Arıqlamaq üçün qantellərlə idman


Arıqlamaq üçün qantellərlə idman

Qadınların böyük hissəsi artıq çəkidən əziyyət çəkir və nəinki pəhriz vasitəsilə, həmdə fiziki yüklənmələrlə arıqlamaq arzusundadı. Sürətli çəki azaldmaq üçün fiziki məşqləri qantellər vasitəsilə effektli etmək olar.

Məşqlərə, yeməkdən iki saat sonra başlayın. Məşqlərə açılışdan başlayın, bunun üçün yerində qaçış uyğundu, çalışın dizlərinizi mümkün qədər yuxarı qaldırın. Əl və ayaqlarnan oynaqların qızışması üçün hərəkətlər edin, üç dəqiqə kifayətdi, ardınca eyni zaman bədənin qabaqa, arxaya, sola və sağa əyin.
Yanların və ombaların iç hissəsinin arıqlaması üçün əsas hərəkət-çömbəlmədi. Ayaqları çiyinlərdən enni goyun, pəncələri yerə dirəyin, əllərinizə təxminən bir yarım-iki kilo ağırlıqında qantellər götürün. Mümkün qədər aşağı çümbəlməyə başlayın, çömbələrkən nəfəs alın, əvvəlki vəziyyətə qayıdınca nəfəs verin. Çalışın qabaqa əyilməyin, belinizi düz saxlayın. Bir dəfə iyirmi çömbəlmə edin, sonra isə üç dəfə 20 çömbəlməyə çatdırın. Zamanla qantellərin çəkisini artıra bilərsiz.

Növbəti tapşırıq üçün sizə idman skamyası(yada bir neçə bir birinə düzülmüş taburet) və qantellər lazım olacaq. Skamyaya beliniz üstə uzanın, əllərinizə qantelləri götürün və nəfəs alaraq, mümkün dərəcədə aşaqı əllərinizi açın. Nəfəs verərək qantelli əllərinizi əvvəlki vəziyyətə qaytarın.Əvvəl bir tapşırıqı on iki dəfə edin, asta-asta qantellərin kilosunu artıraraq üç tapşırıq edin. Bu tapşırıq, döşlərin formasını yaxşılaşdıraraq, döş altında olan əzələləri işlədir.

Qarın və böyürlərdən artıq çəkini növbəti tapşırıqla götürə bilərsiz: ayaqları çiyin səviyyəsinə goyun və əllərinizə qantelləri götürün. Asta şəkildə sağa əyilin, bu vəziyyətdə bədəni bir dəqiqə ərzində saxlayaraq. Sonra eyni hərəkəti sol tərəf üçün edin. Çalışın bu tapşırıqı asta və gərgin preslə edəsiz. Əgər bu vəziyyətdə bir dəqiqə siz özünüzü saxlamaqda çətinlik çəkirsiz, on beş saniyədən başlayın və asta-asta vaxtı artırın.

Əlbəttəki yağsız, şirəsiz və un ərzaqları olmayan düzgün qidalanmanı unutmayın. Açıq havada daha çox gəzin, lifti yaddan çıxarın, ayaqla düşün və qalxın. İplə tullanın, basseyində üzün, velosiped sürün və həftədə bir dəfə saunaya gedin.

© Qreat.az
Tarix: 5-06-2014, 12:32 Teqlər: Maraqli, Meslehetler, Pehrizler, Ariqlamaq, Gozellik, İdman Baxılıb: 1800
Saytda ifadə edilmiş bütün informasiya istifadəcilərə yalnız tanışlıq məqsədi ilə verilmişdir və onun istifadəsi və tətbiqinə görə məsəlliyyəti istifadəçi özü daşıyır.


loading...
Загрузка...
ŞƏRHLƏR



İnformasiya

Гости qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.