Həftəlik pəhriz qidası: artıq kilolar rədd olsun


Həftəlik pəhriz qidası: artıq kilolar rədd olsun
...

Artıq çəki həyatın keyfiyyətini pozur, yığılmış Toksinlər isə sürətli yorğunluq və yuxuluqun səbəbkarıdır. Həftəlik pəhriz yardımı ilə maddə mübadiləsi normallaşdırmaq, orqanizmi şlaklardan təmizləmək və 10 kiloyadək çəki atmaq olar.

Məhz bu həftəlik pəhriz çox sərtdi, ona görədə əvvəllər siz özünüzə qida məhdudiyyəti qoymurdunuzsa, birinci dəfə onu üç gündən çox tutmayın. Birdən özünüzü pis hiss etsəz, ürək bulanması ya baş gicəllənməsi olsa, dərhal əhəmiyyətli bir şey yeyin, misal üçün, şorba.

Bazar ertəsi:
Səhər yeməyi: limon suyu əlavə edilmiş bir stəkan su için. 20 dəqiqədən sonra, yağsız xama əlavə olunmuş, bir porsiya alma və armud salatı yeyin.
Nahar: bir porsiya yüngül tərəvəz şorbası, 100 qr xiyar salatı, 2 bişmiş kartof.
Şam: suda pörtlənmiş tərəvəz, bir stəkan qatıq.

Çərşənbə axşamı:
Səhər yeməyində, naharda və şam yeməyində ancaq çay, şəkərsiz şirə ya mors için. Qərməzə çaxırda qadağan edilmir. Şiddətli aclıq əziyyət verirsə, bir iki dilim qarpız yeyin.

Çərşənbə:
Səhər yeməyi: südlü yulaf çəngələri, bir qreypfrut və alma.
Nahar: bir porsiya tərəvəz salatı və şorba, 100 qr suda bişmiş qarabaşaq sıyıqı.
Şam: 200 qr bişmiş düyü və 200 qr müxtəlif meyvə.

Cümə axşamı:
Yenə ac gün, lakin çay, az şəkərli kompot və mors məhduddiyətsiz içə bilərsiz.

Cümə:
Səhər yeməyi: qreypfrut və bir porsiya süddə bişmiş yulaf
Nahar: bir porsiya şorba, 100 qr bişmiş qırmızı balıq və 70 qr düyü.
Şam: bir porsiya meyvə salatı və iki bişmiş yumurta.

Çərşənbə:
Səhər yeməyi: 100 qr bişmiş düyü, bir alma və yarım qreypfrut.
Nahar: göbələk şorbası, 2 ədəd bişmiş kartof və təzə xiyar.
Şam: 2 alma, pomidor salatı və suda bişmiş qarabaşaq.

Bazar günü:
Gün ərzində ancaq şəkərsiz çay için, axşam bir neçə alma, şaftalı ya armud yeyin. Gələn gün şorba ilə qidalanın, sonra isə adi rasiona keçin.

Belə pəhrizi ayda bir dəfə tutmaq olar. Həzm orqanlarda problemləriniz varsa, əvvəlcədən qastroenteroloqla məsləhətləşin. Uzun xəstəliklərdəndə sonra pəhrizi istisna edin.

© Qreat.az
Tarix: 2018 yan 20 Teqlər: Maraqli, Meslehetler, Pehrizler, Ariqlamaq Baxılıb: 5523
Saytda ifadə edilmiş bütün informasiya istifadəcilərə yalnız tanıtım məqsədi ilə verilmişdir və onun istifadəsi və tətbiqinə görə məsülliyyəti istifadəçi özü daşıyır.


ŞƏRHLƏR