Nece tez keçmiş sevgili oglanı unudmaq olar?!


Nece tez keçmiş sevgili oglanı unudmaq olar?!
...

Iki aşiqin arasında münasibətlər müxtəlif səbəblərə görə soyuya bilər. Bundan başqa, tərəflərdən biri ayrılma haqqında qərar qəbul edə bilər. Məsələn, qız oğlanda məyus oldu, və aydın oldu ki, həyatda belə yoldaş haqqında o arzu etmirdi və onunla xoşbəxt ailəni yaratmaq mümkün deyil. Bununla belə, baxmayaraq ki, onların münasibətləri ağrıya və bir çox neqativ emosiyalara səbəb olmağa başladı, qızın ürəyində hələdə sevgiyə yer var. Və o tez oğlanı unutmaq, onu sevməyi buraxmaq, öz həyatından silmək istəyir, amma bacarmır.

İstənilən həqiqətə uyğun bəhanələrlə minimuma qədər sizin görüşlərinizi və əlaqələrinizi azaldacaqsınız. Və bir müddətdən sonra tamamilə qurtaracaqsınız. Evdə onu qəbul etməyin və özünüz ona getmiyin. O yerlərdə ki, yüksək ehtimalla onu qarşılaya bilərsiniz, getməyin. Hətta əgər bunun üçün sevimli kafeyə, barlara, klublara və s. yerlərə yürüşləri qurban etmək lazım olacaqsada.

Əlbəttə, rahibə kimi, az qala ev həbsində yaşamaq olmaz. Və yəgin ki, sizin oğlanınız ünsiyyəti bərpa eləməyə cəhd edəcək. Ona sərt amma nəzakətlə, anlamağa imkan verin ki, siz bu ünsiyyətdən heyran deyilsiz və o nahaq vaxt itirir. Görüşmək və danışmaq təklifindən qətiyyətlə imtina edin. İstehzalara və təhqirlər qədər düşmək lazım deyil, əlbəttə. Quru danışın və çox qısa olun. "Vaxtım yoxdur, vacib işim var", məsələn. Sonda, oğlana çatacaq ki, bu sizin birdəqiqəlik şıltaqlığınız deyil, və sizin qəti qərarınızdır.

Yaxşı və effektiv fənd – sizdə bu oğlana görə olan bütün inciklikləri, xoşagəlməz hadisələri, anlaşılmazlıqları, xatırlamaq. Yəqin ki, o özünü qüsursuz obrazla aparmırdı. Hələ ki siz ona həqiqətən də vurğun idiniz, siz həvəslə bunları bağışlayırdınız, amma indi isə xatırlamaq və özünü sərt saxlamaq vaxtı gəldi:, "mən ona o qədər yaxşılıq edirdim, belə onu çox sevirdim, amma o... naşükür!". Bütün onun çatışmazlıqlarını və günahları yada salın.

Bu insanı sizə hatırladan hər şeydən qətiyyətlə qurtulun. Yaddaşı "təmizləmək" təəsüf mümkün deyil, amma göz gabaqından onun hədiyyələrini təmizləmək, bir yerdı olduqunuz şəkilləri, suvenirləri və s. mümkündür. Onları zibil yeşiyinə atmaq bəlkə də lazım deyil, amma uzaq bir yerə gizlətmək – hökmən.

Nəhayət, xatırlayın ki, müqəddəs yer boş olmur. Əgər bu konkret güclü cinsin nümayəndəsi sizə uyğun gəlmədi, daha ləyaqətlisini tapmağa cəhd edin, hansı ki, həqiqətən də sizi sevəcək. Və siz belə sevgini hiss edən kimi, əvvəlki sevgi unudulacaq.


© Qreat.az
Tarix: 2018 yan 17 Teqlər: Meslehetler, Sevgi Baxılıb: 8812
Saytda ifadə edilmiş bütün informasiya istifadəcilərə yalnız tanıtım məqsədi ilə verilmişdir və onun istifadəsi və tətbiqinə görə məsülliyyəti istifadəçi özü daşıyır.


ŞƏRHLƏR