Bir gün arzində qançırdan qurtulmaq üsulları


Bir gün arzində qançırdan qurtulmaq üsulları
...

Qançır, xüsusilə qadının üzündə, yalnız əhval-ruhiyyəni yox, həm də bütün günün planlarını korlaya bilər. Xalq tibbinin effektiv metodlarından istifadə etsəniz belə xoşagəlməz gözlənilməzlikdən tez qurtulmaq olar.

Öz bədəninizdə adətən şişlik ilə yanaşı yaranan qançırı gördüyünuz kimi, ondan qurtulmaq üçün üzərinə buz qoyun. Donmanın əmələ gəlməsinə icazə verməmək üçün öncədən buzu parçaya bükün. Əgər əlinizin altında buz yoxdursa, onda şişmiş yeri soyuq suyun altında saxlamaq olar.

Şişliyin yox olmasından sonra qançırı isitməyə başlamaq olar - bu ona daha sürətli çəkilməyə kömək edəcək. Tavada duz ovucunu qızdırın, onu yun coraba və ya istənilən başqa yun şeyə qoyub, 30-40 dəqiqə ərzində ağrıyan yerin üzərində saxlayın. Evinizdə isidici varsa, onda duzdan keçinib, isidicidən istifadə etmək olar.

İsitmədən sonra qançırdan tamamilə qurtulmaq üçün onun üzərinə yod setkasını çəkməyə tövsiyə edilir. Amma bunu yalnız yodun hopması üçün bir neçə saatınız varsa etmək olar. Əgər vaxtınız azdırsa, onda belə etmək də olar: yod setkasını çəkmək və yodun daha tez hopması üçün təxminən bir saat sonra həmin yerə üz üçün yağlı kremi sürtmək.

Qançırdan tez qurtulmaq üçün sizə kələm kompressi kömək edəcək. Kələmin yarpağını götürün, onu yuyun və şirənin yaranmasına kimi əzin. Sizə lazım olan ölçülərdə kələm yarpağını incə əskiyə bükün, onu qançırın üzərinə qoyun və 20-30 dəqiqə ərzində saxlayın.

Qançırdan qurtulmaq üçün tez-tez göl süngərindən istifadə edirlər. O, toz və ya gel şəklində apteklərdə satılır. Tozdan istifadə daha effektiv hesab edilir. Onu 2:1-i nisbətində suda həll etmək lazımdır. Alınmış qarışığı qançırın üzərinə incə qatla sürtün. Əgər sizə gözlərin ətrafındakı qançırı aradan qaldırmaq lazımdırsa, onda çox səliqəli olun - bu zonanın həssas dərisində göl süngəri yanığ səbəbi ola bilər. Çalışın ki, göl sungэri gözlərə düşməsin, və unutmayın ki, üzdə onu 5-10 dəqiqədən çox saxlamaq olmaz.

© Qreat.az
Tarix: 2018 yan 23 Teqlər: Maraqli, Saqlamliq Baxılıb: 4699
Saytda ifadə edilmiş bütün informasiya istifadəcilərə yalnız tanıtım məqsədi ilə verilmişdir və onun istifadəsi və tətbiqinə görə məsülliyyəti istifadəçi özü daşıyır.


ŞƏRHLƏR