Əgər sevgilin səni vurursa


Əgər sevgilin səni vurursa

Nə etmək olar, əgər oğlan səni vurursa? Burada yalnız iki çıxış var.
Birinci: Bağışlamaq.
Bağışlamaq və unutmağa çalışmaq. Ona bəraət tapmaq: sən özün onu əl qaldırmaqa qədər hirsləndirdin və çatdırdın. O belə eləmək istəmirdi, axı indi o sənə peşman olmuş gözlərlə baxır və bağışlamaqını yalvarır. Və axı səndə onu sevirsən. Sən onsuz həyatı təsəvvür belə etmirsən. O söz verir, and içir ki, bu sonuncu dəfədir. Sən qərar qəbul etdin – onun sözlərinə və onun vədinə inanmaq.

Kişilərin qadınlara əl qaldırması təəsüf ki, bizim heyatımızda yer alıb. Və, başqa insanların təcrübəsini nəzərə alaraq, yalnız bir nəticən çıxartmaq olar: əgər sənin kişin sənə əl qaldırdısa, və sən onu dərhal bağışladınsa, onda əmin ol ki, əl qaldırma təkrarlanacaq. Bu zarafat deyil. Kişilər belə qurulub ki, hər hansı hərəkəti edərək, o gözləyir. Gözləyir, sən onu bağışlayacaqsan ya yox. Və əgər sən dinməz-söyləməz onu bağışlayırsansa, sən özün onun əllərini açırsan. Və onda fikir yaranır ki, ona hər şey icazə verilmişdir. Axı sən onu sevirsən və heç vaxt sizin ayrılmanıza imkan vermərsən.

Məlum olduğu kimi, insanı çox çətindir dəyişdirmək və yenidən tərbiyələndirmək. Və xüsusən yekə kişini. Buna görə başınızı boş fikirlərlə doldurmaq lazım deyil, güya sizinlə dəyişəcək, Sizi o həqiqətən də sevəcək və heç vaxt Sizə əl qaldırmayacaq.

Gözlərinizi açın! Və acı həqiqəti qəbul edin, əgər o bir dəfə vurdusa, onda ikinci dəfədə vuracaq. Və, çox gümanki Siz ayrılsanız, həmin tale onun yeni sevgilisinidə gözləyir.


Suala ikinci cavab və ən doğru çıxış: "Nə etmək olar, əgər sevgilin səni vurursa".
Belə vəziyyətdə "Özünü Xilas etmək" lazımdır!
Hansı keyfiyyətlərlə sizin xəyalınızın kişisi malik olmalıdır? Yaginki, bu mövzuya dissertasiya yazmaq olar.
Amma, ən vacibi – Siz kişidə arxayın olmalısınız; o Sizin üçün müdafiəçi olmalıdır.

Bəs kişi, hansı ki, qadını vurmaqla məşğul olur, sizə ləyiq oldugunuzu verə biləcəkmi? Əsl kişi uşaqlıqdan qaydaya tərəfdar olmaqa məcburdur: "qızları vurmaq olmaz". Məhz bu frazanı hər bir valideyn öz oğuluna öyrədməlidir. Amma, təəssüf ki, bütün oğlanlar belə inamla böyümürlər.

Qızlar, mazohizmlə məşğul olmayın, öz həyatınızı şikəst etməyin. Doğrudanmı sizi vuran insanla bütün həyatınızı keçirmək istəyirsiniz. Gələcək haqqında düşünün, ata-zülmkar sizin uşaqlarınıza lazımlıdır?

Xatırlayın ki, sizdə ən bahalı olan – bu Sizsiniz! Və siz özünüzdə bir dənəsiz! Və sizi vuran kişi, öz sadə vəzifəsinin öhdəsindən gəlməyə bacarmayacaq – Sizi xoşbəxt etmək.

Yekun vuraq. Sizin vəziyyətiniz: sizin kişiniz sizə əli qaldırır.
Sizə sual: nə etmək olar, əgər kişi səni vurursa?
Sizin cavabınız: "Qaçmaq! Sizi vuran əllərdən uzaq qaçmaq"
Bəli, məhz qaçmaq. Bu gün bu sadə sillə idi, sabah o Sizi öldürəcək, axı başqasının başına girmək mümkün deyil və heç vaxt onun niyyətləri haqqında bilmirsən. Təsəvvür edin, əgər Siz evlənəcəksinizsə, bəs onda? Axı hamıya məlumdur ki, kişi öz arvadını öz mülkiyyəti kimi hesab edir. Və öz mülkiyyətiylə o hər şey edə bilər.
Bu münasibətləri bitirməyə qərar qəbul edərək, kişiyə yazığınız gəlməsin. O, nə vaxt ki, sizi vurudu, tamamilə Sizə yazıqı gəlmirdi və anlamırdı Sizə nə ağrılar çəkdirirdir: fiziki və mənəvi.

Əgər Siz belə vəziyyətdə oldunuzsa, yaxşı düşünün, hər hansı qərarı qəbul etməzdən əvvəl. Sizin qərarınızdan sizin gələcəyiniz asılı olacaq.

© Qreat.az
Tarix: 5-08-2016, 13:12 Teqlər: Munasibetler, Qadinlar, Meslehetler, Kişiler, Sevgi Baxılıb: 1964
Saytda ifadə edilmiş bütün informasiya istifadəcilərə yalnız tanışlıq məqsədi ilə verilmişdir və onun istifadəsi və tətbiqinə görə məsəlliyyəti istifadəçi özü daşıyır.


loading...
ŞƏRHLƏR