Rəfiqəniz xəyanət edəndə nə etmək lazımdır


Qadınlar, emosional olduqları üçün, yaxın insanların xəyanətini daha ağır keçirir. Əl əfsus, aranızda sirr olmayan, hər şeyi danışdıqınız, ağladığınız, şikayət etdiyiniz yaxın rəfiqəniz xəyanət edibsə! Belə situasiyada, qadın atalar sözünü daha yaxşı anlayır: ”Elə bil başıma qaynar su tökdülər”. Təəsüf ki, belədə olur, özüdə, tez-tez. Belə sarsıntılə,necə yaşamaq olar?

Rəfiqəniz xəyanət edəndə nə etmək lazımdır

Əlbəttə ki, qıraqdan məsləhət vermək yüngüldür. Həmdə ki, qadın emosiyalarla doludursa, ona həqiqətəndə pisdir, o ozünü ələ almaq məsləhətini dolamaq kimi qəbul edə bilər. Lakin, bu belədir. Kəskin ağrı və inciklik azalanda, o elementar ağılı yardıma çağırmalıdır.

Yaxın rəfiqəniz xəyanət edib? Deməli, o heç vaxt elə olmayıb, əl əfsus,yaxın! Bu sadəcə dostluq görüntüsü olub. Ola bilər ki, belə adlanan “rəfiqə” sizdən xeyir güdməklə sadəcə sizdən istifadə edib.

Bu sizə inandırıcı və yalan kimi gəlmir? Xəyanətə baxmayaraq siz buna inanmaq istəmirsiz? Bu sizin xeyrinizədir. Yaddaşınızı gücləndirin və yada salmaqa çalışın: neçə dəfə o sizə təmənasız yardım edib?Yada ki, sadəcə yardım təklif edib? Bəs neçə dəfə siz, işlərinizi ataraq ona yardıma qaçmısınız? Bax belə. Dostluqunuzdan kim xeyir alıb?

Atalar sözünü yada salın: ”Dost pis gündə bilinər!” .Əgər o, heç bir fəlakət olmadan özünü belə apardısa, onda sizə və yaxınlarınıza qarşı, Allah eləməmiş real təhlükə olardısa, ondan nə gözləmək olardı? Buna görə, onun xəyanətini ağır, lakin xeyrlo dərs kimi qəbul edin. İnsanları tanımaqa öyrənin, hətta tələsərək “yaxın rəfiqə” sırasına yazdıqınızı. Bundan sonra diqqətli və ehtiyyatlı olun. Amma bu demək deyil ki, özünüzə qapanıb, hər kəsi əclaf və riyakar kimi görməlisiniz. Amma ağıllı ayıqlıq hələ heç kimə zərər verməyib.

Bəs o peşman olub, sizdən üzr istəsə nə etmək lazımdır? Asan sual deyil. Burda siz gərar verməlisiz. Hər halda, keçmiş yaxın rəfiqənizi bağışlasaz belə, artıq əvvəlki qədər inamlı və açıq olmaq lazım deyil .Aldıqınız dərs sizin xeyrinizə olmalıdır.

© Qreat.az
Tarix: 27-11-2014, 11:02 Teqlər: Qadinlar, Meslehetler Baxılıb: 1793
Saytda ifadə edilmiş bütün informasiya istifadəcilərə yalnız tanışlıq məqsədi ilə verilmişdir və onun istifadəsi və tətbiqinə görə məsəlliyyəti istifadəçi özü daşıyır.


loading...
ŞƏRHLƏR