədər gəzmə vaxtını hər gün 4 dəqiqə artırın.

Qəzişməyə ilk gündən yarım saat ilə başlaya bilərsiniz, əgər nəbzinizlə bağlı problem yoxdursa.

Gəzinti üçün düz bir yerin seçilməyi mümkün olduqca məsləhətdir. Deniz kənarı və ya bir park ola bilər.

QEYD: Gəzişmə vaxtı diafraqmdan dərin-dərin nəfəs alıb-verin.(3-4 addımda nəfəs alıb,növbeti 3-4 addımda nəfəs verin.)

Kalori əritmə dəyəri: 30 dəqiqədə 150-200 Kalori

2.Həftə:

İkinci həftədə gəzmə müddətini artırmaq lazımdır.

İlk 2 gün 40 dəqiqə, 3 və 4 gün isə 50 dəqiqə gəzmə. Həftənin qalan üç gününü isə 1 saat gəzməyə cürət edin.

İkinci həftədə nəbzinizin 110 olması yetərlidir.

Yanınızda saat olmasa özünüz də nəbzinizi ölçə bilərsiniz. Bunun üçün gəzişmədən sonra dayanın və 15 saniyə ərzində nəbzinizi ölçün. Saydığınız rəqəmi 4-ə vurun.

Kalori əritmə dəyəri: 60 dəqiqədə 400-500 Kalori

3.Həftə

İlk gündən yavaş addımlarla gəzməyə başlayıb, birdən sürəti artırın.(dəqiqədə təxminən 140-160 addım). Sonra 5 dəqiqə yenidən normal gəzişməyə dönün. Gəzişmənizin ardıcıllıqı bu cür olsun: 3 dəqiqə sürətli-5 dəqiqə yavaş,4 dəqiqə sürətli-5 dəqiqə yavaş,5 dəqiqə sürətli-15 dəqiqə yavaş.
Bu templə təxminən 1 saat boyunca gəzin.

Kalori əritmə dəyəri:60 dəqiqədə 550-700 Kalori

4.Həftə:

Bu həftədə 5 dəqiqə normal sürətlə başlayıb,50 dəqiqə sürətli addımlarla, son 5 dəqiqədə isə yavaş addımlarla gəzin.(dəqiqədə 140 addım)

Kalori əritmə dəyəri:60 dəqiqədə 700-1000 Kalori

© Qreat.az
Tarix: 2018 yan 28 Teqlər: Gozel, Saqlamliq, Ariqlamaq Baxılıb: 6975
Saytda ifadə edilmiş bütün informasiya istifadəcilərə yalnız tanıtım məqsədi ilə verilmişdir və onun istifadəsi və tətbiqinə görə məsülliyyəti istifadəçi özü daşıyır.


ŞƏRHLƏR