Xiyar pəhrizin menyusunu necə tərtib etmək lazımdı


Xiyar pəhrizin menyusunu necə tərtib etmək lazımdı

Xiyar pəhrizi çox sərt arıqlama metodu sayılır, çünki 7 gün ərzində yalnız xiyar yemək lazımdı. Həmdə xiyar təzə olmalıdı, duzsuz və əlavələrsiz.

Artıq kilolardan qurtulmaq sağlamlıqa zərər yetirməsin deyə, mütləq vitamin preparatlarını qəbul edin.
Bundan əlavə, bərk aclıq hissini dəf etmək üçün, həb şəkilində olan mikrokristallik sellüloza alın və 30 dəqiqə yeməkdən əvvəl 1-2 stəkan su ilə 5 həb qəbul edin.

Xiyar pəhrizin menyusu

Bazar ertəsi: səhər-2 ədəd təzə xiyar və qara çörəyin balaca dilimi, nahar-tərəvəz şorbası və 1 yaşıl alma, ikinci nahar-1 apelsin, şam-yağ əlavə edilmiş xiyar salatı.

Çərçəmbə axşamı: səhər- 1 dilim qara çörək və 2 təzə xiyar, nahar-xiyar və turp salatı və 50 qr bişmiş mal əti, ikinci nahar-1 alma, şam- yağ əlavə edilmiş xiyar salatı.
Çərşəmbə: səhər-1 dilim qara çörək və 2 təzə xiyar, nahar-100 qr bişmiş balıq və 100 qr düyü, ikinci nahar-1 təzə xiyar, şam-yağ əlavə edilmiş xiyar salatı.

Cümə axşamı: səhər-1 dilim qara çörək və 1 təzə xiyar, nahar-təzə xiyar, 20 qr bərk pendir və 100 qr düyü, ikinci nahar-1 armud, şam- yağ əlavə edilmiş xiyar salatı.

Cümə: səhər-1dilim qara çörək və 2 təzə xiyar, nahar-tərəvəz salatı və 1 apelsin, ikinci nahar-1 yaşıl alma, şam-xiyar salatı.

Şənbə: səhər-1 dilim qara çörək və 1 təzə xiyar, nahar-tərəvəz şorbası, 1 bişmiş yumurta və 1 armud, ikinci nahar-1 mandarin, şam-xiyar salatı.

Bazar: səhər-2 xiyar və 1 dilim qara çörək, nahar-1 alma və tərəvəz şorbası, ikinci nahar-1 təzə xiyar, şam-xiyar salatı.

Xiyar pəhrizin nəticəsi arıqlamaqdan əlavə, dərinin yaxşılaşmasıdır.

Yazva xəstəsi və böyrəyində daş olan insanlar üçün bu pəhriz qadağandı.

© Qreat.az
Tarix: 25-05-2014, 09:40 Teqlər: Maraqli, Meslehetler, Pehrizler, Qadinlar Baxılıb: 1707
Saytda ifadə edilmiş bütün informasiya istifadəcilərə yalnız tanışlıq məqsədi ilə verilmişdir və onun istifadəsi və tətbiqinə görə məsəlliyyəti istifadəçi özü daşıyır.


loading...
ŞƏRHLƏR