Düzgün arıqlamaq, ya ailəvi pəhriz


Düzgün arıqlamaq, ya ailəvi pəhriz
...

Arıqlamaq və orqanizmi təmizləməyə yeddi günlük pəhriz kömək edəcək. Bu vaxt ərzində sağlamlıqa zərər yetirmədən 3-10 kq itirmək olar. Baxmayaraq ki, bu pəhrizi ailəlicə tutmaq olar, 16-18 yaşa qədər uşaqlara o qəti qadağandır.

Pəhrizə bazar günündən başlayın. Bu onunla əlaqədardı ki, əvvəlki zamanda özünüzü yüngül naxoş hiss edə bilərsiz, çünki orqanizm toksin və piyi emal etməyə başlayır. Pəhriz zamanı güclü fiziki yükləmələrdən və stressdən qaçının.

Birinci gün:
Səhər: az miqdarlı şəkərlə yaşıl çay və 2 dilim kərə yağlı kəpəkli çörək.
Nahar: 2 bişmiş yumurta, təzə kələm salatı, bir stəkan tomat şirəsi ya bir neçə pomidor.
Şam : qrildə hazırlanmış balıq, zeytun yağlı və göyərtili kələm salatı.

İkinci gün:
Səhər: yaşıl çay, az kalorili yağda bişmiş yulaf sıyıqı.
Nahar: bişmiş balıq, düyü və yağlı kələm salatı
Şam: 20 qr bişmiş mal əti, qatıq və alma.

Üçüncü gün:
Səhər: çay və slayslar.
Nahar: çiy ya bişmiş yumurta, 200 qr yağla və az miqdarda sarımsaqla bişmiş kök.
Şam: 300 qr alma və qatıq.

Dördüncü gün:
Səhər: bir dilim limonla yaşıl çay, süddə bişmiş yulaf sıyıqı ya suda bişmiş düyü sıyıqı
Nahar: bişmiş ya pörtlənmiş cəfəri ya kərəviz kökü, kartof və alma.
Şam: meyvə və yaşıl çay.

Beşinci gün:
Səhər: rəndələnmiş çiy kök limon suyu ilə və bir damcı yağla, çay
Nahar: suda ya qrildə bişmiş balıq, düyü və 1 tomat
Şam: meyvə ya tərəvəz salatı, bir yumurta.

Altıncı gün:
Səhər: yaşıl çay və bir stəkan yağsız yoqurt.
Nahar: 300-400—qr bişmiş toyuq, yağlı təzə kələm və kök salatı, düyü ya kartof.
Şam: 2 bişmiş yumurta, yoqurtlu alma və armudlu meyvə salatı.

Yeddinci gün:
Səhər: çay və slayslar
Nahar: 200 qr bişmiş mal əti, tomat və xiyar salatı, düyü
Şam: meyvə və bir stəkan qatıq.

Pəhriz zamanı porsiya 200 qr çox olmamalıdı, tərəvəz və meyvə salatı isə 100-150 qr olmalıdı. Əgər aclıq hissi sizə əziyyət verirsə, menyuya çörək əlavə edin, lakin 2-3 dilimdən çox olmasın. Saxlaya bilmədiyiniz yemək istəyi yaranırsa, bir stəkan qatıq içə bilərsiz. Menyu ailənin 1 üzvü üçün tərtib edilib, və əgər sizin yaxınlarınız həmin pəhrizi tuturlarsa, inqridiyentləri artırın.

© Qreat.az
Tarix: 2018 yan 19 Teqlər: Maraqli, Meslehetler, Ariqlamaq, Pehrizler, Qadinlar Baxılıb: 6882
Saytda ifadə edilmiş bütün informasiya istifadəcilərə yalnız tanıtım məqsədi ilə verilmişdir və onun istifadəsi və tətbiqinə görə məsülliyyəti istifadəçi özü daşıyır.


ŞƏRHLƏR