Rəfiqənizdən necə üzr istəmək lazimdir


Elə olur ki, doğma insanlar küsür, rəfiqələrə olan münasibətdən nə deməzsən. Bu artıq olubsa, və siz yalnış olduqunuzu anlayırsızsa, insan sizdən inciyibsə, siz isə onu itirmək istəmirsinizsə, onda gücünüzü yığıb ondan üzr istəyin .Bununla siz elədiyiniz səhvin yükünü ürəyinizdən götürərək, rəfiqənizə olan hadisədən heyifsləndiyini göstərəcəksiz. Lakin, o sizinlə ünsiyyətə getmirsə və sizinlə görüşüb danışmaq istəmirsə, ondan necə üzr istəmək olar? Çalışın yazılı şəkildə üzr istəyin.

Rəfiqənizdən necə üzr istəmək lazimdir
...


1. Üzr istəməyin belə üsulu, sizin səhvinizinqəbulunu yüngülləşdirəcək, çünki insanın gözünə baxaraq və rədd cavabını almaqı gözləyərək, bunu etmək daha çətindir. Yazmaq gərarına gəldinizsə, kompyuterdən istifadə etməyə dəyməz, çünki belə intim məktublar ancaq əllə yazılır.

2. Məktubunuza dost salamlaşmasından başlayın, öz fikirlərin izahı üçün təbii, isti ton tapın. Çalışın qısa və yumşaq formada insana, dava zamanı olan rəftarınızı, sözləri, hissləri və hərəkətləri başa salasız. Özünüzü doğrultmaya və müdafiə olunmaq lazım deyil, çünki sizin rəfiqəniz sizin üzüldüyünüzü yox, əksinə sizin etdiyinizin bəraət qazandırmanızın istəyini görə bilər.

3. Artıq olan hadisədən az danışın, daha çox fikir uyğunluqunu tapmaqdan və gələcək münasibətinin düzəlməsindən danışın. Siz yadda saxlamalısız ki, rəfiqənizə gətirdiyiniz inciklik, hələ keçməyib və aranın sakitləşməsi üçün vaxt tələb olunur. Ürəkdən gələn üzr istəməyinizlə olan məktub, o vaxtı qısalda bilər və barışmaq üçün imkan yaradar.

4. Məktubu yazdıqdan sonra, onu bur daha oxuyun və onun məzmununu incitdiyiniz insanın gözüilə giymətləndirin, hər cümlə yaratdıqı emosiyaları analiz edin. Kim sizin gədər rəfiqənizi bilə bilər, buna görədə, yalnış anlaşa bilən və onu yaralaya bilən sözləri pozun.

5. Məktuba dərxal cavab almasaz belə, vacib odur ki, siz rəfiqənizə üzüldüyünüzü və peşman olduqunuzu göstərdiz və barışmaq üçün birinci addım atdız.

© Qreat.az
Tarix: 2018 yan 21 Teqlər: Maraqli, Qadinlar Baxılıb: 2917
Saytda ifadə edilmiş bütün informasiya istifadəcilərə yalnız tanıtım məqsədi ilə verilmişdir və onun istifadəsi və tətbiqinə görə məsülliyyəti istifadəçi özü daşıyır.


ŞƏRHLƏR